Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2196/2024 08.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü atası X3 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, ərizəçi X11 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin məzmun və xahiş etdim hissəsində xx.xx.1963-cü il təvəllüdlü “atam” X3 “həyat yoldaşı” X2 və “ölüm” faktının “vəfat etməsi” faktı kimi və ərizənin xahiş edirəm hissəsində xx.xx.1963-cü il təvəllüdlü həyat yoldaşı X3 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsi kimi nəzərə alınması xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum həyat yoldaşı X6 xx.xx.1963-cü ildə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. Həyat yoldaşı X6 ilə birgə nikahından xx.xx.1997-ci ildə bir övladı olmuşdur. Həyat yoldaşı X3 xx.xx.2023-cü il tarixində halı pisləşdi və onlar təcili tibbi yardım stansiyasına zəng etdilər. Təxminən axşam saat 20:55 radələrində təcili yardımın əməkdaşları evə gəldilər və artıq həyat yoldaşı 30 dəqiqə olardı ki, vəfat etmişdi. Onu Türkan qəbristanlığında dəfn etdilər. Bu günə kimi mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnamə ala bilmirlər. Ərizə ilə Cavabdehnə müraciət edərək, həyat yoldaşı X3 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Cavabdeh 16 yanvar 2024-cü il tarixli №3-16-5/8-15-110/24 imtina ərizəsi ilə ona bildirmişdi ki, onların ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması mümkün olmamışdır. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Buna görə də onların məhkəməyə müraciət etməkləri təklif olunmuşdur. Abşeron rayon Mərkəzi Xəstəxanasının müraciətlərinə cavab olaraq həyat yoldaşı Ə.Səfiyarovun ölümün baş vermə səbəbi məlum olmadığına görə, onun adına tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Buna görə də, həyat yoldaşı X4 vəfat etməsi faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Ərizəçi mərhum atasını Mərdəkan qəbiristanlığında nəzarətçi kimi o, dəfn etmişdir. X6 xx.xx.2023-cü il tarixdə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onalar mehriban qonşudurlar və bir-birinin evlərinə tez-tez gedib gəlirlər. Hadisə günü o qonşuları Səkinə ilə bir yerdə olub. Həmin gün Səkinənin həyat yoldaşı Ələddinin qəfildən halı pisləşib, ona görə təcili yardım çağırıblar. Təcili yardım gələndə artıq mərhum vəfat etmişdi. Günü yadına düşmür Ələddin kişi 2023-cü ilin dekabrında vəfat etmişdir. Mərhumun vəfat etməsinə səbəb hər hansı bir bədbəxt hadisə və ya xəsarət olmamış təbii-bioloji ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum X6 onun atası olmuşdur. 2023-cü ilin dekabrın 29-da axşam saat 20:00 radələrində halı pislədiyi üçün Təcili yardım çağırıldı. Lakin Təcili yardım gələndə artıq vəfat etmişdi. Türkan qəbirstanlığında dəfn edillmişdir. Atasında qəfldən təbii ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, Vİİ-ЖГ №445019 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 101 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Ramazanova” soyadı verilmişdir. -xx.xx.2023-cü il tarixli Təcili və X9 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, X3 adına həmin tarixdə, saat 20:53 radələrində Məhəmmədi Göyqurşağı bina 8, mənzil 10 ünvanına çağırış daxil olmuş, həkimə qədər kişi cinsindən meyid olmaqla ölüm halı aşkar edilmişdir. -Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1194/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Tibbi Ərazi Bölmələrini X15 X19 Rayon Mərkəzi Xəstəxanası X20 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-20/2-R-5-42-7/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ə.Səfiyarovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkildən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X6 dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu, Məmmədli kəndi, Göyqurşağı yaşayış kompleksində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə halı pisləşdiyindən vəfat etmiş və X3 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X3 xx.xx.2023cü il tarixdə Abşeron rayonunda vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, X1 rayonu, Məmmədli kəndi, Göy qurşağı Y/K, ev 8, mənzil 10 ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1963-cü il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə, qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2196/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2196/2024
08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver