Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2122/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşım 17 dekabr 1986-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, mərhum 17 dekabr 1986-cı il təvəllüdlü X8 onun həyat yoldaşıdır. Bildirir ki, onun mərhum həyat yoldaşı xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixində, təxminən saat 22:00-da işdən evə gələndə həyat yoldaşının hamamda yerə yıxıldığını görmüş, yaxınlaşanda həyat yoldaşının rəhmətə getdiyi ona məlum olmuşdur. O elə həmin andan etibarən Abşeron Mərkəzi Rayon Xəstəxanasının Təcili və X3 Stansiyası ilə dəfələrlə əlaqə saxlayıb yardım istəmiş, Tibbi Yardım isə 03 yanvar 2024-cü il tarixində, gecə yarısı yaşadıqları ünvana gəlmişdir. O, mərhum həyat yoldaşı X4 vəfatı ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X15nə müraciət etmiş, müraciətinə cavab olaraq ona həyat yoldaşı X4 ölümünün baş vermə səbəbi məlum olmadığına görə X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra o, həyat yoldaşının ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədikləri üçün imtina verilmişdir. Bildirir ki, həyat yoldaşının adına ölüm haqqında şəhadətnamə ona zəruri sənədlərin əldə edilməsinə görə lazımdır və o, cəhd etməsinə baxmayaraq həyat yoldaşının ölümü haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Nəticədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X8 onun qardaşı, Ərizəçi isə onun qardaşının həyat yoldaşıdır. X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamışdır. O, 02 yanvar 2024-cü il tarixdə elə yaşadığı evdə vəfat etmiş və Balaxanı qəbiristanlığında dəfn edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X8 onun qardaşı olmuşdur. Onlar bir həyətdə yerləşən ayrı-ayrı evlərdə yaşamışdırlar. Mərhum qardaşı 02 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək dünyasını dəyişmiş və Balaxanı qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan AZE Seriyalı, 09509646 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X8 17 dekabr 1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ № 678559 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 25 may 2011-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 324 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayon X5 X16 və X3 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, ev 48 ünvanında həkim gələnə qədər ölmüşdür. Meyit üzərində zorakılıq əlamətləri olmamışdır. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 18-1-20/2-M-xx-xx/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Məmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 30 yanvar 2024cü il tarixli, 3-16-5/8-15-249/24 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 17 dekabr 1986-cı il təvəllüdlü X4 02 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17 dekabr 1986-cı il təvəllüdlü X4 02 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2122/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2122/2024
02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver