Məhkəmə qərarları › İş №2(012)-2243/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2243/2021

03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2243/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 03 may 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 Abşeron rayonu, Xırdalan şəhərində 05 fevral 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 08.08.1953-cü il tarixdə İsmayıllı rayonu, Lahıc kəndində anadan olmuş X1 Esmira Aydın qızının anasıdır. X2 05 fevral 2021-ci il tarixdə qəfildən ünvan 1 ünvanında vəfat etmiş və İsmayıllı rayonu, Lahıc kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda müəyyən sənədləşmə işləri ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Ərizəçi anası- X3 ölməsi ilə əlaqədar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirdi ki, mərhum ilə 3 ildir ki, qonşuluq münasibətindədir. Şəkər xanım evi olmadığından qızıgildə qalırdı. Uzun müddət idi ki, səhhətində problemlər vardı. Şəkər xanım onun yanında vəfat edib. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində bildirdi ki, mərhumun qızıdır. Şəkər xanımın xəstəliyi var idi və o, 05 fevral 2021-ci il tarixdə qəfildən dünyasını dəyişib. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarından olan AA seriyalı 06109059 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X7 08.08.1953-cü il tarixdə İsmayıllı rayonu, Lahıc kəndində anadan olmuşdur. Mülki işin materiallarından olan 4 saylı MTİİTS tərəfindən verilən arayışdan müəyyən edilir ki, X2 həqiqətən də, ünvan 1 ünvanında qeydiyyatsız şəkildə 05 fevral 2021-ci il tarixədək yaşamışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X4 Stansiyası tərəfindən verilən xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, 05.02.2021-ci il tarixdə, saat 11:00-da 08.08.1953-cü il təvəllüdlü X3 meyidi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində aşkar olunmuşdur. Meyit üzərində gözlə görülə biləcək zorakılıq əlamətləri yoxdur. COVİD-19 virusuna görə yaxma götürülmüşdür. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, 05/Q-221/15 saylı arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 Abşeron rayon Mərkəzi xəstəxanası tərəfindən verilən 19 fevral 2021-ci il tarixli, 227 №-li məktubdan müəyyən edilir ki, X3 ölüm səbəbi məlum olmadığına görə və poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına xəstəxana tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, 08.08.1953-cü il tarixdə İsmayıllı rayonu, Lahıc kəndində anadan olmuş X3 05 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində ölməsi iş materialları ilə təsdiq edilir.Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.08.1953-cü il tarixdə İsmayıllı rayonu, Lahıc kəndində anadan olmuş X3 05 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar