Məhkəmə qərarları › İş №2(012)-2064/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2064/2023

06.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2064/2023 06.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh qarşı əmlakların və pulun qaytarılması tələbi barədə iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı əmlakların və pulun qaytarılması tələbi barədə barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən mənimsəyərək çıxarıb apardığı soyuducu, paltaryuyan, divan, mətbəx stolu və stulları, çarpayı, çilçıraqlar və qarderobdan ibarət ev əşyalarının geri qaytarılması və borclu qaldığı 469 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh barədə hər hansı məlumat yoxdur. Bununla belə, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh Gürcüstan Respublikası, Marneuli rayonunun Qızılhacılı kəndində qeydiyyatdadır. İş materiallarında Cavabdeh qeydiyyatda olduğu yer, əmlakının olduğu yer və ya onun məlum olan axırıncı yaşayış yeri barədə hər hansı məlumat yoxdur. Göründüyü kimi, mülki iş üzrə cavabdehin qeydiyyatının, habelə əmlakının olduğu yer və ya onun məlum olan axırıncı yaşayış yerinin Abşeron rayonu ərazisində olması barədə məlumatlar olmadığından mülki işə hazırki mərhələdə Abşeron Rayon Məhkəməsində baxılması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı əmlakların və pulun qaytarılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar