Məhkəmə qərarları › İş №2(012)-1952/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1952/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1952/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, onun anası xx.xx.1968-ci il təvəllüdlü X1 27 yanvar 2024-cü il tarixdə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun anası X3 xx.xx.1968-ci ildə anadan olmuş, xx.xx.2024-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən evdə qəflətən baş verən ürək tutmasından vəfat etmişdir. Ölüm qəflətən baş verdiyindən Təcili və X5 Stansiyasının 17 saylı bölməsinin təcili tibbi yardım briqadası evə gələnə qədər anası vəfat etmiş və bu səbəbdən həmin bölmə tərəfindən tərtib edilən “ölüm haqqında xəbərdarlıq vərəqəsində” ölümün ilkin səbəbi - “R-98 həkimə qədər ölüm" qeydi yazılmışdır. Maraqlı şəxs 06 fevral 2024-cü il tarixli, 3-16-5/8-15-323/24 saylı cavab məktubunda da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkan xaricindədir. Bu səbəbdən onlara aidiyyəti məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Azərbaycan Respublikası “TƏBİB” X12 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X8 06 fevral 2024-cü il tarixli, 18- 1-20/2-R-67-xx-xx/2024 saylı cavab məktubunda qeyd olunur ki, X1 ölümünün baş vermə səbəbi məlum olmadığına görə “ölüm haqqında tibbi şəhadətnamə” həmin qurum tərəfindən verilmir. Abşeron rayonu, Hökməli qəsəbəsi “X9 Cümə” məscidinin dini icması tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 143 saylı Arayışda qeyd olunur ki, X3 xx.xx.2024-cü il tarixində Hökməli qəbiristanlığında dəfn olunmuşdur. Bildirir ki, hazırda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında onun anası X3 yaşayan vətəndaş kimi Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, dalan 1, ev 4-də qeydiyyatdadır. Nəticədə kommunal ödənişlərdə, seçkilərə çağırış vərəqələrində, gələcəkdə ola biləcək əmlak bölgüsündə və s. hallarda mərhum anası yaşayan vətəndaş kimi nəzərə alınır. Buna görə də onun anası X1 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X3 onun həyat yoldaşıdır. X3 27 yanvar 2024-cü il tarixdə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində qəflətən vəfat etmiş və Hökməli qəbiristanlığında dəfn edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X3 onun qaynanası olmuşdur. Mərhum 27 yanvar 2024-cü il tarixdə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində dünyasını dəyişmiş və Hökməli qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli, 18-1-20/2-R-67-xx-xx/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. A.Məmmədhəsənovanın ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli, 3-16-5/8-15-323/24 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Abşeron rayonu, Hökməli qəsəbəsi “X9 Cümə” məscidinin dini icması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 143 saylı arayışdan görünür ki, həqiqətən mərhum X3 28 yanvar 2024-cü il tarixdə Hökməli qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.1968-ci il təvəllüdlü X1 27 yanvar 2024-cü il tarixdə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X1 27 yanvar 2024-cü il tarixdə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar