Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2035/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2, Cavabdeh və vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi” tələbinə dair mülki işə 31 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, nişan üzüyü (aburçalnı, çəkisi 7.6 qr, 0.6 k-t briliyant qaşlı, Ə-750)-750 manat, uşaq sırğası-100 manat, komplekt (sırğa-üzük, çəkisi 30 qr, 1,80 k-t briliyant qaşlı, Ə-750)-2500 manat, gümüş sırğalar-30 manat, qızıl üzük tək qaş -200 manat, paltaryuyan (Samsung)-600 manat, soyuducu (LG)-1200 manat, televizor (LG) -1200 manat, ütü (panasonik) -120 manat, tozsoran (panasonik) -170 manat, kondisioner (Gree) -600 manat, divan -550 manat, yataq mebeli (şkaf, çarpayı, kamot, 2 tumba) -2000 manat, qonaq mebeli (stol, 8 stul, qorka, kamot) -1850 manat, jurnalni stol (1 ədəd)- 100 manat. çilçıraq (1 ədəd) - 200 manat. Döşək (2 nəfərlik 1 ədəd)-130 manat, döşək (1 nəfərlik 1 ədəd) - 80 manat, yorğan (2nəfərlik lədəd)- 80 manat, yorğan (1 nəfərlik 1 ədəd) - 50 manat, yastıq (3 ədəd quş tükü) - 60 manat, yastıq (2 ədəd sintifon) - 20 manat, yay yorğanı (2 nəfərlik lədəd) - 50 manat, yay yorğanı (sintifon)-25 manat, yorğan ( 2 nəfərlik) - 50 manat, balış dəsti siti fondan - 50 manat, qırmızı adyal (1 cüt) -60 manat, pakrıval (2ədəd yaşıl, qəhvəyi) - 340 manat, pastel (6 dəst ) - 360 manat, prostiniya (1 ədəd tək) -20 manat, uzun (jlet) -60 manat, tərəvəz doğramaq üçün taxtalar - 25 manat, rəngli şüşə qablar - 245 manat, ayaqqabılar (ketlər, batinkalar, sapaşkilər)-800 manat, qadın ətirləri - 400 manat, qadın makiyaj dəsti - 200 manat, qadın çantaları (mavi, qara, yaşıl)- 200 manat, kaşilyoklar (pul qabları, çəhrayı, qəhvəyi)-100 manat, qış və yay geyimləri - 800 manat, ev geyimləri -300 manat, güzgü-50 manat, şamdanlar- 40 manat, lampa-12 manat, pərdələr (tül və dekorasiya) - 200 manat, paltar qurudan setka-20 manat, uşaq Geyimləri və oyuncağları -300 manat, əl-üz dəsmalı (4 cüt)-60 manat, bədən dəsmalı (4 cüt) - 90 manat, süfrə (4 dəst) -200 manat, stəkan dəsmalları (12 dəst) - 56 manat, ətçəkən maşın (Kankood) -150 manat, çaydan-65 manat, çaynik-5 manat, qazan dəsti-200 manat, şirəli qazan ( 3 ədəd)-40 manat, aliminum qazan dəsti-30 manat, şirəli ləyən dəstləri-50 manat, tava dəstləri-60 manat, bıçaq dəsti-40 manat, padnos dəstləri-50 manat, aşsüzən- 8 manat, sürtgəc- 2 manat, mis kəfkir-20 manat, mətbəxt baltası-20 manat, cam dəst-30 manat, çörək qabı-15 manat, şpilka qabı-5 manat, rəngli keramik qablar-150 manat, kasalar-20 manat, servis (3 dəst Yaşıl rəngli)-1600 manat, yemek servisi göy rəngli (2 dəst)-60 manat, xrustal meyvə qabları-100 manat, xrustal gül qabları-500 manat, böyük xrustal stəkan (12 ədəd)-100 manatrustal armudu stəkan (6 ədəd)-50 manat, sadə stəkanlar (12 ədəd)-14 manat, nəlbəki dəsti-15 manat, xrustal limon qabları-50 manat, sadə limon qabları-20 manat, xrustal duz qabları-30 manat, konfet qabları-20 manat, çamadan çəngəl-bıçaq dəsti-200 manat, çəngəl-bıçaq dəsti - 50 manat, mürəbbə qabı-25 manat, taxta qaşıq dəstləri-15 manat, tərəvəz soyan-2 manat, xrustal kompot stakanları-100 manat, kapot, bakal dəstləri-100 manat, qrafınka-70 manat, qadın geyimləri (plaş, palto, gödəkçə, tüklü jlet)-315 manat, uşaq yemek stolu- 150 manat, uşaq velosipedi-200 manat, uşaq ədyalı-30 manat, hamam dəsti-50 manat, hamam xalatı -100 manat, saç qurudan fen -20 manat, qoz qıran -2 manat qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının Cavabdeh qanunsuz istifadəsindən alınaraq natura şəklində və yaxud pul ilə 22651 manat məbləğində xeyrinə tutulması, həmçinin dövlət rüsumu qaydasında ödədiyi 30 manatın cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, nişan üzüyü (aburçalnı, çəkisi 7.6 qr, 0.6 k-t briliyant qaşlı, Ə-750)-750 manat, uşaq sırğası-100 manat, komplekt (sırğa-üzük, çəkisi 30 qr, 1,80 k-t briliyant qaşlı, Ə-750)-2500 manat, gümüş sırğalar-30 manat, qızıl üzük tək qaş -200 manat, paltaryuyan (Samsung)-600 manat, soyuducu (LG)-1200 manat, televizor (LG) -1200 manat, ütü (panasonik) -120 manat, tozsoran (panasonik) -170 manat, divan -550 manat, yataq mebeli (şkaf, çarpayı, kamot, 2 tumba) -2000 manat, qonaq mebeli (stol, 8 stul, qorka, kamot) -1850 manat, jurnalni stol (1 ədəd)- 100 manat. çilçıraq (1 ədəd) - 200 manat. Döşək (2 nəfərlik 1 ədəd)-130 manat, döşək (1 nəfərlik 1 ədəd) - 80 manat, yorğan (2nəfərlik lədəd)- 80 manat, yorğan (1 nəfərlik 1 ədəd) - 50 manat, yastıq (3 ədəd quş tükü) - 60 manat, yastıq (2 ədəd sintifon) - 20 manat, yay yorğanı (2 nəfərlik lədəd) - 50 manat, yay yorğanı (sintifon)- 25 manat, yorğan ( 2 nəfərlik) - 50 manat, balış dəsti siti fondan - 50 manat, qırmızı adyal (1 cüt) - 60 manat, pakrıval (2ədəd yaşıl, qəhvəyi) - 340 manat, pastel (6 dəst ) - 360 manat, prostiniya (1 ədəd tək) -20 manat, uzun (jlet) -60 manat, tərəvəz doğramaq üçün taxtalar - 25 manat, rəngli şüşə qablar - 245 manat, ayaqqabılar (ketlər, batinkalar, sapaşkilər)-800 manat, qadın ətirləri - 400 manat, qadın makiyaj dəsti - 200 manat, qadın çantaları (mavi, qara, yaşıl)- 200 manat, kaşilyoklar (pul qabları, çəhrayı, qəhvəyi)-100 manat, qış və yay geyimləri - 800 manat, ev geyimləri -300 manat, güzgü-50 manat, şamdanlar- 40 manat, lampa-12 manat, pərdələr (tül və dekorasiya) - 200 manat, paltar qurudan setka-20 manat, uşaq Geyimləri və oyuncağları -300 manat, əl-üz dəsmalı (4 cüt)-60 manat, bədən dəsmalı (4 cüt) - 90 manat, süfrə (4 dəst) -200 manat, stəkan dəsmalları (12 dəst) - 56 manat, ətçəkən maşın (Kankood) -150 manat, çaydan-65 manat, çaynik-5 manat, qazan dəsti-200 manat, şirəli qazan ( 3 ədəd)-40 manat, aliminum qazan dəsti-30 manat, şirəli ləyən dəstləri-50 manat, tava dəstləri-60 manat, bıçaq dəsti-40 manat, padnos dəstləri-50 manat, aşsüzən- 8 manat, sürtgəc- 2 manat, mis kəfkir-20 manat, mətbəxt baltası-20 manat, cam dəst-30 manat, çörək qabı-15 manat, şpilka qabı-5 manat, rəngli keramik qablar-150 manat, kasalar-20 manat, servis (3 dəst Yaşıl rəngli)-1600 manat, yemek servisi göy rəngli (2 dəst)-60 manat, xrustal meyvə qabları-100 manat, xrustal gül qabları-500 manat, böyük xrustal stəkan (12 ədəd)-100 manatrustal armudu stəkan (6 ədəd)-50 manat, sadə stəkanlar (12 ədəd)-14 manat, nəlbəki dəsti- 15 manat, xrustal limon qabları-50 manat, sadə limon qabları-20 manat, xrustal duz qabları-30 manat, konfet qabları-20 manat, çamadan çəngəl-bıçaq dəsti-200 manat, çəngəl-bıçaq dəsti - 50 manat, mürəbbə qabı-25 manat, taxta qaşıq dəstləri-15 manat, tərəvəz soyan-2 manat, xrustal kompot stakanları-100 manat, kapot, bakal dəstləri-100 manat, qrafınka-70 manat, qadın geyimləri (plaş, palto, gödəkçə, tüklü jlet)-315 manat, uşaq yemek stolu-150 manat, uşaq velosipedi-200 manat, uşaq ədyalı-30 manat, hamam dəsti-50 manat, hamam xalatı -100 manat, saç qurudan fen -20 manat, qoz qıran -2 manat qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının, həmçinin birgə nikah zamanı əldə olunmuş vəsait hesabına alınmış “Gree” markalı kondisionerin yarı dəyərini (300 manat) cavabdehə ödəməklə Cavabdeh alınaraq natura şəklində ona qaytarılması, bu mümkün olmadıqda əşyaların pul ilə dəyərinin 22351 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması və dövlət rüsumu qaydasında ödədiyi 30 manatın cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 22.12.2016-cı il tarixdə 5 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində 6066 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahlarından 27.09.201 7-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh qurduğu ailəyə biganə yanaşmış, iddiaçı və uşağa baxımsızlıq göstərmiş və sonda iddiaçı məcbur olub nikahın pozulması və aliment tələbi barədə məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhər Xətai rayon Məhkəməsi 13 noyabr 2020-ci il tarixli 2(011)-3727/2020 saylı qətnamə ilə iddia tələbini təmin etmişdir. Cavabdeh və cavabdehin ailə üzvüləri nişan və toy mərasimində iddiaçıya hədiyyə olaraq qızıl-zinət və fərdi istifadə əşyaları hədiyyə etmişdir. Həmçinin iddiaçı gəlin köçəndə valideynləri ona qızıl-zinət, cehiz və fərdi istifadə əşyaları hədiyyə etmişlər. İddiaçı bir-neçə ay bundan öncə huşsuz vəziyyətdə valideynlərinin evinə qayidarkən iddiaçıya məxsus qızıl-zinət, cehiz və fərdi istifadə əşyaları cavabdehlə birgə yaşadıqları Abşeron rayonu, Masazır şossesinin cənubu ünvanında yerləşən fərdi yaşayış evində qalmışdır. Keçən müddət ərzində iddiaçıya məxsus qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının qaytarılmasına cəhd göstərsə də, mümkün olmamış, sonda məhkəmədən kənar şəkildə götürə bilmədiyinə əmin olduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının etiraz etməyinə məhəl qoymayaraq cavabdeh 20.03.2019-cu ildə dostları ilə Quba rayonuna getdiyi gün, iddiaçıya hədiyyə edilmiş 750 manat məbləğində olan nişan üzüyü (sıra sayı 1), uşağın doğulması ilə əlaqədar cavabdehin iş yoldaşları tərəfindən hədiyyə edilmiş 100 manat dəyərində (öz deyiminə görə) olan uşaq sırğası (sıra sayı 2), 30 manat civarında olan gümüş sırğalar (sıra sayı 4) və 200 manat məbləğinə alınmış tək qaş üzük (sıra sayı 5) yaşadığımız evdə qalmışdır. Bundan sonra o, bir daha həmin evə qayıtmamışdır. Cavabdehin ümumiyyətlə, qızıl-zinət əşyalarının yaşadıqları evdə saxlanmaması fikiri qərəzlidir, həqiqəti əks etdirmir. İddia ərizəsində, 3-cü sırada göstərilən komplekti isə cavabdeh 2017-ci ilin dekabr ayında, nikaha girənədək Kapital bankın 1 kart ödənişi üzrə yaranmış borcunu ödəmək üçün sonradan alacağı vədi ilə iddiaçıya bildirmiş, “Laçın” Ticarət mərkəzində satmışdır. İddiaçı körpə uşağın xatirinə ailənin qorunub-saxlanılması üçün cavabdehin verdiyi vədlə razılaşsa da, nikah pozulan günədək hədiyyə edilmiş həmin komplekt iddiaçıya alınmamışdır. İddiaçı cavabdeh tərəfindən aldadılmışdır. Həmçinin, iddia tələbinin 11-ci sırasında qeyd olunan kondisioner isə tərəflərin birgə nikah zamanı 600 manat məbləğində, 500 manatı iddiaçının,100 manatı isə cavabdehin vəsaiti hesabına alınmışdır. Kondisioner birgə nikah zamanı əldə edildiyindən, alınma dəyəri bərabər şəkildə bölünməli, həmin əşyanın digər əşyalarla bərabər yarı qiyməti cavabdehə ödəməklə iddiaşıyha qaytarılmalıdır. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında və ünvanlandığı iddia ərizəsinə etiraz və etiraza əlavədə bildirdi ki, o, iddianı qismən qəbul edir. İddia ərizəsində sayı və adları qeyd edilmiş nişan üzüyü (aburçalnı, çəkisi 7.6 qr, 0.6 k-t briliyant qaşlı, Ə-750)-750 manat, uşaq sırğası-100 manat, komplekt (sırğa-üzük, çəkisi 30 qr, 1,80 k-t briliyant qaşlı, Ə-750)-2500 manat, gümüş sırğalar-30 manat, qızıl üzük tək qaş -200 manat qızıl-zinət əşyaları onun yaşadığı evdə olmamışdır və cavabdeh heç vaxt həmin əşyaları onunla yaşadığı evdə saxlamamışdır. Həmin qızıl-zinət əşyalarını iddiaçı həmişə iddiaçının valideynlərinə məxsus ünvan 2 ünvanında saxlamışdır. Həmçinin iddiaçıya və azyaşlı övladlarına məxsus bir çox geyim əşyaları da valideynlərinə məxsus evdədir. Bundan başqa siyahının 11-ci sırasında qeyd olunan “Gree” markalı 600 manat dəyərində kondisioneri iddiaçı cehiz kimi gətirməmişdir və o həmin kondisioneri iddiaçı ilə nikahda olarkən öz puluyla almışdır. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, guya o, 20.03.2019-cu il tarixində dostlarıyla birlikdə Quba rayonuna getmiş, iddiaçıya hədiyyə edilmiş 750 manat dəyərində nişan üzüyü, 100 manat dəyərində uşaq sırğası, 30 manat civarında olan gümüş sırğalar və 200 manat məbləğində tək qaş üzük yaşadıqları evdə qalmışdır. Bundan sonra iddiaçı yaşadıqları evə qayıtmamışdır. 3-cü sırada göstərilən komplekti isə guya o, nişanlı vaxtı, yəni 2017-ci ildə Laçın Ticarət Mərkəzində satmışdır. İddiaçının iddia ərizəsində yazdığı ilə, iddia ərizəsinə əlavədə yazdıqları bir birinə uyğun gəlmir və yalandan ibarətdir. Belə ki, İddiaçı 11 fevral 2021-ci il tarixində Abşeron rayon Məhkəməsinə yazdığı iddia ərizəsində bildirmişdir ki, bir neçə ay bundan əvvəl - (yəni 11 fevral 2021-ci il tarixindən bir neçə ay əvvəl), huşsuz vəziyyətdə valideynlərinin evinə qayıdarkən iddiaçıya məxsus qızıl-zinət, cehiz və fərdi əşyalar onunla birgə yaşadıqları Abşeron rayonu Masazır şossesinin cənubu ünvanında yerləşən fərdi yaşayış evində qalmışdır. İddiaçı 20 may 2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində isə bildirmişdir ki, o, 20.03.2019-cu il tarixində dostlarıyla birlikdə Quba rayonuna getmişdir, iddiaçıya hədiyyə edilmiş 750 manat dəyərində nişan üzüyü, 100 manat dəyərində uşaq sırğası, 30 manat civarında olan gümüş sırğalar və 200 manat məbləğində tək qaş üzük yaşadıqları evdə qalmışdır. Bundan sonra iddiaçı yaşadıqları evə qayıtmamışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsində yazdığı ilə dəqiqləşmiş ərizədə yazdıqları və tarixlər bir birinə uyğun gəlmir və bu da iddiaçının səmimi olmadığı və ondan əsassız olaraq qızıl-zinət əşyalarını tələb edir. Odur ki, o, iddia ərizəsində adları qeyd olunmuş paltaryuyan (Samsung)-600 manat, soyuducu (LG)-1200 manat, televizor (LG) -1200 manat, ütü (panasonik) -120 manat, tozsoran (panasonik) -170 manat, divan - 550 manat, yataq mebeli (şkaf, çarpayı, kamot, 2 tumba) -2000 manat, qonaq mebeli (stol, 8 stul, qorka, kamot) -1850 manat, jurnalni stol (1 ədəd)- 100 manat. çilçıraq (1 ədəd) - 200 manat. Döşək (2 nəfərlik 1 ədəd)-130 manat, döşək (1 nəfərlik 1 ədəd) - 80 manat, yorğan (2nəfərlik lədəd)- 80 manat, yorğan (1 nəfərlik 1 ədəd) - 50 manat, yastıq (3 ədəd quş tükü) - 60 manat, yastıq (2 ədəd sintifon) - 20 manat, yay yorğanı (2 nəfərlik lədəd) - 50 manat, yay yorğanı (sintifon)-25 manat, yorğan ( 2 nəfərlik) - 50 manat, balış dəsti siti fondan - 50 manat, qırmızı adyal (1 cüt) -60 manat, pakrıval (2ədəd yaşıl, qəhvəyi) - 340 manat, pastel (6 dəst ) - 360 manat, prostiniya (1 ədəd tək) - 20 manat, uzun (jlet) -60 manat, tərəvəz doğramaq üçün taxtalar - 25 manat, rəngli şüşə qablar - 245 manat, ayaqqabılar (ketlər, batinkalar, sapaşkilər)-800 manat, qadın ətirləri - 400 manat, qadın makiyaj dəsti - 200 manat, qadın çantaları (mavi, qara, yaşıl)- 200 manat, kaşilyoklar (pul qabları, çəhrayı, qəhvəyi)-100 manat, qış və yay geyimləri - 800 manat, ev geyimləri -300 manat, güzgü-50 manat, şamdanlar- 40 manat, lampa-12 manat, pərdələr (tül və dekorasiya) - 200 manat, paltar qurudan setka-20 manat, uşaq Geyimləri və oyuncağları -300 manat, əl-üz dəsmalı (4 cüt)-60 manat, bədən dəsmalı (4 cüt) - 90 manat, süfrə (4 dəst) -200 manat, stəkan dəsmalları (12 dəst) - 56 manat, ətçəkən maşın (Kankood) -150 manat, çaydan-65 manat, çaynik-5 manat, qazan dəsti- 200 manat, şirəli qazan ( 3 ədəd)-40 manat, aliminum qazan dəsti-30 manat, şirəli ləyən dəstləri-50 manat, tava dəstləri-60 manat, bıçaq dəsti-40 manat, padnos dəstləri-50 manat, aşsüzən- 8 manat, sürtgəc- 2 manat, mis kəfkir-20 manat, mətbəxt baltası-20 manat, cam dəst-30 manat, çörək qabı- 15 manat, şpilka qabı-5 manat, rəngli keramik qablar-150 manat, kasalar-20 manat, servis (3 dəst Yaşıl rəngli)-1600 manat, yemek servisi göy rəngli (2 dəst)-60 manat, xrustal meyvə qabları-100 manat, xrustal gül qabları-500 manat, böyük xrustal stəkan (12 ədəd)-100 manatrustal armudu stəkan (6 ədəd)-50 manat, sadə stəkanlar (12 ədəd)-14 manat, nəlbəki dəsti-15 manat, xrustal limon qabları-50 manat, sadə limon qabları-20 manat, xrustal duz qabları-30 manat, konfet qabları- 20 manat, çamadan çəngəl-bıçaq dəsti-200 manat, çəngəl-bıçaq dəsti - 50 manat, mürəbbə qabı- 25 manat, taxta qaşıq dəstləri-15 manat, tərəvəz soyan-2 manat, xrustal kompot stakanları-100 manat, kapot, bakal dəstləri-100 manat, qrafınka-70 manat, qadın geyimləri (plaş, palto, gödəkçə, tüklü jlet)-315 manat, uşaq yemek stolu-150 manat, uşaq velosipedi-200 manat, uşaq ədyalı-30 manat, hamam dəsti-50 manat, hamam xalatı -100 manat, saç qurudan fen -20 manat, qoz qıran -2 manat cehiz və fərdi istifadə əşyalarının ondan alınaraq iddiaçıya verilməsini və iddia tələbinin qızıl-zinət əşyaları və kondisonerlə bağlı hissədə rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia məhkəmədə cavabdehin izahatına uyğun izahat verdi. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3727/2020 saylı, 13.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 22.12.2016-cı il tarixdə 5 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində 6066 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra 27.09.2017-cı il təvəllüdlü X1 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi və Cavabdeh birgə nikahdan anadan olmuş 27.09.2017-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsində göstərilən “Gree” markalı kondisioner istisna olmaqla, cehiz və fərdi istifadə əşyaları cavabdeh tərəfindən qəbul edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Qızıl-zinət əşyaları cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayərt qədər olmadığından məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarına nisbətdə iddia tələbi rədd edilməlidir. Qızıl-zinət əşyaları və “Gree” markalı kondisioner cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayət qədər olmadığından məhkəmə hesab edir ki, qızıl-zinət əşyaları və “Gree” markalı kondisionerə nisbətdə iddia tələbi rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu, Masazır şossesinin cənubu ünvanında yerləşən paltaryuyan (Samsung)-600 manat, soyuducu (LG)-1200 manat, televizor (LG) -1200 manat, ütü (panasonik) - 120 manat, tozsoran (panasonik) -170 manat, divan -550 manat, yataq mebeli (şkaf, çarpayı, kamot, 2 tumba) -2000 manat, qonaq mebeli (stol, 8 stul, qorka, kamot) -1850 manat, jurnalni stol (1 ədəd)- 100 manat. çilçıraq (1 ədəd) - 200 manat. Döşək (2 nəfərlik 1 ədəd)-130 manat, döşək (1 nəfərlik 1 ədəd) - 80 manat, yorğan (2nəfərlik lədəd)- 80 manat, yorğan (1 nəfərlik 1 ədəd) - 50 manat, yastıq (3 ədəd quş tükü) - 60 manat, yastıq (2 ədəd sintifon) - 20 manat, yay yorğanı (2 nəfərlik lədəd) - 50 manat, yay yorğanı (sintifon)-25 manat, yorğan ( 2 nəfərlik) - 50 manat, balış dəsti siti fondan - 50 manat, qırmızı adyal (1 cüt) -60 manat, pakrıval (2ədəd yaşıl, qəhvəyi) - 340 manat, pastel (6 dəst ) - 360 manat, prostiniya (1 ədəd tək) -20 manat, uzun (jlet) -60 manat, tərəvəz doğramaq üçün taxtalar - 25 manat, rəngli şüşə qablar - 245 manat, ayaqqabılar (ketlər, batinkalar, sapaşkilər)-800 manat, qadın ətirləri - 400 manat, qadın makiyaj dəsti - 200 manat, qadın çantaları (mavi, qara, yaşıl)- 200 manat, kaşilyoklar (pul qabları, çəhrayı, qəhvəyi)-100 manat, qış və yay geyimləri - 800 manat, ev geyimləri -300 manat, güzgü-50 manat, şamdanlar- 40 manat, lampa-12 manat, pərdələr (tül və dekorasiya) - 200 manat, paltar qurudan setka-20 manat, uşaq Geyimləri və oyuncağları -300 manat, əl-üz dəsmalı (4 cüt)-60 manat, bədən dəsmalı (4 cüt) - 90 manat, süfrə (4 dəst) -200 manat, stəkan dəsmalları (12 dəst) - 56 manat, ətçəkən maşın (Kankood) -150 manat, çaydan-65 manat, çaynik-5 manat, qazan dəsti-200 manat, şirəli qazan ( 3 ədəd)-40 manat, aliminum qazan dəsti-30 manat, şirəli ləyən dəstləri-50 manat, tava dəstləri-60 manat, bıçaq dəsti-40 manat, padnos dəstləri-50 manat, aşsüzən- 8 manat, sürtgəc- 2 manat, mis kəfkir-20 manat, mətbəxt baltası-20 manat, cam dəst-30 manat, çörək qabı-15 manat, şpilka qabı-5 manat, rəngli keramik qablar-150 manat, kasalar-20 manat, servis (3 dəst Yaşıl rəngli)-1600 manat, yemek servisi göy rəngli (2 dəst)-60 manat, xrustal meyvə qabları-100 manat, xrustal gül qabları- 500 manat, böyük xrustal stəkan (12 ədəd)-100 manatrustal armudu stəkan (6 ədəd)-50 manat, sadə stəkanlar (12 ədəd)-14 manat, nəlbəki dəsti-15 manat, xrustal limon qabları-50 manat, sadə limon qabları-20 manat, xrustal duz qabları-30 manat, konfet qabları-20 manat, çamadan çəngəlbıçaq dəsti-200 manat, çəngəl-bıçaq dəsti - 50 manat, mürəbbə qabı-25 manat, taxta qaşıq dəstləri-15 manat, tərəvəz soyan-2 manat, xrustal kompot stakanları-100 manat, kapot, bakal dəstləri-100 manat, qrafınka-70 manat, qadın geyimləri (plaş, palto, gödəkçə, tüklü jlet)-315 manat, uşaq yemek stolu-150 manat, uşaq velosipedi-200 manat, uşaq ədyalı-30 manat, hamam dəsti-50 manat, hamam xalatı -100 manat, saç qurudan fen -20 manat, qoz qıran -2 manat və ya onların dəyəri alınıb İddiaçı verilsin. İddia tələbi nişan üzüyü (aburçalnı, çəkisi 7.6 qr, 0.6 k-t briliyant qaşlı, Ə-750)-750 manat, uşaq sırğası-100 manat, komplekt (sırğa-üzük, çəkisi 30 qr, 1,80 k-t briliyant qaşlı, Ə-750)-2500 manat, gümüş sırğalar-30 manat, qızıl üzük tək qaş -200 manat və “Gree” markalı kondisionerin yarı dəyərini (300 manat) cavabdehə ödəməklə Cavabdeh alınaraq iddiaçıya qaytarılması hissəsində rədd edilsin. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2035/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2035/2021
31.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver