Məhkəmə qərarları › İş №2(012)-1999/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1999/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1999/2024 04.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, qardaşı X2 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X5 xx.xx.1981-ci ildə anadan olmuşdur. Şahin Eynullayev yük avtomobili sürücüsü olmuşdur. İşi ilə əlaqədar o, Dağıstan Respublikasına gedib-gəlirdi. 20 dekabr 2023-cü ildə Dağıstan Respublikasının “Həştərxan-Mahaçqala” yolunda baş vermiş qəza nəticəsində vəfat etmişdir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Babayurt rayonu üzrə Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda bu fakt öz təsdiqini tapmışdır. Həmçinin Dağıstan Respublikasının Səhiyyə Nazirliyi “Babayurt rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda da ərizəçinin qardaşı xx.xx.1981-ci il təvəllüdlü X2 yolnəqliyyat hadisəsi nəticəsində zədə alması və xx.xx.2023-cü ildə ürək-damar fəaliyyətinin dayanması nəticəsində ölməsi qeyd edilmişdir. X10 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Hazırda ərizəçinin mərhum qardaşının ölümü haqqında şəhadətnamə əldə edilməsi zərurəti yaranmışdır. X2 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Cavabdehnə müraciət edilmiş, Şöbənin təqdim etdiyi xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır və ölüm faktının təsdiq edilməsi barədə məhkəməyə müraciət edilməlidir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahid ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, X10 onun qaynıdır. Mərhum qardaşı sürücü idi və xx.xx.2023-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində yaralanmışdır. O, Dağıstan Respublikasının Səhiyyə Nazirliyi “Babayurt rayon Mərkəzi Xəstəxanasında yerləşdirilsə də, xx.xx.2023-cü ildə vəfat etmişdir. Qardaşının meyidini xəstəxanada ona təhvil vermişlər. Qardaşı Saray qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə X5 bacıqardaş olmuşlar. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Babayurt rayonu üzrə Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:40-də “Həştərxan-Mahaçqala” FAY-nun 393 km+200 m-də 1991-ci il təvəllüdlü sürücü Umalatov A.M. “VAZ-21124” markalı, E 696 HM qeydiyyat nişanlı avtomaşını idarə edərək Azərbaycan Respublikası, Sumqayıt şəhərində yaşayan 1981-ci il təvəllüdlü X3 yolun işlək hissəsindən yolu keçərkən vurub, Nəticədə müxtəlif BX ilə DR-nm DBM “Babayurt Mərkəzi Rayon Xəstəxanası”na yerləşdirilib, sorğu edilmir. xx.xx.2023-cü il tarixdə xx.xx.1981-ci il təvəllüdlü X1 rayonunun Babayurt kənd MRX-da huşuna gəlmədən dünyasını dəyişmiş, onun meyiti sonradan daşınması və dəfn edilməsi üçün xx.xx.1978-ci il təvəllüdlü X7 təhvil verilmişdir. - Dağıstan Respublikasının Səhiyyə Nazirliyi “Babayurt rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1981 -ci il təvəllüdlü, Azərbaycan Respublikası, Sumqayıt şəhəri ünvanında yaşayan X4 yol-nəqliyyat hadisəsindən (toqquşma) sonra DR-nm DBM “Babayurt rayon Mərkəzi Xəstəxanası”nda xx.xx.2023 il tarixdən xx.xx.2023 il tarixədək birləşmiş zədə: QKBT: baş beyin (əzilmiş) zədəsi, subdural hematoma, sağ ayağın hər iki baldırının açıq sınığı, koma-2 diaqnozu ilə yoğun baxım şöbəsində stasionar müalicədə olmuşdur. Kəllənin trepanasiyası əməliyyatından sonrakı vəziyyəti. xx.xx.2023-cü il saat 13-də ürək-damar fəaliyyətinin dayanması baş vermişdir. Zərərçəkmişin ölümü təsdiq edilmişdir. Mərhumun meyiti onun qardaşı X7 təhvil verilmişdir, pasportu C********. Yaraq-Kazmalyar gömrük məntəqəsinə aparılması üçün sanitar avtomaşını ayrılıb. - Saray Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2023cü il tarixdə vəfat etmiş və Saray qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 ərizəçinin qardaşı olmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X2 ölüm faktı ərizəçinin izahatı və şahidin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid öz ifadəsində X2 xx.xx.2023-cü il tarixdə Dağıstan Respublikasında yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsini təsdiq etmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin qardaşı X5 xx.xx.2023-cü il tarixdə Dağıstan Respublikasında ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Dağıstan Respublikasında ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar