Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2125/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü qardaşı X4 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X9 xx.xx.1956-cı ildə anadan olmuşdur. Qardaşı qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, Saray qəsəbə qəbristanlığında dənf olunmuşdur. Bu bardə Saray Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayış da verilmişdir. Qardaşının halı pis olan kimi Təcili və X3 Stansiyasına müraciət etmişlər. Həkim biriqadası evə gələn zaman artıq qardaşının vəfat etdiyini bildirmişlər. Mərhum qardaşı Ənvər Qubada karxanada işləyirdi və orada yıxıldığı üçün onun diz nahiyəsində ödəmli zədələr var idi. Bununla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Mərhum qardaşı Ənvərə ölüm haqqında şəhadətnamə almaqdan ötrü, həm Abşeron Rayon Mərkəzi Xəstəxanasına, həm də Maraqlı şəxsnə müraciət etmişdir. Ona həmin qurumlardan imtina cavabı gəlmişdir və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, mərhum Ənvər Mamedov onun qonşusu idi. O, karxanada yıxılandan sonra xəstəxanada oksigen balonunun köməyilə nəfəs alırdı. Ənvər 2023-cü ilin oktyabr ayında ölmüş və Saray qəbiristnalığında dəfn edilmişdir. Ənvərgil Sarayda yaşayırdılar və onlar 3 bacı, 2 qardaş idilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, mərhum Ənvər Mamedov onun qardaşı idi. O, Qubada iş yerində yıxılmış və zədə almışdı. Qardaşı xx.xx.2023-cü il tarixdə ölmüş və Saray qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə X9 bacıqardaş olmuşlar. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X7 X11 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. Ə.Mamedovun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 14:20 radələrində ünvan 1 ünvanında yaşayan X4 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. - Quba rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 27 oktyabr 2023-cü il tarixdə saat 15:00-da X8 Mərkəzindən rayon prokurorluğuna "xxxx" MMC-nin direktoru X4 Quba rayonu, Qaraçay kəndində işlədiyi beton zavodunda yıxılaraq xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Saray Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.2023cü il tarixdə vəfat etmiş və Saray qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X9 ərizəçinin qardaşı olmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X4 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər öz ifadələrində X4 xx.xx.2023-cü il tarixdə Quba rayonunda yıxılıb zədə aldıqdan sonra Abşeron rayonunda vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin qardaşı X9 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2125/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2125/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver