Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-216/2022 27.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı vəkili - nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh5 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahələrindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə İddiaçı vəkili - nümayəndəsi Vəkil tərəfindən verilmiş əlavə qətnamə çıxarılması barədə ərizəsinə 27 iyul 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahələrindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmış reyestr nömrəsi **********46, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan 0.08 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan 0.045 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada çıxarılmaları və cavabdehlərin həmin torpaq sahələrində qanunsuz inşa etdikləri tikililərin öz hesablarına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılmış və 13 iyun 2022-ci il tarixli, 2(012)-216/2022 saylı qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 030621 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin 0.0124 ha hissəsindən cavabdehlər Cavabdeh1, 76 m2 hissəsindən Cavabdeh2 və 0,0213 ha hissəsindən Cavabdeh3 çıxarılmaları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 028508 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 82 m2 hissəsindən Cavabdeh6 və 78 m2 hissəsindən Cavabdeh4 çıxarılmaları, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin 08 manat hissəsi və mütəxəssis rəyinə görə 280 manat, cəmisi 288 manat məbləğində pul hər birindən 57,6 manat olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 40 manat və İddiaçı 10 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. 18 iyul 2022-ci il tarixdə İddiaçı vəkili - nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hesabına həmin torpaq sahələrində qanunsuz tikililərin sökülməsi hissəsinə dair qətnamədə münasibət bildirilmədiyindən əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili - nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 məhkəə iclasında ərizənin təmin edilməməsini xahiş etdilər. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bu barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və çıxarılmış qətnaməni nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, 2(012)-216/2022 saylı, 13 iyun 2022-ci il tarixli qətnamənin nəticə hissəsində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 030621 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin 0.0124 ha hissəsindən cavabdehlər Cavabdeh1, 76 m2 hissəsindən Cavabdeh2 və 0,0213 ha hissəsindən Cavabdeh3 çıxarılmaları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 028508 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 82 m2 hissəsindən Cavabdeh6 və 78 m2 hissəsindən Cavabdeh4 çıxarılmaları” qeyd edilsə də, lakin nəticə hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına həmin torpaq sahələrində qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmamışdır. Halbuki bu barədə iddia tələbi və tələbi əsaslandıran sübutlar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1, 229.1.1 və 229.1.3cü maddələrinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa və məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına həmin torpaq sahələrində qanunsuz tikililərin sökülməsi hissəsi əsaslıdır və təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin 0.0124 ha hissəsindən cavabdehlər Cavabdeh1, 76 m2 hissəsindən Cavabdeh2 və 0,0213 ha hissəsindən Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 028508 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 82 m2 hissəsində Cavabdeh6 və 78 m2 hissəsində Cavabdeh4 tərəfindən qanunsuz inşa etdikləri tikililər onların öz hesablarına sökülməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 229, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddia tələbi özbaşına tikililərin sökülməsi hissəsində təmin edilsin,İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin 0.0124 ha hissəsindən cavabdehlər Cavabdeh1, 76 m2 hissəsindən Cavabdeh2 və 0,0213 ha hissəsindən Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 028508 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 82 m2 hissəsində Cavabdeh6 və 78 m2 hissəsində Cavabdeh4 tərəfindən qanunsuz inşa etdikləri tikililər onların öz hesablarına sökülsün. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-216/2022
Abşeron Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(012)-216/2022
27.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver