Məhkəmə qərarları › İş №2(012)-2099/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2099/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2099/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X8rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 04 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21.04.1979-cu il təvəllüdlü X2 Samur- Abşeron su kanalında 16.05.2020-ci il tarixdə boğularaq ölməsi faktının müəyyən edilməsinə və bu əsasla ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X11 həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 21.04.1979-cu il təvəllüdlü atası X2 16.05.2020-ci il tarixdə Samur-Abşeron su kanalında ölməsi ilə əlaqədar tibbi şəhadətnamənin verilməsinin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X11 həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iddiaçı Ərizəçi izahatında bildirdi ki, 21.04.1979-cu il təvəllüdlü X4 həyat yoldaşı olmuşdur. X4 15.05.2020-ci il tarixdə Samur-Abşeron su kanalına düşərək boğularaq vəfat etmişdir. Hadisə barədə Abşeron Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X9 tərəfindən 108-C-19 nömrəli, 23 may 2020-ci il tarixli qərar qəbul edilərək, cinayət işinin olmaması səbəbindən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, 15 may 2020-ci il tarixdə 16:50 dəqiqədə Abşeron rayon Pİ-nin növbətçi hisssəsindən rayon prokurorluğuna, Samux-Abşeron su kanalından Ceyranbatan su anbarına doğru kişi meyitinin üzməsinə dair məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı hadisə yerinə baxış keçirilib, meyitin xarici müayinəsi aparılmış, izahatlar toplanmış, cəsədin 21.04.1979-cu il təvəllüdlü X3 olduğu müəyyən edilmişdir. Mərhum həyat yoldaşı X1 rayonu Müşfiq yolunun kənarında qoyun saxlayıb çobanlıq edərək, ailəsini, 3 azyaşlı övladını dolandırmağa çalışmışdır. 15.05.2020-ci il tarixdə saat 16 radələrində qardaşı Faiq Təhməzov mərhum həyat yoldaşı ilə birlikdə olmuşdur. Quzuları Samur-Abşeron kanalının ətrafında qoyunları otararkən qəflətən quzulardan biri sürüşüb su kanalına düşmüşdür. Mərhum həyat yoldaşı suya düşən quzunu çıxartmağa çalışarkən ayağı sürüşüb kanala yıxılmışdır. Kanalda su axını sürətli olduğundan həyat yoldaşı suda boğulmağa başlamışdır. Mərhumun qardaşı həyəcandan batını itirmiş, kəndir tapıb qardaşının kanala düşdüyü yerə gələndə artıq Farizi orada görməmiş, kanal boyunca gedib axtardıqda Farizin meyitini Samur- Abşeron kanalının su anbarına qovuşan yerində dəmir barmaqlıqlara ilişib qaldığını görmüşdür. Hadisə yerinə hüquq mühafizə orqanı və FHN-nin suda xilasetmə əməkdaşları gələrək Farizin meyitini oradan götürmüşlər. Bütün bu qeyd edilənlər 23 may 2020-ci il tarixli qərarda da öz əksini tapmışdır. O, Abşeron rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 müəyyən etdiyi 108-C-İ9 nömrəli, 23 may 2020-ci il tarixli qərar ilə Abşeron Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən ona 26.08.2020-ci il tarixli imtina məktubu verilərək izah edildi ki, aidiyyatı üzrə məhkəməyə müraciət etsin. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan 108-C-19 nömrəli, 23 may 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 Samur-Abşeron su kanalına öz ehtiyatsızlığından düşərək boğulub ölməsi faktında cinayət hadisəsi olmadığı üçün 108C-20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 2010 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X2 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsi tərəfindən verilmiş 03.09.2020-ci il tarixli arayışdan görünür ki, mərhum X4 həqiqətən 16.05.2020ci il tarixində vəfat etmiş və Ceyranbatan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 21.04.1979-cu il təvəllüdlü X2 16.05.2020-ci il tarixdə Samur- Abşeron su kanalında boğularaq ölməsi ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Belə ki, iş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında Abşeron rayon prokurorluğunun 23 may 2020-ci il tarixli qərarında X2 Samur-Abşeron su kanalını öz ehtiyatsızlığından düşərək boğulub ölməsi faktı təstiqini tapmış və cinayət hadisəsi olmadığı üçün material üzrə cinayt işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 21.04.1979-cu il təvəllüdlü X2 16.05.2020-ci il tarixdə Samur-Abşeron su kanalında boğularaq ölməsi barədə Abşeron rayon prokurorluğunun 23 may 2020-ci il tarixli qərarı hazırkı mülki iş üzrə hadisənin baş verməsi hissəssində məcburi olduğu üçün məhkəmə qaydasında yenidən ölüm faktının müəyyən ediılməsinə zərurəti aradan qaldırmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi mərhum həyat yoldaşı barədə ölüm haqqında tibbi şəhadətnaməni başqa qayda alması mümkün olmadığından və mərhumun ölüm səbəbi rəsmi sənədlə təstiqini tapdığından “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X13 həmin şəhadətnamənin verilməsi həvalə edilməlidir.. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21.04.1979-cu il təvəllüdlü X2 16.05.2020-ci il tarixdə Samur-Abşeron su kanalında ölməsi ilə əlaqədar “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi Abşeron Rayon Mərkəzi X7 Şəxsinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar