Məhkəmə qərarları › İş №2(012)-2206/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2206/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2206/2022 25.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, əri – X4 ölüm faktının müəyyən edilməsi və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, əri – xx.xx.1959-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, M.P.Vaqif küçəsi, ev 15-də, xx.xx.2022-ci il tarixində ölmüşdür. Bununla bağlı Abşeron Rayon Mərkəzi X6 Yardımına müraciət edilmişdir. Təcili yardım yaşadıqları ünvana xx.xx.2022-ci il tarixində saat 3:38 radələrində gəlib çıxmış, lakin təcili yardım gəlincə artıq xəstə vəfat etmişdir. Həkimlərin dediyinə görə xəstənin qeydiyyatda olan sənədləri itirilmişdir və ona görə də ölüm səbəbi bilinmir. Hazırda mərhum həyat yoldaşı X8 aid ölüm haqqında şəhadətnaməni ala bilmədiyinə görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, müvafiq faktın müəyyən edilməsi ona miras əmlak üzrə vərəsəlik məsələlərinin həlli üçün zəruridir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, mərhum X12 onun atasıdır. Mərhum atası qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Atası 03 fevral 2022-ci ildə Xırdalandakı evlərində vəfat etmişdir. Bu zaman evdə o və anası olmuşdur. Bundan sonra qohumlara və təcili tibbi yardıma məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 ifadələrində bildirmişlər ki, mərhumun bacılarıdır. 03 fevral 2022-ci ildə onlara zəng gəlmişdir ki, qardaşlarının vəziyyəti pisdir. Onlar qardaşlarının evinə çatanda artıq o vəfat etmişdir. Təsdiq edirlər ki, qardaşları X12 xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babayev Ulduz Babaşxan oğlu ifadəsində bildirmişdir ki, mərhum onun xalasının əridir. O təsdiq edir ki, X12 xx.xx.2022-ci il tarixdə öz mənzilində ölmüşdür. Həmin gün xalası Mehriban ona zəng etmişdir ki, ərinin vəziyyəti pisdir. Onların yaşadığı mənzilə çatanda isə ona məlum olmuşdur ki, X12 artıq ölmüşdür. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - nikah haqqında AZ-İİ 056538 saylı şəhadətnamənin surətindən görünür ki, X12 ilə X5 xx.xx.1999-cu il tarixdə nikaha girmişlər. - Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X7 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 03:38 radələrində ünvan 1 ünvanında yaşayan X4 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyid aşkar edilmiş, üzərində zorakılıq əlaməti, meyid ləkələri aşkar edilməmiş və Covid-19 virusuna görə yaxma götürülmüşdür. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-343/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 394saylı məktubdan görünür ki, Ərizəçi əri X4 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. İ.Əliyevin ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X12 dəfn olunmuşdur. - Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 63 saylı arayışından görünür ki, X12 03 fevral 2022-ci il tarixdə vəfat etmiş və Altıağac qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X12 ərizəçinin əri olmuş, xx.xx.2022-ci il tarixdə ev şəraitində vəfat etmişdir. X4 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin əri X12 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1959-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar