Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2065/2024 22.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, anası xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, bina 3, mənzil 33-də vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, anası xx.xx.1959-cu il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cii il tarixdə Xırdalan qəbristanlığında dəfn olunmuşdur. Həmin gün anasının vəziyyəti ağırlaşdığından '’Abşeron Rayon Mərkəzi Xəstəxanası" X17 Təcili və X10 Stansiyasına çağırış etmiş və anası həkimə qədər vəfat etmişdir. Hazırda ölüm pulunu almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində ‘’DOST İş Mərkəzi" tərəfindən anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum anası xx.xx.1959-cu il təvəllüdlü X5 ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bununla bağlı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X18 anası xx.xx.1959-cu il təvəllüdlü X5 tibbi şəhadətnamənin verilməsi barədə müraciət etsə də, sözügedən xəstəxana tərəfindən ona imtina cavabı verilmişdir. Eyni zamanda anası xx.xx.1959-cu il təvəllüdlü X5 ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi həyat yoldaşıdır. Mərhum X7 vəfat edən zaman onların evində olmuşdu. Mərhumun mədəsində problem olmuş, sonradan həkimlərdən bağırsaqlarının çürüdüyünü öyrənmişlər. Onun müalicəsi üçün üç dəfə xəstəxana dəyişiblər. Sonuncu dəfə əməliyyat olunandan sonra onların evinə gətirilmişdir. xx.xx.2024-cü il tarixində qəfildən halı pisləşdiyindən vəfat etmişdir. Mərhumun vəfat etməsinə səbəb hər hansı bir bədbəxt hadisə və ya xəsarət olmamış təbii-bioloji ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Ərizəçi qaynanasıdır. Onlarla qonşuluqda yaşayır. Nəvələrinə özü baxdığından daim evə gəlib getmişdir. Mərhum iki dəfə əməliyyat olunmuşdu. İkinci əməliyyatdan sonra ona heç bir kömək oluna bilməyəcəyi bildirilmişdi. X4ş ayında vəfat etmişdir. Dəqiq tarix yadına düşmür. Yas mərasimində iştirak etmişdir. Mərhumun vəfat etməsinə səbəb hər hansı bir bədbəxt hadisə və ya xəsarət olmamış təbii-bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2024-cü il tarixli Təcili və X10 X2 görünür ki, X3 adına həmin tarixdə, saat 01:50 radələrində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə, bina 3, mənzil 33 ünvanına çağırış daxil olmuş, həkimə qədər qadın cinsindən meyid olmaqla ölüm halı aşkar edilmişdir. -Tibbi Ərazi Bölmələrini X15 X19 Rayon Mərkəzi Xəstəxanası X20 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-20/2-K-76-xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ərizəçianın ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-328/24 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Abşeron rayonunun X8 Xidməti şöbəsinin xx.xx.2024-cü il tarixli, 4 nömrəli aktından görünür ki, X7 xx.xx.2024-cü tarixində Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Aktın doğruluğunu Xırdalan Bələdiyyəsinin əməkdaşları öz imzaları ilə təsdiq etmişdirlər. -Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, XB-40 saylı arayışan görünür ki, həqiqətən də, Ərizəçi İqoreviçin anası X7 xx.xx.2024-cü tarixində Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, X7 dəfn olunmuşdur. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixində anadan olmuşdur. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1959-cu il tarixində anadan olmuşdur. -Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 462963 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 238 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13, anası X1. -İİİ-ЖГ № 430401 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1959-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin anası olmuş, sonuncu xx.xx.2024-cü il tarixdə halı pisləşdiyindən vəfat etmiş və X3 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, bina 3, mənzil 33-də vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin anası X7 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, bina 3, mənzil 33-də vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, bina 3, mənzil 33-də vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, bina 3, mənzil 33-də vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2065/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2065/2024
22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver