Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2109/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olan X9 14 oktyabr 1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, 1992-cı il tarixdə X14 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. 1993-cü ilin aprel ayında Erməni Silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunduğu zaman onlar məcburi köçkün düşmüşlər. 1994-cü ilin oktyabr ayının 14-də həyat yoldaşı X14 ev tikmək üçün qamış gətirməyə gedən zaman yol qəzasında həlak olmuşdur. Həyat yoldaşı rəhmətə gedəndən sonra onu Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn etmişlər. Hüseynov Kazımı dəfn etdikdən sonra həmin zaman savadsızlıqdan, hüquqlarını bilmədiyindən və həmin zaman hansı dövlət orqanına məlumat verəcəkləri barədə məlumatları olmadığından onun ölümü barədə qeydiyyat orqanına məlumat verməmişlər. Nəticədə ölüm haqqında şəhadətnamə də ala bilməmişlər. Tələb olunan Ölüm haqqında şəhadətnaməni almaq üçün Mingəçevir şəhər Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etdikdə ona yoxlama nəticəsində X9 ölümünün qeydə alınması barədə akt aşkar olunmadığı və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı Qərarına əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməli olduğu, ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etdməli olduqlarını bildirdilər. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o, həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərinin ölüm haqqında şəhadətnaməsinin alınmasının onun üçün həm mənəvi əhəmiyyəti vardır, həm də onun qeydiyyatının ləğv edilməsi zəruridir. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun həmkəndlisi, həm də yaxın qohumudur. Qaçqınlıq vaxtı Kəlbəcər rayonundan gəlib Ağdaş rayonu Yenikənd ərazisində məskunlaşmışlar. Mərhum X3 sədri olub. X17 kəndində kolxozun mal-qarası üçün yataq yerlərində qamışdan fermalar tikərək işçilərə nəzarət edərək heyvandarlıqla məşğul olub. Onun yaşadığı yer həmin yataqdan xeyli aralı olub. Hadisə olan vaxtı isə o, həmin yatağa qonaq getmişdir. Hadisə 1994-cü ilin oktyabr ayının 14-də olmuşdur. Qonaq qaldığı evin çölündə səs-küy eşitmiş evdən bayıra çıxanda isə sədr Kazımın qamışın altında qaldığını görmüşdür. Kazım Hüseynov ferma üçün qamış gətirmiş və maşından düşürən zaman qamış onun üstünə aşmışdır. Adamlar onu xilas edənə qədər artıq rəhmətə getmişdir. Mərhum Mingəçevir şəhər Əli qəbirstanlığında dəfn edilmişdir. Mərhumun bütün yas mərasimləri keçirilmişdir. O, mərhuma keçirilən qırx mərasiminə qədər orada qalıb iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin bacısıdır. Mərhum isə həm əmisi oğlu, həm də bacısının həyat yoldaşı olmuşdur. Qaçqınlıq vaxtı Kəlbəcərdən gəlib Ağdaş rayonu Yenikənd ərazisində mal-qara yatağı deyilən yerdə məskunlaşmışlar. X20 Nəsimi adlı kolxozun sədri işəmiş, həmin kolozu idarə etmişdir. 14 oktyabr 1994-cü il tarixdə mərhum Ferma tikmək üçün qamış qırıb traktorla gətirmiş, həmin zaman qamışın bağlandığı ip qırılmış, qamış mərhumun üzərinə aşmış, qamışı götürənə qədər mərhum vəfat etmişdir. Mərhum Mingəçevir şəhər Əli qəbirstanlığında dəfn edilmişdir. Mərhuma bütün yas mərasimləri keçirilmişdir. Mərhumun dəfnində və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin böyük qardaşıdır. Hadisə Ağdaş rayonu Yenikənd kəndində baş vermişdir. O, Kəlbəcər rayonundan məcburi köçkün kimi gəlib orada yerləşmişdir. Mərhum X4 adlı kolxozun sədri idi. Onlar ailəsi ilə birlikdə yatağda yaşayırdılar. Onlar 14 oktyabr 1994-cü il tarixində sahədən ferma tikmək üçün qamış yığıb gətirmişlər və həmin vaxt maşına yığılan qamış mərhumun üzərinə aşmışdır. Hadisədən sonra polis çağırılmamışdır. Belə ki, polis çağırılması heç kimin ağlına gəlməmişdir. Mərhumu Mingəçevir şəhər Əli qəbirstanlığında dəfn edilmişdir. Mərhuma bütün yas mərasimləri keçirilmişdir. O da bütün mərasimlərdə iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Xanlar RPŞ tərəfindən 04.11.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatdadır. -Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 01.06.2019-cu il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qətnaməsi ilə müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. -Azərbaycan SSR Kəlbəcər rayon icraiyyə komitəsinin daxili işlər şöbəsi tərəfindən 09.02.1981-ci il tarixdə verilmiş pasportun surətindən görünür ki, X14 25.09.1963-cü ildə Kəlbəcər rayonu Soyuqbulaq kəndində anadan olmuşdur. -Mingəçevir Bələdiyyəsi tərəfindən 21.05.2019-cu il tarixli 787 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün olmuş X5 14 oktyabr 1994-cü il tarixində Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn olunmuşdur. -Kəlbəcər rayonu İcra Hakimiyyəti Başçısının 19.09.2019-cu il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən 1993-cü il aprel ayının əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi köçkün düşmüşdür. -Abşeron RİHB-nın Masazır kənd üzrə Nümayəndəliyi tərəfindən 18.11.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və hal-hazırda Abşeron rayon Masazır kəndində məskunlaşmışdır. -Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Abşeron rayonu üzrə Baş Məsləhətçisi tərəfindən 02.07.2018-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və müvəqqəti olaraq Abşeron rayon Masazır kəndində yaşayır. -Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən 11.02.2021-ci il tarixdə verilmiş 168 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonu Soyuqbulaq kəndində daimi qeydiyyatda olan, Ağdaş rayonu, Yenikənd kəndində məskunlaşmış Ərizəçi həyat yoldaşı X11 aid heç bir ilkin sənədin olmadığına görə və ölümün üzərindən 26 ildən artıq vaxt keçdiyinə görə X9 ölümünün Ağdaş RMX PHŞ tərəfindən qeydiyyata alınması mümkün deyildir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 19.09.2019-cu il tarixli arayışdan görünür ki, Ərizəçi Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatdadır. -Kəlbəcər rayonu İcra Hakimiyyəti Başçısının 28.01.2016-cı il tarixli arayışından görünür ki, Kəlbəcər rayonu, Şurtan kənd sakini Ərizəçi həqiqətən 1993-cü il aprel ayının əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində öz doğma el-obasından məcburi köçkün düşmüşdür. -Məhkəmənin sorğusuna əsasən: -Ağdaş rayon Prokurorlu tərəfindən 14.04.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi həyat yoldaşı Kazım Hüseynovun bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi barədə Mingəçevir ŞPŞ-dən daxil olmuş material üzrə rayon prokurorluğunda araşdırma aparılaraq, 34C-21 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. - Həmin məktuba əlavə edilmiş 15.02.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Qərardan daha sonra müəyyən olunur ki, Kazım Hüseynovun 14.10.2021-ci il tarixdə Seyfəli Hüseynov, Ələmşah adlı şəxs və adı araşdırmaya məlum olmayan şəxs ilə birlikdə Ağdaş rayonu Yenikənd kəndində qamış kolları yığmağa getmiş, qamış kollarını traktorun qoşqusuna yığmış, onu iplə bağlamış, bağladıqları ipdən biri çürümüş halda olmuş, Kazım Hüseynov ipi açmaq istəyərkən qamış kollarının onun üzərində aşması nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Odur ki, toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin əri X1 məcburi köçkün kimi gəlib Ağdaş rayonu Yenikənd ərazisində məskunlaşmışdır. O, Nəsimi adına kolxozun sədri olmuş, bu səbəbdən kolxozun mal-qarası Yenikənd ərazisində yatağda saxlanılıb. 14.10.1994-cü il tarixdə X6 tikintisində qamış materiallarından istifadə olunduğundan, traktorla qamış gətirmiş və qamışı düşürən zaman ehtiyatsızlıq etmiş, qamış mareriallarının çox hissəsinin altında qalaraq vəfat etmişdir. X2 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X9 14.10.1994-cü il tarixdə faciəli şəkildə vəfat etməsini təsdiq etmişlər. Eyni zamanda Ağdaş rayon Prokurorlu tərəfindən 15.02.2021-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda X2 faciəli şəkildə vəfat etməsi və cinayət hadisəsi olmadığı öz təsdiqini tapmışdır. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ərinin ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin əri X14 14.10.1994-cü il tarixdə Ağdaş rayonu Yenikənd ərazisində vəfat etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 25.09.1963-cü il tarixdə Kəlbəcər rayonunun Soyuqbulaq kəndində anadan olmuş, X9 14.10.1994cü il tarixdə Ağdaş rayonu, Yenikənd ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.09.1963-cü il tarixdə Kəlbəcər rayonunun Soyuqbulaq kəndində anadan olmuş X9 14.10.1994-cü il tarixdə Ağdaş rayonu, Yenikənd ərazisində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2109/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2109/2021
18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver