Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2250/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə onunla Cavabdeh arasında bağlanmış və Cavabdeh tərəfindən icra edilməli olan birgə nikahdan anadan olmuş övladları - xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması məqsədilə hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat aliment məbləğinin 2-ci tərəf olan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 20- 25-i aralığında 1-ci tərəf kimi ona aid olan kart hesabına və ya digər hesablarına köçürülməsi şərtlərinin təsbit olunduğu Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi izahatında bildirmişdir ki, maraqlı şəxs Cavabdeh onun sabiq həyat yoldaşıdır. Aralarında bağlanmış rəsmi nikah qeydi Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-862/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur. Onunla maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə baş tutmuş mediasiya prosesi nəticəsində Barışıq Sazişi bağlanmışdır. X7 əsasən onunla maraqlı şəxs Cavabdeh aşağıdakı qaydada razılığa gəlmişlər: 1. (Nikahın pozulması tələbi) Tərəflər - 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Cavabdeh ilə qeyd olunan məzmunda razılığa gələrək xx.xx.2017-ci il tarixdə Sumqayıt ASAN xidmət X2 1260 sayı ilə bağladıqları nikahı pozsunlar. Nikahın pozulması tələbi məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan nikahın pozulması tələbinin icra edilməsini müvafiq məhkəmə vasitəsi ilə iddia qaldırmaqla icra etsinlər; 2. (uşaqların ananın himayəsində saxlanılması tələbi) Tərəflər - 1-ci tərəf kimi Ərizəçi və 2-ci tərəf Cavabdeh ilə birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf kimi Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəlmişlər; 3. (Aliment tələbi) Tərəflər 1-ci tərəf kimi Ərizəçi və 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması məqsədilə hər ay hər uşaq üçün 150 (yüz əlli) manat ümumilikdə 300 (üç yüz) manat aliment məbləğini 2-ci tərəf Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 20-25-i aralığında 1-ci tərəf kimi Ərizəçi aid olan kart hesabına və ya digər hesablara köçürür. Yuxarıda göstərilən şərtlərə dair onunla maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış X5 Əşrəfov tərəfindən icra edilməli olan 3-cü bəndində nəzərdə tutulmuş şərtlər hal-hazıradək icra olunmamışdır. Bu səbəbdən də o, hüquqlarının müdafiə olunması məqsədi ilə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı onu da qeyd edir ki, sözügedən xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin 1-ci bəndində nəzərdə tutulmuş şərtlə bağlı Abşeron Rayon Məhkəməsi tərəfindən onunla Cavabdeh arasında bağlanmış nikahın pozulmasına dair mülki işə baxılarkən müvafiq qərar qəbul olunduğundan həmin halın hazırki ərizə üzrə təkrar baxılmasına zərurət yoxdur. Odur ki, qeyd olunan barışıq sazişinin maraqlı şəxs tərəfindən icr olunmalı olan digər 3-cü bəndinin xüsusi icraat qaydasında baxılması onun hüquqlarının təmin edilməsi barədə müvafiq yekun qərar qəbul edilməsi zəruridir. Onunla maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış X5 Əşrəfov tərəfindən icra edilməli olan 3-cü bəndində nəzərdə tutulmuş şərtlərin icrası üçün xüsusi müddətlər nəzərdə tutulmuşdur. Hesab edir ki, onunla maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq Sazişi “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinin birinci cümləsinin (Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz) müddəalarına və digər qanunlara zidd deyildir. Qeyd edilənlərə əsasən o, barışıq sazişinin aliment ilə bağlı hissəsini özündə əks etdirən 3-cü bəndinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 862/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” X2 1260 nömrəli aktla qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Cavabdeh ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1. (Nikahın pozulması tələbi) Tərəflər - 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Cavabdeh ilə qeyd olunan məzmunda razılığa gələrək xx.xx.2017-ci il tarixdə Sumqayıt ASAN xidmət X2 1260 sayı ilə bağladıqları nikahı pozsunlar. Nikahın pozulması tələbi məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan nikahın pozulması tələbinin icra edilməsini müvafiq məhkəmə vasitəsi ilə iddia qaldırmaqla icra etsinlər; 2. (uşaqların ananın himayəsində saxlanılması tələbi) Tərəflər - 1-ci tərəf kimi Ərizəçi və 2-ci tərəf Cavabdeh ilə birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf kimi Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəlmişlər; 3. (Aliment tələbi) Tərəflər 1-ci tərəf kimi Ərizəçi və 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması məqsədilə hər ay hər uşaq üçün 150 (yüz əlli) manat ümumilikdə 300 (üç yüz) manat aliment məbləğini 2-ci tərəf Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 20-25-i aralığında 1-ci tərəf kimi Ərizəçi aid olan kart hesabına və ya digər hesablara köçürür; 4. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 5. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 6. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 7. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 8. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 9. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 10. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 11. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 12. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 13. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 14. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 15. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 16. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 17. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 17.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 17.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 17.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 17.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 18. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 19. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının aktları aiddir; 20. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 21. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 22. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 23. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 24. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 25. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 26. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin aliment hissəsini özündə əks etdirən 3-cü bəndinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edilmədiyindən, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Cavabdeh ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Cavabdeh ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin tərəflərin birgə nikahdan anadan olmuş övladları - xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması məqsədilə hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat aliment məbləğinin 2-ci tərəf olan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 20-25-i aralığında 1-ci tərəf kimi Ərizəçi aid olan kart hesabına və ya digər hesablarına köçürülməsi barədə 3-cü bəndi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2250/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2250/2024
12.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver