Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2051/2022 19.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 19 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri 07 aprel 1962-ci il təvəllüdlü X2 08 fevral 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 07 aprel 1962-ci il təvəllüdlü X5 onun əridir.X6 08 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evdə ölüb. Evə dərhal X18 Məntəqəsindən həkim çağırılmış, Təcili və X14 Yardım stansiyasının həkimi tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Həyat yoldaşı X1 rayonu Masazır qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. O, X2 08 fevral 2022-ci il tarixdə ölməsinin qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə qətnamə olmadığına görə müraciətini təmin etməmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Eldar Paşayevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilmir. Odur ki, 07 aprel 1962-ci il təvəllüdlü X2 müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, ərizəçinin və mərhum X2 qızıdır. Atası xəstə olduğundan, 08 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında ölmüşdür və Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun üçün yas mərasimləri keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, ərizəçinin xalası nəvəsidir. Ərizəçinin həyat yoldaşı 08 fevral 2022-ci il tarixdə ölmüşdür. Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. Yas mərasimləri evdə olmuş və iştirak etmişdir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 07.04.1962-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Tərtər rayonu, Küçərli kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X9 arasında 25.10.1985-ci il tarixdə rəsmi nikah bağlanmış, arvada Paşayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan Abşeron Rayon X7 Hüquqi Şəxs Təcili və X4 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 08.02.2022-ci il tarixdə X2 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Mülki iş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilən 11 aprel 2022-ci il tarixli 01-10/91-A nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi mərhum həyat yoldaşı X6 08.02.2022-ci il tarixində Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 03.03.2022-ci il tarixli, 05/Q-311/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 16 aprel 2022-ci il tarixli, 309 nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi 07 aprel 1962-ci il təvəllüdlü X2 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 08.02.2022-ci il tarixdə X2 adına çağırış olub, çağırış yerinə gələn X18 stansiyasının həkimi ölümü təsdiq etmişdir. Abşeron rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 16 aprel 2022-ci il tarixli, 309 nömrəli məktubda Ərizəçi 07.04.1962-ci il təvəllüdlü X2 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 aprel 1962ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 08 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 aprel 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 08 fevral 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2051/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2051/2022
19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver