Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2233/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1953-cü il təvəllüdlü X2 ünvan 4ndə xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum xx.xx.1953-cü il təvəllüdlü X4 onun atasıdır. O, atası ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. Atası xx.xx.2023-cü il tarixdə, təxminən saat 21:30 radələrində həmin ünvanda vəfat etmişdir. Onun həmin mənzildə vəfat etməsi Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsində də öz əksini tapmışdır. O, Abşeron rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə müraciət etsə də ölümün qeydə alınması mümkün olmamışdır. Atası xx.xx.2023-cü il tarixdə Sulu-Təpə qəbiristanlığında dəfn olunmuşdur. Onun atası sağlam adam idi, lakin gözündə problemi vardı. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi doğma xalasıdır. X1 ərizəçinin atasıdır və onun kürəkəni idi. Mərhum vəfat edəndə o, onların evində idi. Həmin gün o, ərizəçinin evinə paltarlarını aparmaq üçün getmişdir. Həmin tarixi dəqiq xatırlamasa da, səhv etmirsə, yanvarın 2-si olmuşdur. Həmin evdə balaca uşaq vardı və o, “ata” deyə müraciət etdiyi babasının yıxıldığını bildirmişdir. O, hadisə yerinə gedəndə mərhum yıxılı vəziyyətdə olmuş, boğazı xırıldayırdı. Mərhumun sağlamlığında problemi yox idi, gözündə zəifliyi vardı. Təcili yardım çağırmışlar, tibbi heyət işçiləri bayram günü olduğundan yarım saat sonra gəlmişdir. Həmin an o, həyəcanlı olmuş, ağlamış və tibbi işçilərinin nə etdiyinin fərqinə varmamışdır. Mərhum bədbəxt hadisədən vəfat etməmiş, hamamda güman ki, yıxılmışdır. Mərhum hadisənin səhəri günü Sulutəpə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, X4 onun babasıdır. O, evdə olanda divanda uzanmışdır. Babası çayını içib ayaqyoluna getmiş, 20 dəqiqə sonra xışıltı səsi eşitmişdir. Birdən qapının səsini eşitmiş, həmin yerə getmiş və babasının yıxıldığını görmüşdür. O, anasına bu barədə məlumat vermiş, babasının geyimini geyindirmiş və köməkləşib divana uzandırmışlar. Hadisə xx.xx.2023-cü il tarixdə baş vermişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1981-ci il tarixli, Vİİİ-ЖГ № 343956 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 316 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası X6r. -xx.xx.2023-cü il tarixli Təcili və X11 X3 görünür ki, X2 adına həmin tarixdə, saat 21:30 radələrində ünvan 4 ünvanına çağırış daxil olmuş, həkimə qədər kişi cinsindən meyid olmaqla ölüm halı aşkar edilmiş, meyid üzərində zorakılıq əlamətləri aşkar olunmamış və “Covid-19” infeksiyasına görə yaxma götürülmüşdür. -Tibbi Ərazi Bölmələrini X15 X17 Rayon Mərkəzi Xəstəxanası X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-20/2-M-5-xx-xx/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. B.Mehtiyevin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/Q-226/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -X16-təpə qəbiristanlığı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 həqiqətən də, xx.xx.2023-cü il tarixdə Sulu-təpə qəbiristanlığında dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X4 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində qeydiyyatda olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, dalan 1, 5D saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X4 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X2 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadələrində X2 xx.xx.2023-cü il tarixdə ünvan 4ndə vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin atası X4 xx.xx.2023-cü il tarixdə ünvan 4ndə vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə ünvan 4ndə vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə ünvan 4ndə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2233/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2233/2023
16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver