Məhkəmə qərarları › İş №2(012)-2288/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2288/2024

08.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2288/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh3 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna, “Daşınmaz Əmlakın Dövlət Kadastr ıvə Reyestri” X56 4 saylı Abşeron Ərazi İdarəsinə və Cavabdeh3 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2nə və Cavabdeh3 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.1966-cı ildə Abşeron rayon, Novxanı kəndində anadan olmuşdur. X12, anası isə X20r. X12 xx.xx.1914-cü ildə, anası X31 isə xx.xx.1992-ci ildə vəfat etmişdir. Mərhum X12ndan ünvan 1ində yerləşən 0,13 ha torpaq sahəsi övladlarına miras qalmışdır və o da X21 övladı olaraq həmin mirasda 1/4 hissədə pay almışdır. İş materiallarına əlavə edilmiş Abşeron 1 saylı notariat kontorunda atası X22 adına açılmış xx.xx.2014-cü il tarixli vərəsəlik işinə dair sənədlərdə bu öz əksini tapmışdır. Cavabdeh3 onun əmisidir və o, xx.xx.2002-ci ildə vəfat etmiş mərhum nənəsi X7 miras qalmış ünvan 1ində yerləşən 0,13 ha torpaq sahəsinə dair 21 iyul 2022-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində vərəsəlik işi açdırmış və həmin vərəsəlik işinin açılması zamanı Cavabdeh3 saxtakarlıq edərək guya tək övlad olması barədə arayışı notarit ofisinə təqdim etmiş, Abşeron 1 saylı notariat ofisi isə Cavabdeh3 təqdim etdiyi həmin arayışı araşdırmamış, həmçinin vərəsələrin dairəsini müəyyən etmək üçün heç bir hərəkət etməmiş və X8 guya başqa vərəsəsi olmadğını müəyyən edərək, Cavabdeh3 miras əmlakda tam pay almasına dair 21 iyul 2022-ci il tarixli Qanun üzrə vərəsəlk hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, xx.xx.2002-ci ildə vəfat etmiş mərhum nənəsi X8, Cavabdeh3 başqa digər övladı X38 da olmuşdur və o da Cavabdeh3 kimi anasından qalmış mirasda tam bərabər hüquqlara sahib olmuşdur. Lakin, Cavabdeh3 bu faktı hamıdan gizlətmiş və mərhum nənəsi X7 qalmış miras əmlaka tək başına sahiblənmişdir. Odur ki, xx.xx.2002-ci ildə vəfat etmiş mərhum nənəsi X7 miras qalmış ünvan 1ində yerləşən 0,13 ha torpaq sahəsinə dair Cavabdeh3 adma verilmiş 21 iyul 2022-ci il tarixli Qanun üzrə vərəsəlk hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsinə zərurət vardır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, torpaq sahəsi iddiaçının nənəsinin mülkiyyətində olmuş, iddiaçının nənəsi vəfat etdikdən sonra cavabdehin atası Notariusa ərizə yazaraq özünü yeganə varis olaraq təqdim etmiş, Notarius bu məsələni araşdırmamış, nəticədə cavabdeh vərəsə olaraq tam pay almışdır. Ona görə də Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və miras əmlakda payları müəyyən edilməlidir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, cavabdehin həyat yoldaşıdır. Onlar özlərini tək vərəsə olaraq göstərməmişdir. Onlara sənəd göndərilmiş, sənəd əsasında torpaq həyat yoldaşının mülkiyyətinə keçmişdir. Qaynataya və qaynanaya özü baxmışdır. Qaynanası və qaynatası vəfat edəndə iddiaçı dəfn mərasimində belə iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə izahatını təsdiq etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X39 məhkəməyə məlumat göndərərək xx.xx.2024-cü il tarixdə saat 12:10-a təyin edilmiş məhkəmə iclasının onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisi və Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“Torpağın mülkiyyətə verilməsi”nə dair JN-443A saylı 30800118 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş ünvan 2ində yerləşən 0.13 ha torpaq sahəsi ünvan 2 sakini X18, ailə üzvü X9 mülkiyyətinə verilmişdir. -Abşeron rayon Novxanı kənd İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli, İ-ИЕ № 468427 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X45 xx.xx.1965-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Mərdanova” soyadı verilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 2014-cü il tarixli arayışın surətindən görünür ki, mərhum X38 xx.xx.2014-cü il tarixə qədər Novxanı kəndində yaşamışdır. -Abşeron rayon Novxanı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli, İ- ЖГ № 269142 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X23 xx.xx.1974-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Mərdanova” soyadı verilmişdir. -Abşeron rayon Novxanı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, V- ЖГ № 471086 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X46 ilə X40 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. -ünvan 2 sovetliyi tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.1966-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X38, anası X24r. -ünvan 2 sovetliyi tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli, AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1967-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 64 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X38, anası X24r. -ünvan 2 sovetliyi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli, AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.1969-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 39 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X38, anası X24r. -ünvan 2 İnzibati Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ № 205226 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1967-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X38, anası X24r. -Abşeron rayon Novxanı kənd İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, V-ЖГ № 313043 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X25 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Budaqova” soyadı verilmişdir. -X32 tərəfindən yazılmış xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, o, ünvan 1ində yaşamış və xx.xx.2014-cü ildə vəfat etmiş X22 oğlu X32 qalmış miras əmlakı qəbul etmişdir. Miras əmlak Abşeon rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsindən ibarətdir. -X27 tərəfindən yazılmış xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, o, Abşeon rayonu, Novxanı kəndində yaşamış və xx.xx.2014-cü ildə vəfat etmiş X19 atasından İddiaçı qalmış miras əmlakı qəbul etmişdir. Miras əmlak Abşeon rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsindən ibarətdir. -İddiaçı tərəfindən yazılmış xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, o, Abşeon rayonu, Novxanı kəndində yaşamış və xx.xx.2014-cü ildə vəfat etmiş X19 atasından İddiaçı qalmış miras əmlakı qəbul etmişdir. Miras əmlak Abşeon rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsindən ibarətdir. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ № 688459 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2014-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 362 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon Novxanı kənd İnzibati Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli AZ-İİ № 270274 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1992-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -“Torpağın mülkiyyətə verilməsi”nə dair JN-197 saylı 30800118 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş ünvan 2ində yerləşən 0.13 ha torpaq sahəsi ünvan 2 sakini X10 mülkiyyətinə verilmişdir. -Abşeron rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ-İ № 019018 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2002-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 357 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Nümayəndəliyi tərəfindən verilmiş 2012ci il tarixli, 1043 saylı arayışın surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə ölmüş X5 rayonu, Novxanı kəndində Cavabdeh3 (oğlu) və Nümayəndə (gəlini) ilə birlikdə yaşamışdır. -Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, 244 saylı arayışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən torpaq sahəsində xx.xx.2018-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. -Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, 662 saylı arayışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən torpaq sahəsində xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi X29 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1198 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayonu 1 saylı notariat kontorunun notariusu X39 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 2V-39 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X22 vərəsəsi qızı İddiaçı ¼ hissə, oğlu X32 ¼ hissə, X27 ¼ hissədə miras əmlakdan pay almalıdır. -Cavabdeh3 tərəfindən Notariat ofisinə yazılmış ərizənin surətindən görünür ki, xx.xx.2002-ci ildə onun ünvan 1i ünvanında yaşamış anası X28 vəfat etmişdir. Miras əmlak irs qalmış ünvan 1i ünvanında yerləşən, JN 197, kod 30800118 olan 0.13 ha torpaq sahəsini qəbul etmişdir. Başqa vərəsə yoxdur qeyd edilmişdir. -Abşeron rayonu 1 saylı notariat kontorunun notariusu X39 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi Cavabdeh3 və o miras əmlakdan tam hissədə pay almalıdır. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 21 saylı məktubun surətindən görünür ki, X2 2 övladı olmuşdur: X34 və Cavabdeh3. -Azərbaycan Respublikası Abşeron rayonu Novxanı X1 göndərilmiş xx.xx.2024-cü il tarixli, 167 saylı məktubundan görünür ki, X29 Novxanı kəndi, A.Ələsgər küçəsində 0.08+0.13 ha yaşayış sahələrinin torpaq sahəsi var. Vergi Məcəlləsinin 206.3 və 198.1.1-ci maddələrinə əsasən hər il torpaq və əmlak vergisi ödəməlidir. Bələdiyyənin vergi şöbəsi tərəfindən ona torpaq və əmlak vergisi ödənilməsi üçün tədiyyə bildirişinin təqdim olunmasına və şifahi xəbərdarlıq edilməsinə baxnayaraq 2018-2024-cü il vergi ödənişlərini ödəməmişdir. Bu səbəbdən də ona məxsus torpaq və əmlakın mülkiyyətində olduğuna dair, mülkiyyət hüququnu təsdiq edən sənədləri 5 iş günü müddətində Novxanı Bələdiyyəsinə təqdim etməyi, torpaq və əmlak vergisini ödəməyi xahiş edilmişdir. Sənədlər təqdim edilmədikdə və ödəniş təmin olunmadığı təqdirdə barəsində məsuliyyət tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə müraciət olunacaqdır. - Azərbaycan Respublikası Abşeron rayonu Novxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 117 saylı arayışdan görünür ki, Mərdanov X14, Ə.Ağayev küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin vergisini hər il Novxanı Bələdiyyəsinin yerli büdcəsinə ödəmişdir. 31 dekabr 2022-ci il tarixədək Novxanı Bələdiyyəsinin yerli büdcəsinə vergi borcu yoxdur. -Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 75 saylı arayışdan görünür ki, mərhum X38 ölən günə kimi qeyd edilən ailə tərkibi ilə birlikdə ünvan 2ində yaşamışdır. 1.İddiaçı (qızı), 2.X27 (qızı), 3. X32 (oğlu). -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 5 A, Mərdanov X43 rayonu, Novxanı kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı, vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-197 saylı 30800118 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş ünvan 2ində yerləşən 0.13 ha torpaq sahəsi Cavabdeh3 anası X10 mülkiyyətinə verilmişdir. X2 2 övladı-X38 və Cavabdeh3 olmuşdur. X6 Xavər Əliman qızı xx.xx.1965-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. X22 üç övladı olmuşdur: İddiaçı, X32, X27. İddiaçının nənəsi, həmçinin cavabdehin anası X28 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İddiaçının atası X38 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh3 Notariat ofisinə ərizə yazaraq özünü tək vərəsə olaraq təqdim etmişdir. Beləliklə də, ona anasından miras əmlak olaraq qalmış torpaq sahəsinə münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Abşeron rayonu 1 saylı notariat kontorunun notariusu X39 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi Cavabdeh3 müəyyən edilmiş və o miras əmlakdan yəni ünvan 1ində yerləşən 0.13 ha torpaq sahəsindən tam hissədə pay almışdır. İddiaçı iddia ərizəsində nənəsindən qalmış əmlaka dair onların pay hüquqnun olduğunu göstərərək hazırda 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin növbədə, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, yuxarıda qeyd olunduğu kimi, İddiaçı ailənin üzvü olaraq X2 nəvəsi yəni X2 oğlu X22 qızıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı X2 və atası X22 vəfatından sonra Cavabdeh3 qanun üzrə özünü yeganə vərəsə olduğunu təqdim edərək, “Qanun üzrə vərəsəlik hüquq haqqında” şəhadətnamə aldığını öyrənmişdir. Beləliklə də, miras qalmış əmlaka münasibətdə vərəsəlik payının müəyyən olunmasına dair vərəsələr arasında mübahisə yarandığından iddiaçının məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 40-cı maddəsinə əsasən, hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. 58-ci maddəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayonu 1 saylı notariat kontorunun notariusu X39 tərəfindən təsdiq edilmiş vərəsəlik işindən göründüyü kimi, xx.xx.2022-ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1ində yerləşən 0.13 ha torpaq sahəsi üzərində Cavabdeh3 vərəsəlik hüququ tanınmışdır. Belə ki, mülki iş materiallarına əlavə olunmuş, Cavabdeh3 tərəfindən Notariat ofisinə yazılmış ərizəyə əsasən xx.xx.2002-ci ildə onun ünvan 1i ünvanında yaşamış vəfat etmiş anası X11 miras qalmış ünvan 1i ünvanında yerləşən, JN 197, kod 30800118 olan 0.13 ha torpaq sahəsini qəbul etmişdir, başqa vərəsənin olmadığını bildirmişdir. Halbuki, iddiaçının atası X38 miras açılan vaxtlarda sağ olmuş, notariusa təqdim olunmuş ərizədə isə onun və uşaqlarının adı çəkilməmişdir. Notarius həmin ərizə ilə kifayətlənərək Cavabdeh3 yeganə vərəsə kimi tanımış, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçının atası 2014-cü il tarixdə vəfat etmişdir. Hazırda isə iddiaçı qanula atasının vərəsəlik hüququ ilə payına düşən miras əmlakdan payının müəyyən edilməsini xahiş etməkdə haqlı olmuşdur. Eyni zamanda, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102. bəndinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında qanunvericiliyin tələblərinə, həmçinin, Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, notariat qurumu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən cavabdehin notariusa yazdığı ərizə ilə kifayətlənərək torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən isə ümumiyyətlə, mərhum şəxsin başqa vərəsələrinin olubolmamasını müəyyən etmədən sözügedən sənədi vermişdir ki, bu da vərəsə olmaq hüququna sahib olan iddiaçının da hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə qanunun tələblərinə, Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, mərhumə X4 miras əmlakla bağlı vəsiyyətnamə vermədiyindən sözügedən əmlak üzərində mülki iş üzrə mərhumənin iki övladı Cavabdeh3 və X38 qanun üzrə vərəsələridir. X13 miras əmlakı qəbul etmədən vəfat etdiyindən X22 övladları atasına çatacaq miras əmlakdan pay hüququna malikdirlər. Mülki Məcəllənin 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Qanunun normasından göründüyü kimi miras açılarkən valideynləri sağ olmayan uşaqlar valideynlərinə çatası miras əmlakdan 1-ci növbədə pay hüququna malikdirlər. Məhkəmə qanunvericiliyə istinad edərək hesab edir ki, iddiaçının nənəsi İddiaçı qalmış miras əmlaka miras qoyanın digər vərəsəsi X38 vəfat etdiyindən ona çatacaq miras əmlakdan olan ½ paydan onun uşaqları 1/3 pay hüququna malikdirlər. Belə ki, iddiaçıdan başqa iddiaçının iki nəfər bacı və qardaşı vardır və bunlar məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə qanunun tələblərini, mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh3 adına verilmiş Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli, X3 miras qalmış ünvan 2ində yerləşən 0.13 ha torpaq sahəsinə münasibətdə İddiaçı torpaq sahəsinin ½ hissəsinin 1/3 hissəsində vərəsəlik payı müəyyən edilməlidir. İnsan hüquqlarının və X30 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin. X3 miras qalmış ünvan 2ində yerləşən 0.13 ha torpaq sahəsinə münasibətdə İddiaçı torpaq sahəsinin ½ hissəsinin 1/3 hissəsində vərəsəlik payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar