Məhkəmə qərarları › İş №2(012)-1986/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1986/2025

17.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1986/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Cavabdeh Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli il tarixdə Sumqayıt şəhəri Mediasiya Təşkilatında mediyasiya qaydasında bağlanmış barışıq sazişinin uşaqla ünsiyyətə aid 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, Maraqlı şəxs ona qarşı uşağın atanın himayəsinə verilməsi tələbi ilə bağlı mediyasiyaya müraciət etmişdir. Onunla Maraqlı şəxs arasında Sumqayıt şəhəri Mediyasiya Təşkilatında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barşıq sazişinin şərtlərinə əsasən, birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, xx.xx.2018-ci il təvəllüdlü X1 isə onun himayəmdə qalması, habelə həftənin şənbə və bazar günləri hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə maneəsiz görüşüb ünsiyyətdə olmaqları barədə öhdəlik götürmüşlər. Bu barədə barışıq sazişini imzalamışlar. Lakin qarşı tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, uşağının onunla görüşməsinə ümumiyyətlə imkan vermir. 2024-cü ilin iyul ayından oğlunu görə bilmir. Maraqlı şəxs himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X3 ilə də maraqlanmamış, uşağı ilə görüşmür. Məhkəmə qətnaməsi əsasında rəsmi qaydada boşanmışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini kobud şəkildə pozaraq, birgə nikahlarından dünyaya gələn xx.xx.2015-ci il təvəllüdlü X4 ilə görüşdürməkdən boyun qaçırır. Dəfələrlə ona barşıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, o buna məhəl qoymur və barşıq sazişinin şərtlərini pozur. Qeyd edilənlərə əsasən, o, barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2015-ci il təvəllüdlü X4 onun himayəsindədir.Oğlu Bağır anası ilə görüşmək istəmir,lakin bacısı Məryəmi görmək istəyir.Ərizəçi iyun,iyul, avqust və sentyabr aylarında uşaqla görüşmüşdür. xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasına etiraz etmir. İş materiallarında olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, 1.Mediyasiya prosesində Ərizəçi onunla birlikdə yaşayan övladı - xx.xx.2015-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs himayəsinə verecəyinə dair öhdəlik götürdü.

2. Mediyasiya prosesində hər iki tərəf xx.xx.2015-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdən etibarən yetkinlik yaşına çatana kimi atası Maraqlı şəxs ilə birlikdə yaşayacağı barədə qarşılıqlı razılıq əldə etdilər.

3. Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 anası Ərizəçi ilə həftənin şənbə və bazar günləri hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşlər.

4. Mediyasiya prosesində hər iki tərəf razılaşdılar ki, xx.xx.2018-ci il təvəllüdlü X1 bundan sonrada anası Ərizəçi ilə birlikdə yaşayacaqdır.

5. Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X1 atası X4 həftənin şənbə və bazar günləri hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edilmədiyindən, Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi nin 3-cü bəndi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar