Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2077/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 22.09.1955-ci il təvəllüdlü X4 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi küçə 8, 12 saylı fərdi yaşayış evində 13.02.2022-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, 22.09.1955-ci il təvəllüdlü X8 onun atasıdır. X3 13.02.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, küçə 8, 12 ünvanında yerləşən evdə vəfat etmişdir. Evə dərhal X19 Məntəqəsindən həkim çağırılmış, Təcili və X15 Yardım stansiyasının həkimi tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. O, X3nun 13.02.2021-ci il tarixdə ölməsinin qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, həmin qurum ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə qətnamə olmadığına görə müraciətini təmin etməmişdir. O, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, həmin xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İbrahim Cavadovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, 22.09.1955-ci il təvəllüdlü X4 müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Həmçinin, qeyd edir ki, atası şəkər xəstəsi olduğundan zaman-zaman ayaqlarında ağrıları da olurdu. Mərhum ölən gün ayaqlarında şiddətli ağrılarının olduğunu qeyd etmiş və o, dərhal X18 zəng etsə də, onlar gələnə qədər atası vəfat etmiş, Qusar rayonu Əcəxur kəndində dəfn olunmuşdur. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi anası, mərhum X4 isə həyat yoldaşıdır. Mərhum 13.02.2022-ci il tarixdə səhər saatlarında vəfat etmişdir. Mərhum şəkər xəstəsi olmaqla, 17-18 gün yataq şəraitində yaşamışdır. Divanda oturduğu zaman qəflətən yıxılmış və o, yaranmış səs-küyə gələn zaman mərhumun can verdiyini görmüş, təxminən 15 dəqiqəyə mərhum vəfat etmişdir. Mərhum Qusar rayonu Əcəxur kəndində dəfn olunmuş, ölümünə səbəb təbii ölüm olmuş, hər hansı bədbəxt hadisədən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi həyat yoldaşı, mərhum X8 isə onun qaynatasıdır. Mərhumun xəstəliyi əsasən şəkər xəstəliyi olmuş ölümündən bir neçə gün əvvəl yataqda xəstə yatmışdır. Onu müalicə üçün Respublika Xəstəxanasına aparmışlar. Lakin qaynatasının vəziyyəti pisləşmiş, 13.02.2022-ci il tarixdə evində səhər saatlarında vəfat etmişdir. Vəfat etməmişdən öncə vəziyyəti pisləşən zaman ərizəçi X18 zəng etmiş, lakin həkimlər gələnə qədər mərhum vəfat etmişdir. Mərhumun ölümünə səbəb təbii ölüm olmuş, hər hansı bədbəxt hadisədən ölməmişdir. Mərhum öz kəndində Qusar rayonunun Acənur kəndində dəfin etmiş və bütün yas mərasimləri keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, mərhum X4 qonşusudur. Mərhumun evi ilə onun evi arasında 3 ev qədər məsafə vardı. O, mərhumla yaxın yoldaşlıq münasibətində olmuşdur. Mərhumun sağlığında problemləri vardı. Onun həyətinə quraşdırılmış kamera mövcud olduğundan, 13.02.2022-ci il tarixdə ərizəçinin ağlayaraq evdən çıxdığını görmüşdür. Ərizəçi X19 axtarırdı. Mərhumun halı qəfildən pisləşmiş, lakin hələ sağ idi. X19 işçiləri gələnə qədər mərhum vəfat etmişdir. O, mərhumun yas mərasimində iştirak etmiş, lakin dəfnə getməmişdir. Bildiyi qədəri ilə, mərhum Qusar rayonunda dəfn olunmuşdur. Mərhumun ölümünə səbəb təbii ölüm olmuş, hər hansı bədbəxt hadisədən olmamışdır. Bütün yas mərasimlərində bir qonşu kimi iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 13.02.2022-ci il tarixli Təcili və X6 X1 görünür ki, X4 adına həmin tarixdə saat 09:00 radələrində ünvan 2 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. -İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə X17 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 21.02.2022-ci il tarixli 336 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İ.Cavadovun ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 01.03.2022-ci il tarixli 05/Q- 295/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 06.09.2014-cü il tarixli AZE № 14920055 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 8-ci küçə, 12 saylı evdə qeydiyyatda olmuşdur. -Asan-Sumqayıt tərəfindən verilmiş 21.12.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 8-ci küçə, 12 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 ərizəçinin atası olmuş, sonuncu 13.02.2022-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X4 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər də məhkəməyə verdikləri ifadələrində X4 13.02.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi küçə 8, 12 saylı fərdi yaşayış evində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin X3 13.02.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi küçə 8, 12 saylı fərdi yaşayış evində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 22.09.1955-ci il tarixdə Xudat rayonu Yalama kəndində anadan olmuş X4 13.02.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi küçə 8, 12 saylı fərdi yaşayış evində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.09.1955-ci il tarixdə Xudat rayonu Yalama kəndində anadan olmuş X4 13.02.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi küçə 8, 12 saylı fərdi yaşayış evində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2077/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2077/2022
27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver