Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2104/2023 09.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı ölümün qeyd edilmə faktının təsdiq edilməsi və “ölüm haqqında şəhadətnamə” verilməsi vəzifəsinin isə iş üzrə Maraqlı şəxs1nə həvalə edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda yaşamış, xx.xx.1963-cü il təvəllüdlü, 21 sentyabr 2021-ci il tarixində vəfat etmiş mərhum X2 barəsində “ölüm haqqında şəhadətnamə” əldə edilməsi məqsədilə, mərhumun vəfat etməsi barəsində müvafiq “ölüm haqqında arayış” ın (Forma 106) verilməsi vəzifəsinin maraqlı şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasının və X1 ölümünün qeyd edilmə faktının təsdiq edilməsi və barəsində “ölüm haqqındaşəhadətnamə” verilməsi vəzifəsinin isə iş üzrə Maraqlı şəxs1nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); ərizədə göstərilməlidir. Lakin,daxil olmuş mülki işin materiallarından görünür ki, AR MPM-in 149.2.2-ci maddəsinin tələbindən irəli gələn ərizəçinin şəxsiyyəti eyniləşdirməyə imkan verən sənəd qanuna müvafiq iş materiallarına əlavə edilməmişdr. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Lakin, yuxarıda qeyd olunduğu kimi, ərizəçinin şəxsiyyəti eyniləşdirməyə imkan verən qanuna müvafiq sənəd iş materiallarına əlavə edilmədiyindən hazırki mülki işin ərtazi aidiyyətinin də müəyyən edilməsi mümkün deyildir. Ərizədən görünür ki, Ərizəçi Rusiya Federasiyası, Orlov vilayəti, Mtsensk şəhəri, Efremovskaya küçəsi, ev 7, mənzil 39 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbi dedikdə Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs başa düşülür. Həmin məcəllənin 6.2-ci maddəsinə əsasən miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir. Miqrasiya Məcəlləsinin 7-ci maddəsinə əsasən şəxsin miqrasiya uçotuna alınması üçün əsaslardan biri əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına girişidir. Həmin məcəllənin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Lakin iş üzrə ərizəçi miqrasiya uçotuna alınmasına dair heç bir sənədi məhkəməyə vermiş olduğu ərizəsinə əlavə etməmişdir. Bundan başqa iş materiallarından görünür ki, ərizə ərizəçinin vəkili və nümayəndəsi kimi göstərilmiş şəxs tərəfindən imzalanmış, lakin iş materiallarına müvafiq vəkil orderi əlavə edilmədiyindən, məhkəmə ərizənin səlahiyyətli olmayan şəxs tərəfindən verilməsi kimi qiymətləndirərk hesab edir ki,bu hal da AR MPM-in 152.1.2-ci maddəsinin tələbinə görə ərizənin qaytarılmasına əsas verir. Bundan başqa ərizənin məzmunundan görünür ki, ərizədə göstərilən hallar AR MPM-in 305ci maddəsi ilə müəyyən edilən məhkəmədə baxılası olan xüsusi icraat işlərinin məzmunu ilə uyğunluq təşkil etmir.Məhkəmə yuxarıda qeyd olunan halları ərizəçi tərəfindən ərizənin məzmununa riayət etməməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1 -ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda yaşamış, xx.xx.1963-cü il təvəllüdlü, 21 sentyabr 2021-ci il tarixində vəfat etmiş mərhum X2 barəsində “ölüm haqqında şəhadətnamə” əldə edilməsi məqsədilə, mərhumun vəfat etməsi barəsində müvafiq “ölüm haqqında arayış” ın (Forma 106) verilməsi vəzifəsinin maraqlı şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasının və X1 ölümünün qeyd edilmə faktının təsdiq edilməsi və barəsində “ölüm haqqında şəhadətnamə” verilməsi vəzifəsinin isə iş üzrə Maraqlı şəxs1nə həvalə edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2104/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2104/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver