Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2097/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun atası X5 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun atası X2 rayonu, Xırdalan şəhəri, yataqxana, məhəllə 27, ev 18V, mənzil 512 ünvanında qeydiyyatda olmaqla vəfat etdiyi vaxta qədər ailə üzvləri ilə birlikdə Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Atası xx.xx.2025-ci il tarixdə yaşadıqları həmin fərdi yaşayış evində vəfat etmiş və Ağsu rayonu, Nüydi kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Atası vəfat edən vaxtı təcili tibbi yardıma zəng edilmişdir. Tibb işçiləri gələn zaman artıq atasının dünyasını dəyişdiyi üçün atasına heç bir tibbi müdaxilə olunmamış və tibb işçiləri tərəfindən onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Bundan sonra o, həmin sənəd ilə “ASAN xidmət” mərkəzinə, həmçinin Maraqlı şəxsnə müraciət edib atasının ölüm haqqında şəhadətməsini almaq istəsə də ondan “ölüm haqqında tibbi şəhadətnamə” (FORMA AZS-106) tələb olunmuşdur. O, dəfələrlə bununla bağlı atasının qeydiyyatda olduğu ünvan üzrə Abşeron rayon Mərkəzi Xəstəxanasına, həmçinin yaşayış ünvanı üzrə Xocasən qəsəbə poliklinikasına müraciət etsə də hər iki tərəfdən də atasının orada müalicə olunmadığı əsas gətirilərək həmin sənədin (FORMA AZS-106) ona verilməsindən imtina edilmişdir. Məlumat üçün bildirir ki, atasına qısa müddət əvvəl ağciyərində kütlə olduğu və onkoloji xəstə olduğu haqqında diaqnoz qoyulmuş və bunun üçün müvafiq müalicəyə başlanılmışdır. Lakin xəstəlik tez yayılmış və nəfəs borusunda daralma yaranmış, bu da atasının nəfəs almasında ciddi çətinlik yaratmışdır. Atasının ölümündən bu vaxta qədər o, atasının ölümü haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda yaşadıqları fərdi yaşayış evində kommumal ödənişlərin hər biri atasının adına həyata keçirildiyindən onun adına keçirilməsi zərurəti yaranmışdır. Lakin ölüm haqqında şəhadətnamənin olmaması bunların həyata keçirilməsinə və digər sənədləşmə işlərində maneələr yaradır. Əlavə olaraq bildirir ki, atası X1 Xırdalan Şəhər Poliklinikasında qeydiyyatda olmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X9 onun doğma əmisi olmuşdur. Qamət Osmanov 04 yanvar 2025-ci ildə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, yaşadığı evdə vəfat etmiş və Ağsu rayonu, Nüydü kəndində dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X9 həm qohumu, həm də qonşusu olmuşdur. Belə ki, Qamət Osmanov onun atasının bibisi oğludur. X9 04 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. X10 ağciyərində şiş olmuşdur, bu səbəbdən sağlığında nəfəs darlığı hiss etmişdir. X15 rayonu, Nüydü kəndində dəfn olunmuş, yas mərasimində o da iştirak etmişdir. İş materiallarında olan AZE seriyalı, 17693627 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 14 aprel 1964-cü ildə Kürdəmir rayonunda anadan olmuşdur. İş materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 128640 nömrəli doğum haqqında şəhadətnamənin və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1999-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur, atası X9, anası X3r. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Respublika Təcili və X4 Mərkəzi” PHŞ Binəqədi Təcili və X4 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X9 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Çiçək qəsəbəsində həkimə qədər ölmüşdür. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 16 yanvar 2025ci il tarixli, 3-16-5/8-15-176/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu rayonu Nüydü Bələdiyyəsi tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli, 02 nömrəli arayışdan görünür ki, X9 04 yanvar 2025-ci il tarixində vəfat etmiş və Ağsu rayon Nüydü kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 Xocasən Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 18-1-1- 25/3-44/2025 №-li cavab məktubundan görünür ki, mərhum X5 daimi qeydiyyatı Abşeron rayonu, Xırdalan şəhəri, yataqxana məhəllə 27, ev 18 mənzil 512 olduğundan və heç zaman Xocasən Sağlamlıq Mərkəzinə müraciəti olmadığından onun vəfatı ilə bağlı müvafiq sənədin alınması üçün Abşeron Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 14 aprel 1964-cü il təvəllüdlü X5 04 yanvar 2025-ci il tarixdə Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 aprel 1964-cü il təvəllüdlü X5 04 yanvar 2025-ci il tarixdə Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2097/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2097/2025
16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver