Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2162/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1988-cl il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixində Mingəçevir şəhərində anadan olmuşdur. X5 adlı şəxs ilə xx.xx.2022-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikaha daxil olduqdan sonra soyadı dəyişilərək “Məmmədova” olmuşdur. Belə ki, yoldaşı ürək xəstəliyindən əziyyət çəkirdi. Ev şəratində 6 ay müalicə aldıqdan sonra xx.xx.2025-ci il tarixdə axşam saatlarında vəziyyəti pisləşdiyindən dərhal Təcili və X4 Stansiyasının aidiyyəti üzrə 16 saylı şöbəsinə müraciət edilmişdir. Təcili və X1 əməkdaşları saat 19.51 radələrinə Mehdiabad qəsəbəsi, Hüseyn Cavid küçəsinə yaşadığı ünvana yaxınlaşarkən yoldaşı artıq vəfat etmişdir. Təcili və X4 Stansiyası tərəfindən verilən ölüm haqqında xəbərdarlıq vərəqəsində yoldaşının ölüm səbəbi həkiməqədər ölüm kimi yazılmışdır. Belə ki, mərhum yoldaşı uzun müddətdir ki, ürək ağrısından şikayət edirdi. O, mərhum yoldaşının ölümü ilə tibbi şəhadətnamənin verilməsi üçün adiyyatı orqana müraciət etmişdir. Lakin onun heç bir xəstəliklə bağlı qeydiyyatının olmadığını bildirmiş və tibbi şəhadətnamə ona verilməmişdir. Belə ki, yoldaşı xx.xx.2025-ci il tarixdə Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. Daha sonra o, AR ƏN Maraqlı şəxsnə mərhum yoldaşının, yəni X2 ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsinin 3- 16-5/8-15-223/2025 №-li, xx.xx.2025-ci il tarixli məktub ilə müraciətinin icrasından imtina olunmuşdur. Həmçinin həmin məktub ilə həkim şəhadətnaməsi-yəni ölümü təsdiq edən sənəd olmadığına görə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZ-İİ 484594 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında nikah xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 115 saylı nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. - Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X5 xx.xx.1988-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-223/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X7 X12 Rayon Mərkəzi Xəstəxanası PHŞ Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 19:51 radələrində ünvan 1 ünvanında yaşayan X2 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. - Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışından görünür ki, mərhum X5 xx.xx.2025-ci il tarixdə Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun gəlini, mərhum isə oğludur. Oğlu, 2025-ci il yanvar ayının 10-da ürəktutmasından vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi qızı, mərhum isə kürəkənidir. Rəşad Məmmədov xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən evdə ürəktutmasından ölmüşdür. O, evə çatanda artıq ölmüşdü. Təcili yardım da gəldi. Mərhumun başqa xəstəliyi yox idi. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 ərizəçinin həyat yoldaşı olmuş, X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. X2 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlərin də ifadəsində X2 xx.xx.2025-ci il tarixlərdə Abşeron rayonu ərazisində vəfat etməsi təsdiq edilmişdir. Hazırda ölüm səbəbi məlum olmadığına görə, ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin əri X5 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçinin həyat yoldaşının pensiya hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2162/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2162/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver