Məhkəmə qərarları › İş №2(012)-2239/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2239/2021

15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2239/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi1 və onun vəkili Ərizəçi2, Maraqlı şəxslər Maraqlı şəxs1 qızının, X6, Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxslər Maraqlı şəxs1 qızı, X10, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı «qohumluq faktının və vərəsəlik hüququnun müəyyən edilməsi» tələbinə dair mülki işə 15 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X15 ilə onun əmisi olmaqla, qohumluq faktının müəyyən edilməsi və onun mərhum X8 vərəsəsi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmədə izahatında bildirdi ki, mərhum X15 onun doğma əmisi olmuşdur. Həmçinin X4 ilə mərhum X8 ataları eyni-X11, anaları isə fərqlidir. Əmisi X2 rayonunda gedən döyüşlərdə 26 fevral 1994-cü ildə həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır. 10 may 1994-cü ildə isə ölüm haqqında 438858 nömrəli şəhadətnamə verilmişdir. X1 valideynlərinin hər ikisi vəfat etmişdir. Şəhid ailələrinə birdəfəlik ödəniş 11000 manat sığorta ödənişinin verilməsi məsələsi ilə bağlı müraciət üçün qohumluq faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi1 vəkili Ərizəçi2 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs1 qızı məhkəmədə izahatında bildirdi ki, mərhum X15 onun əmisi olmuşdur. Ərizəçi1 isə onun bacısıdır. Maraqlı şəxs4 məhkəmədə izahatında bildirdi ki, mərhum X15 onun əmisi olmuşdur. Əmisi ailə qurmamışdır, 1994-cü ildə isə şəhid olmuşdur. Şəhid ailəsi kimi vəsiqə Ərizəçi1 verilmişdir və ərizəçi əmisinin vərəsəsidir. Əmisinin anası Leyla da vərəsə olmuş, lakin 2003-cü ildə vəfat etmişdir. Maraqlı şəxslər X10 və Maraqlı şəxs3 məhkəmədə izahatında digər maraqlı şəxslərin izahatına uyğun izahat verdilər. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfində verilmiş 11 aprel 2021-ci il tarixli, **********565 saylı ərizədən görünür ki, X12 qonşusu Ərizəçi1 Yusif qızı, babası X5 tərəfindən 1974-cü ildə övladlığa götürüldüyünü və onun himayəsində böyüdüyünü bildirmişdir. İş materiallarında olan 13.05.1994-cü il tarixində verilmiş arayışından görünür ki, mərhum X15 26.02.1994-cü il tarixdən 09.03.1994-cü il tarixədək hərbidə olmuşdur. İş materiallarında olan Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş sənəddən görünür ki, mərhum X15 26.02.1994-cü il tarixdə vəzifə borcunu yerinə yetirərkən həlak olmuşdur. İş materiallarında olan Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ 402527 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X7 ilə 31 avqust 1984-cü il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. İş materiallarında olan Ağdam rayon VVADQ şöbəsi tərəfindən verilmiş AЗ ******* №-li doğum haqqında şəhadətnamədən görünür ki, Əliyev Yusif Novruz oğlu 02 yanvar 1949-cu ildə Ağdam rayonunda anadan olmuşdur. İş materiallarında olan Ağdam rayon VVADQ şöbəsi tərəfindən verilmiş İİ- ЖГ 482521 №-li Ərizəçi1 xx.xx.1974-cü il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X4, anası isə X9r. Məhkəmə ərizəçini və maraqlı şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hazırki iş üzrə ərizənin təmin edilməsi üçün sübutlar kifayət qədər olmadığndan rədd edilməlidir. Belə ki, ərizəçi özünün izahatına,maraqlı şəxslərin izahatlarına və iş materiallarına əlavə edilmiş digər sənədlərə istinad etmiş, lakin istinad olunan sübutlar ərizənin təmin olunması üçün yekun nəticəyə gəlməyə kifayət etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi1 maraqlı şəxslər Maraqlı şəxs1 qızı, X10, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı mərhum X8 onun əmisi olmaqla, qohumluq faktının müəyyən edilməsi və onun mərhum X8 vərəsəsi kimi tanınması barədə ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar