Məhkəmə qərarları › İş №2(012)-2210/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2210/2022

06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2210/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş xx.xx.1998-ci il təvəllüdlü mərhum oğlu X8 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etmiş xx.xx.1998-ci il təvəllüdlü mərhum oğlu X8 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi Abşeron rayonu Fatmayı kəndində qeydiyyatda olmaqla, xx.xx.1998-ci il təvəllüdlü mərhum oğlu X12 da həmin ünvan üzrə qeydiyyatda olmuşdur. Ərizəçinin mərhum oğlu uşaqlıqdan epilepsiya və ürəyində olan 1-ci dərəcəli prolaksi xəstəliyindən əziyyət çəkirdi. Uzun illər idi ki, müalicələr olunurdu. xx.xx.2021-ci ildə mərhum X12 vəfat etmişdir. Həmin dəqiqə ərizəçi növbətçi həkimi çağırmış olsa da həkim gələnə qədər mərhum oğlu keçinmiş, növbətçi həkim bunun əsasında ərizəçinin oğlunun ölməsi barədə arayış vermişdir. Həmin arayışı ərizəçi qeydiyyatda olduğu Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün təqdim etmiş, lakin ölüm kağızı 10 gün müddətinə alınmadığından ölüm kağızının verilməsindən imtina edilmişdir. Ərizəçinin mərhum oğlu X12 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Sulu-təpə qəbiristanlığında dəfn edilmişdir. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi bacısıdır. xx.xx.1998-ci il təvəllüdlü mərhum X12 isə bacısının oğlu olub. Mərhum qəfil ürək tutmasından vəfat edib. Onlar ailədə 4 bacı və 3 qardaşdırlar. Bacısı ona 27 noyabr 2021-ci il tarixdə zəng edərək oğlunun öldüyünü demişdir. Təcili tibbi yardım çağırmış, lakin tibb işçiləri gec gəldiyindən taksi ilə həkimə aparmaq istəmişlər. Nəticədə, mərhum taksidə artıq vəfat etmişdi. Mərhumun ürəyində uşaqlıqdan problemlər olmuşdur. Fuadın ölümünə səbəb ürək çatışmamazlığı, yəni təbii ölüm olmuşdur. Ölümə səbəb hər hansı bir bədbəxt hadisə olmamışdır. Mərhum Sulutəpə qəbirsanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi qardaşıdır. 06 avqust 1998-ci il təvəllüdlü mərhum X12 isə bacısının oğlu olub. Bacısı oğlunun vəfat etdiyini ona bibisi oğlu 27 noyabr 2021-ci il tarixdə zəng edib xəbər vermişdi. Mərhumun uşaqlıqdan epilepsiya xəstəliyi var idi və buna görə müalicələr də almışdı. Mərhum hər hansı bədbəxt hadisədən deyil, tamamilə təbii ölüm nəticəsində vəfat etmişdi. Teymur Sulutəpə qəbirsanlığında dəfn olunub. Mərhumun bütün yas mərasimlərində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi bibisi oğludur. xx.xx.1998-ci il təvəllüdlü mərhum X8 vəfat etməsi barədə ona zəng olunmuş və o, dərhal xəstəxanaya getmişdi. Mərhum 27 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Uşaqlıqdan ürəyində problemlər olmuş və buna görə müalicələr də almışdır. Mərhum xəstəxanaya aparılanda yolda qəflətən vəfat etmişdir. Mərhum hər hansı bədbəxt hadisədən deyil, tamamilə təbii ölüm nəticəsində vəfat etmişdi. Məhkəmə ərizəçinin nümayənədsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi rayon X18 tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli XX-ЖГ № 454270 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1507 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası Ərizəçidır. -Bakı şəhəri Təcili və X6 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 117 saylı arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan 1998-ci il təvəllüdlü X8 adına olan çağırış yerinə gələn 7 saylı bölmənin həkimi C.Baxşıyev həkimə qədər ölüm halını, kiçi cinsinə məxsus meyid aşkar etmişdir. -6 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2021-ci il tarixli 05/Q-1096/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından ərizənin təmin edilməsi mümkün olmamış və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. -Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q- 45/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə X15 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 393 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. F.Teymurovun ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Xocasən Bələdiyyəsinin sədri cənab N.Məmmədova Sulu-təpə qəbiristanlığının nəzarətçisi Yaqub Vəliyev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, X12 həqiqətən də xx.xx.2021-ci il tarixdə Sulu-təpə qəbiristanlığında dəfn olunmuşdur. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE № 14834514 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Xırdalan şəhəri Fatmayı kəndində qeydiyyatda olmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Abşeron rayonu Fatmayı kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X12 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.2021-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X8 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər də məhkəməyə verdikləri ifadələrində X8 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu ərazisində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin oğlu X12 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etmişdir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar