Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2307/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 16 may 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü, Laçın rayonu, Kosalar kəndində anadan olmuş X3 xx.xx.2023-cü ildə ürək tutması (infarkt) diaqnozu ilə Abşeron rayonu, Masazır qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cü il təvəllüdlü həyat yoldaşı X4 ilə 29 sentyabr 1990-cı ildə rəsmi nikaha daxil olub ailə qurmuş və ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin mənzildə birlikdə yaşamışlar. X1 xoşagəlməz hər hansi bir xəstəlik müşahidə olunmamış, qəfildən ürək tutması (infarkt) nəticəsində ölmüşdür. Hadisə xx.xx.2023-cü il tarixində axşam saatlarında əri qaynanası gildə olduğu zaman baş vermişdir. Həmin vaxt ani olaraq mərhumun vəziyyəti pisləşdiyinə görə X10 müraciət olunsa da, artıq həkim gəldikdə əri dünyasını dəyişmişdir. Başları yas və dəfn mərasiminə qarışdığından ərinin ölüm haqqında şəhadətnaməsini dərhal ala bilməşdir. X3 ölməsi barədə şəhadətnamə alması üçün Maraqlı şəxsnə müraciət etdikdə, sonuncu xx.xx.2023-ci il tarixli imtina məktubu ilə tibbi şəhadətnamə olmadığından onun ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtina məktubuna uyğun olaraq tibbi şəhadətnamənin alınması üçün Abşeron rayon mərkəzi xəstəxasına müraciət etsə də, “Abşeron rayon mərkəzi xəsatəxanası” X11i tərəfindən də xx.xx.2023-cü il tarixli məktubla ölümün baş vermə səbəbi məlum olmadığına görə həyat yoldaşının ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən də imtina edilmişdir. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin alınması vərəsəlik işinin açılması və zəruri sənədləşmə işləri üçün vacibdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən əsaslıdır, qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.1990-cı il tarixli V-JQ 398115 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 və X5 xx.xx.1990-cı ildə 1406 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Fərzəliyeva soyadı verilmişdir. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X6 Stansiyasının xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi A.Yıldırımı ünvanı üzrə X3 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsində meyit. Üzərində gözlə görülə bilən zorakılıq əlamətləri yoxdur aşkar edilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-F-540/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölüm səbəbi məlum olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Mülki iş materiallarında olan Abşeron RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE № 07890842 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1960-cı ildə Laçın rayonu, Kosalar kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarında olan Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 122 saylı arayışdan görünür ki, Təcili və X6 Stansiyasının xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsinə əsasən, mərhum X2 rayonu Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan fotoşəkillərdən görünür ki, X4 qəbirüstü abidəsində xx.xx.1960-xx.xx.2023-cü il qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X3 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda Ərizəçi vəfat edən X3 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1960-cı ildə Laçın rayonu Kosalar kəndində anadan olmuş X3 12 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hansı diaqnozla şəxsin vəfat etməsi faktının müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aid deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1960-cı ildə Laçın rayonu Kosalar kəndində anadan olmuş X3 12 fevral 2023cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2307/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2307/2023
16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver