Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2202/2021 26.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh qarşı “aliment və əmlak” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “aliment və əmlak” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2020-ci il tarixdən indiyə qədər ödəməli olduğu (4 ay 200 manat, xx.xx.2020-ci il tarixdən 100 manat) 1100 manat alimenti ödəməsinə və şəxsi əşyalarını, uşaqlarının dərsliklərini, geyimlərini, birgə nikahları dövründə aldıqları qabqacaq, məişət avadanlıqlarını götürməsinə dair qətnamə çıxarılmasını” xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbində “cavabdehin xx.xx.2020-ci il tarixdən indiyə qədər ödəməli olduğu (4 ay 200 manat, xx.xx.2020-ci il tarixdən 100 manat) 1100 manat alimenti ödəməsinə dair qətnamə çıxarılmasını” xahiş etsə də, məhkəmə bununla bağlı qeyd etməyi lazım bilir ki, ilk növbədə alimentin tutulması ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur (Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-387/2020). Digər məqamda isə alimentin alınması ilə bağlı hər hansı bir çətinlik yaranarsa, aidiyyəti üzrə qətnamənin (Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(024)-387/2020) icrasını həyata keçirən müvafiq İcra Şöbəsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim iddia ərizəsini qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Eləcə də, iddia tələbində “şəxsi əşyalarını, uşaqlarının dərsliklərini, geyimlərini, birgə nikahları dövründə aldıqları qab-qacaq, məişət avadanlıqlarını götürməsinə dair qətnamə çıxarılması” xahiş olunsa da, həmin əşyaların, qab-qacaq və yaxud məişət avadanlıqlarının hər biri haqqında onları fərdiləşdirən əlamətlər və qiymət göstəriciləri göstərilməmiş və bununla bağlı iddia ərizəsinə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 150-ci maddəsinin tələblərinə görə isə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri və s. iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh “aliment və əmlak” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2202/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2202/2021
26.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver