Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2239/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Qurbanova (Həsənova) Aynurə Yəhya qızının, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Qurbanova (Həsənova) Aynurə Yəhya qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Qurbanova (Həsənova) Aynurə Yəhya qızı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01003 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Qurbanova (Həsənova) Aynurə Yəhya qızı ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01003 saylı barışıq sazişinin yalnız aliment ilə bağlı hissəsinin, yəni 3-cü bəndinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi Qurbanova (Həsənova) Aynurə Yəhya qızı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Maraqlı şəxs arasında olan xx.xx.2008-ci il tarixli rəsmi nikaha Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-237/2024 nömrəli qətnaməsi ilə xitam verilmişdir. Maraqlı şəxs ilə Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01003 saylı barışıq sazişinə əsasən övladları Hüseyn Qurbanlı və Abbas Qurbanlının yetkinlik yaşına çatana qədər onların saxlanması üçün hər ayın 20-nə kimi hər bir uşaq üçün 235 manat olmaqla, iki uşağa görə 470 manat aliment ödəyəcəyini Maraqlı şəxs öhdəsinə götürmüşdür. Lakin barışıq sazişindən irəli gələn öhdəliyi Maraqlı şəxs lazımınca yerinə yetirmir. Belə ki, 2024-cü ilin avqust ayından alimenti natamam ödəmişdir, 2025-ci il yanvar ayından isə aliment ödəməkdən imtina edir. Bu səbəbdən o, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Uşaqlar onun yanında qalır, lakin 3 aylıq müddətdə xəstə olduğundan o, atasının yanında qalmış, uşaqlara isə onun anası baxmışdır. Əlavə olaraq bildirir ki, onun anası ilə atası boşanmışlar. O, hazırda aptekdə işləyir və hər ay 500 manat məbləğində kirayə haqqı ödəyir. Maraqlı şəxs vaxtilə tutulacaq aliment məbləğinin əmək haqqına yönəldilməməsini ondan xahiş etmiş, o isə bununla razı olmuşdur. Ancaq hazırda o, alimentin maraqlı şəxsin maaşına yönəldilməsini istəyir. Odur ki, qeyd edilənlərə əsasən o, barışıq sazişinin aliment hissəsini özündə əks etdirən 3-cü bəndinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, uşaqların ananın yanında qalması barədə onunla ərizəçi Qurbanova (Həsənova) Aynurə Yəhya qızı arasında razılıq əldə edilsə də barışıq sazişi bağlandıqdan sonra kiçik övladı Abbas Qurbanlı onun yanında qalmışdır. Uşaqlar hazırda ana nənəsinin yanında qalırlar, uşaqların bütün xərclərini təkcə onunla onların ana nənəsi qarşılayır. O, ərizəçiyə 4 aylıq aliment məbləğini ödəmişdir, belə ki, 400 manat məbləğində alimenti ərizəçiyə məxsus karta göndərmiş, qalan məbləği isə ərizəçinin özünə vermişdir. Əlavə olaraq qeyd edir ki, Hüseyn Qurbanlı 15 yaşında, Abbas Qurbanlı isə 8 yaşındadır. O, övladlarının saxlanması üçün ərizəçi Aynurə Qurbanovaya (Həsənovaya) 470 manat əvəzinə 400 manat sabit pul məbləğində aliment ödəyəcəkdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 546501 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 sentyabr 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası isə Qurbanova (Həsənova) Aynurə Yəhya qızıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 823708 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 iyul 2016-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası isə Qurbanova (Həsənova) Aynurə Yəhya qızıdır. İş materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Qurbanova (Həsənova) Aynurə Yəhya qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01003 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1. X1 və Maraqlı şəxs xx.xx.2008-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində 447 saylı nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulmasına razıdırlar və ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etmədən nikahın pozulması üçün məhkəməyə ərizə veriləcəyinə dair razılığa gəldilər; 2. Maraqlı şəxs rəsmi nikahlarından anadan olmuş övladı xx.xx.2010-cu il təvəllüdlü X3 (D/Ş AZ-İİ 546501) və xx.xx.2016-cı il təvəllüdlü X4 (D/Ş AZ-İİİ 823708) anası X2 himayəsində qalmasına etiraz etmir. 3. Maraqlı şəxs övladları - X3 (D/Ş AZ-İİ 546501) və xx.xx.2016-cı il təvəllüdlü X4 (D/Ş AZ-İİİ 823708) saxlanılması üçün saziş qəbul edildikdən sonra, hər ayın 20-nə kimi hər uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində, cəmi 470 (dörd yüz yetmiş) manat aliment ödəcəyini öhdəsinə götürür. Aliment məbləği X2 təqdim etdiyi bank hesabına ödəniləcək; 4. X5 övladları X3 (D/Ş AZİİ 546501) və xx.xx.2016-cı il təvəllüdlü X4 (D/Ş AZ-İİİ 823708) atası Maraqlı şəxs ilə sərbəst ünsiyyətinə mane olmayacağını öhdəsinə götürür. Ünsiyyət vaxtını tərəflər uşağın maraq və mənafeyinə toxunmadan özləri könüllü müəyyən edir; 5. Birgə nikah dövründə əldə olunan əmlakı ilə bağlı tərəflərin birbirinə iddiaları yoxdur. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir! Qeyd: Tərəflər hazırki ailə mübahisəsinin Ailə Məcəlləsinin 7-1-ci maddəsinə uyğun olaraq Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediaisya vasitəsi ilə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll etdilər; 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz; 17. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 18. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 19. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 20. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 21. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; 22. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının aktları aiddir; 23. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 24. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 25. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 26. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 27. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 28. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 29. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4237/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X5 ilə Maraqlı şəxs arasında xx.xx.2008-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 447 nömrəli aktla qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin aliment hissəsini özündə əks etdirən 3-cü bəndinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edilmədiyindən, Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Qurbanova (Həsənova) Aynurə Yəhya qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01003 saylı barışıq sazişinin alimentə aid olan 3-cü bəndi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Qurbanova (Həsənova) Aynurə Yəhya qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01003 saylı barışıq sazişinin tərəflərin birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf olan Maraqlı şəxs tərəfindən saziş qəbul edildikdən sonra, hər ayın 20-nə kimi hər uşağa görə 235 manat məbləğində olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin 1-ci tərəf olan Qurbanova (Həsənova) Aynurə Yəhya qızına aid olan və 2-ci tərəfə təqdim edilən bank hesabına ödənilməsi barədə 3-cü bəndi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2239/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2239/2025
06.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver