Məhkəmə qərarları › İş №2(012)-2095/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2095/2021

03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2095/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 03 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01.02.1940-cı il təvəllüdlü X1 Abşeron rayonu, Saray qəsəbəsi, Sülh küçəsində yerləşən evdə 12.06.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X5 həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron rayon qeydiyyat şöbəsini maraqlı şəxs kimi qəbul edib, 01.02.1940-cı il təvəllüdlü atası X1 12.06.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, 01.02.1940-cı il təvəllüdlü X2 onun atasıdır. Atası ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Lakin faktiki olaraq ölən günə qədər Abşeron rayonu, Saray qəsəbəsi, Sülh küçəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Belə ki, mərhum atası uzun müddət ağciyər xərçəngindən əziyyət çəkirdi. Daim həkim nəzarətində müayinə və müalicə olunurdu. Uzun sürən xəstəlikdən sonra 12 iyun 2020-ci il tarixdə, saat 08:25 radələrində vəfat etmişdir. 12 iyun 2020-ci il tarixdə atasının vəziyyəti pisləşdiyi üçün o, Təcili və X3 Stansiyasına müraciət etmişdir. Evə həkimlər gəldikdə artıq atasının öldüyünü bildirmiş və bu barədə xəbərdarlıq vəsiqəsi verilmişdir. Həmin vəsiqə ilə ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi üçün xəstəxanaya müraciət etmişdir. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən 04.12.2020-ci il tarixli cavab məktubu verilərək, X1 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə onun məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 04 dekabr 2020-ci il tarixli, 1943 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X1 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.11.2020-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən verilmiş 18.03.2021-ci il tarixli məlumatdan görünür ki, mərhum X2 həqiqətən 12.06.2020-ci il tarixində vəfat etmiş və Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 01.02.1940-cı il təvəllüdlü X1 12.06.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01.02.1940-cı il tarixdə anadan olmuş X1 12.06.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar