Məhkəmə qərarları › İş №2(012)-2317/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2317/2025

18.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2317/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Süleymanov İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Süleymanov İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçının xeyrinə icarə hüququ əsasında yüklü edilmiş Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və torpaq sahəsində mövcud olan tikililərin və qurğuların cavabdehlər tərəfindən öz hesabına sökülməsinə dair qətnamə qəbul etməyinizi xahiş edir. İddiaçı Süleymanov İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə verərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 baxılmamış qalmasına etiraz etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Süleymanov İddiaçı cavabdehlər Cavabdeh2,Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar