Məhkəmə qərarları › İş №2(012)-2014/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2014/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2014/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 02 may 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində, ünvan 1 ünvanında q”Co2.1. Dilin yan səthinin bədxassəli yenitörəməsi (Dilin xərçəngi) xəstəliyindən vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1951-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşamış və xx.xx.2022-ci il tarixində vəfat etmiş mərhum X2 Vəsiyyətnamə üzrə vərəsəsidir. Mərhum tərəfindən verilmiş Vəsiyyətnamə Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixində təsdiq edilmişdir. Vəsiyyətnaməyə əsasən, Mərhum, ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir. Mərhumun qeydiyyatda olduğu, yaşadığı və vəfat etdiyi Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27 ev 23A ünvanında yerləşən 54 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Mərhum subay olmuş, heç vaxt ailə qurmamış, övladları olmamışdır. Onun valideynləri və 2 bacısı vəfat etmiş, sağ qalan yaxın qohumları qalmamışdır. O, qeydiyyatda olduğu ünvan 1 ünvanında tək yaşamışdır. Mərhum ərizəçinin ən yaxın rəfiqəsi olmuş, uzun illərdir (2022-ci ilədək) birlikdə mərhumla Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə müəllimə işləmiş, onun müalicəsində yaxından iştirak etmiş, xəstəlik dövründə ona baxmış, onu dəfnini və yas mərasimlərini təşkil etmişdir. Mərhum, 2020-ci ildən ağız boşluğunda olan yaralardan əziyyət çəkirdi. Dəfələrlə ona həkimə getməyi təklif etsə də, o, sözümə məhəl verməmişdir. Nəhayət ki, 2022-ci ilin yay aylarında ağrılar artandan sonra Xəstəxanaya müraciət etmişdir. Müayinədən sonra mərhuma Milli Onkologiya Mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur. xx.xx.2022-ci il tarixində Milli Onkologiya Mərkəzində mərhumun ağız boşluğundan (dilindən) biopsiya üçün material götürülmüş və onda “Yastı epitel hüceyrəli karsinoma; İCD-0-:8070/3 orta diferensiasiya dərəcəsində” xəstəliyi (Dilin xərçəngi) aşkar edilmişdir. Mərhum, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Milli Onkologiya Mərkəzində "C02.1-Dilin yan səthlərinin bədxassəli yenitörəməsi CT1N1M0 mərhələ İİİ G2“ (İİİ mərhələ Dilin xərçəngi) diaqnozu ilə stasionar şua terapiyası almışdır. Mərhumun 2022-ci ilin qış aylarında aqressiviəşməyə başlamış, ağız boşluğunda və bədənin digər hissələrində xərçəngin metastazları yayılmışdır. Mərhumum vəziyyəti 2022-ci ilin dekabr ayından ağırlaşmağa başlamış, 07 və 08 dekabr tarixlərində Səhiyyə Nazirliyinin 103 Təcili Tibbi yardım stansiyaya müraciətlər edilmişdir. xx.xx.2022-ci il tarixində axşam saatlarında Mərhumum vəziyyəti yenidən ağırlaşmış, xx.xx.2022-ci il tarixinə keçən gecə saat 00.20 radələrində yenidən 103 Təcili və X5 Stansiyasına zəng vurulmuş, lakin həkimlər gələnə kimi, yaşadığı ünvan 2 ünvanında vəfat etmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının TTTYS-nın Xəbərdarlıq vərəqəsinə əsasən, xəstə xx.xx.1951-ci il təvəllüdlü X2 adına çağırışla xx.xx.2022-ci il tarixində saat 00.48-da ünvan 1 ünvanına gəlinmiş və “həkiməqədər ölüm. Qadın cinsində meyit. Üzərində gözlə görülə biləcək zorakılıq əlamətləri yoxdur” qeyd aparılmışdır. Mərhum xx.xx.2022-ci il tanxində Abşeron rayonu Sulutəpə qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının PHŞ-6-20/2-200/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə xx.xx.1951ci il təvəllüdlü X2 ölüm səbəbi məlum olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina olunmuşdur. Mərhumun ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-A- 3SQ.2023 saylı məktubu ilə ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün olmaması bildirilmiş və Məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bu səbəbdən də, hazırkı ərizə ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, mərhum X2 qonşusudur. Mərhum çox yaxşı qonşu olmuşdur. Onun başqa qohumu tanışı yox idi. Onun evinə Esmiralda müəllimə tez-tez gedib- gəlirdi. Mərhumun ondan başqa Fərqanə müəllimə ilə münasibəti vardır. xx.xx.2022-ci ildə vəfat etmişdir. Dil nahiyəsində xərçəng aşkar edilmişdir. Həmin xəstəlik səbəbindən şüa qəbul edirdi, nə yemək yeyirdi, nə də su içə bilərdi. Ona keçirilən yas mərasimlərində bir qonşu kimi iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, mərhum X2 qonşusudur. Mərhum dilində olan bədxassəli şişdən əziyyət çəkirdi, yemək yeyə bilmirdi. Onun Esmiralda və Ulduz müəllimə ilə münasibəti yaxşı olmuşdur. Mərhum xx.xx.2022-ci ildə vəfat etmişdir. Ona keçirilən yas mərasimlərində bir qonşu kimi iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən əsaslıdır, qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixli Vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 məxsus olan bütün daşınar və daşınmaz əmlakını Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 6, mənzil 2də qeydiyyatda olan Ərizəçi vəsiyyət etmişdir. Mülki iş materiallarında Azərbaycan Respublikası Milli X6 tarixindən çıxarışdan (epikriz) görünür ki, X4 Dilin xərçəngi, İİİ mərhələ diaqnozu qoyulmuşdur. Əsas diaqnoz X02.1-Dilin yan səthlərinin bədxassəli yenitörəməsi cT1N1M0 mərhələ İİİ G 2. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 060/44RF23 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. xx.xx.1951-ci il təvəllüdlü X2 “C02.1 Dilin yan səthlərinin bədxassəli yenitörəməsi (Dilin xərçəngi) ” diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində onkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Q.Alekseyevnanın ölüm səbəbi məlum olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-A-380/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki iş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 yaşayış otaqlı, yaşayış sahəsi- 17.0 kv.m, köməkçi sahəsi – 13.6 kv.m ibarət 23 A nömrəli ev, 54 nömrəli mənzil X2 adına XDS İcraiyyə Komitəsinin 268 nömrəli xx.xx.1992-ci il tarixli qərarı əsasında qeydə alınmışdır. Mülki iş materiallarında olan Abşeron RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 02490874 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan fotoşəkillərdən görünür ki, X4 qəbirüstü abidəsində xx.xx.1951-xx.xx.2022-ci il qeyd edilmişdir. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X5 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanı üzrə X2 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsində meyit. Üzərində gözlə görülə bilən zorakılıq əlamətləri yoxdur aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X2 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda Ərizəçi vəfat edən xx.xx.1951-ci il təvəllüdlü X2 “C02.1 Dilin yan səthlərinin bədxassəli yenitörəməsi (Dilin xərçəngi) ” diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində onkoloji kabinetində dispanser qeydiyyatda olmadığından vətəndaşın sağlamlıq vəziyyəti ilə bağlı məlumatları olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuş X2 10 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.Belə ki, hansı diaqnozla şəxsin vəfat etməsi faktının müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aid deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuş X2 10 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar