Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2093/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 yanvar 2010-cu il təvəllüdlü X2 10 may 2010-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi Ə/D, Rəsul Rza küçəsində yerləşən 30 saylı evdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o,11 yanvar 2010-cu il tarixdə doğulmuş X2 10 may 2010cu il tarixdə vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və həmin məktubda aşağıdakılar qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu əsaslada o, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması qeydiyyat şöbəsinin imkanı xaricində olmuşdur. Maraqlı şəxs tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. 11 yanvar 2010-cu il tarixdə doğulmuş X4 onun qeydiyyatda olduğu və yaşadığı ünvanda vəfat etmişdir. Övladı körpə olan zaman vəfat etmiş və həmin an həkimə müraciət olunmadığı üçün onlara siqnal vərəqəsi verilməmişdir. Bundan əlavə siqnal vərəqəsi olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə almaqdan ötrü qeydiyyatları və yaşadıqları yer üzrə Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Ona şifahi şəkildə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Onun həyat yoldaşı X5 xx.xx.2021-ci il tarixdə baş bronxların bədxasəlli yeni törəməsi xəstəliyindən vəfat etmişdir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, ərizəçi onun atasının dayısı qızıdır. Elnarənin 3 övladı olmuşdur. Sonuncu övladı X4 11 yanvar 2010-cu il tarixində vəfat etmiş və Hökməlidə dəfn edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 məhkəmədə ifadəsində bildirdi ki, o, Hökməli qəsəbəsində yaşayır və 1985-ci ildən bəri ərizəçi ilə qonşudur. Elnarənin həyat yoldaşı Elxan 2021-ci ildə vəfat etmişdir. Elnarənin 3 övladı olmuş, sonuncu övladı 10 yanvar 2010-cu ildə vəfat etmiş və Hökməli qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Abşeron Rayonu Hökməli Qəsəbəsi İN tərəfindən verilmiş AZ-İİ № 406943 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 11 yanvar 2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə Ərizəçidır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 11 yanvar 2010-cu təvəllüdlü X2 10 may 2010-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi Ə/D, Rəsul Rza küçəsində yerləşən 30 saylı evdə ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 yanvar 2010-cu təvəllüdlü X2 10 may 2010-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi Ə/D, Rəsul Rza küçəsində yerləşən 30 saylı evdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2093/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2093/2023
23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver