Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2326/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 20.08.1963-cü il təvəllüdlü X14 Abşeron rayonu Novxanı kəndi M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evində 14.12.2014-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 20.08.1963-cü il təvəllüdlü X14 Abşeron rayonu Novxanı kəndi M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evində 14.12.2014-cü il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin Abşeron Rayon Mərkəzi X17 Şəxsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi iddia ərizəsnin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 20.08.1963-cü il təvəllüdlü X14 Abşeron rayonu Novxanı kəndi M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evində 14.12.2014-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş, ünvan 2ylı evdə qeydiyyatsız yaşamış 20.08.1963cü il təvəllüdlü X24 onun həyat yoldaşıdır. Mərhum 14.12.2014-cü il tarixdə vəfat etmişdir. Mərhum ərinin vəfat etməsi barədə evə gələn həkim briqadası tərəfindən ölümü təsdiq edən sənəd olan xəbərdarlıq vərəqəsi də verilmişdir. Bu günki gündə isə müəyyən sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamə tələb olunur. O, xəbərdarlıq vərəqəsini təqdim etdikdə isə bunun əsasında ölüm haqqında şəhadətnamə ala biləcəyini ona bildirmişlər. O, faktiki yaşadığı yer üzrə Abşeron Rayon Xəstəxanasına müraciət etmiş, Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona imtina məktubu verilərək ölən şəxsin Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etməməsinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə”nin verilə bilməməsi izah edilmişdir. Eyni qaydada Maraqlı şəxs tərəfindən də 17.11.2020-ci il tarixli imtina məktubu verilmişdir. O, qeyd olunan məsələ ilə bağlı ilk öncə Sumqayıt İnzibati Məhkəməsinə ərizə vermiş, lakin Sumqayıt İnzibati Məhkəməsinin 1(118)-1667/2020 saylı, 25.12.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 1(118)-1677/2020 saylı, 25.12.2020-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, onun məhkəməyə təqdim etdiyi iddia tələbi ümumi (Publik) deyil xüsusi hüquq münasibətlərindən (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi) irəli gəlir və mövcud iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid deyil. Eyni zamanda qeyd edilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə tibb müəssisələri tərəfindən verilir ki, həmin şəhadətnamənin və ya arayışın verilməsi ilə bağlı həmin müəssisələrə qarşı iddialara da ümumi məhkəmələr tərərindən baxılır. Belə ki, inzibati məhkəmə icraatını xarakterizə edən xüsusiyyətə görə bu icraatda bütün hallarda tərəfin biri kimi və bir qayda olaraq cavabdeh qismində inzibati orqan çıxış edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda “Abşeron rayon Mərkəzi Xəstəxanası” X29 İnzibati orqan kimi müəyyən olunmamışdır. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, X6nun qonşusu, həm də mərhumun oğlu ilə yaxın dostdur. 14.12.2014-cü il tarixdə o, işdən evə gələn zaman X14 vəfat etdiyini öyrənmişdir. Mərhum Şəki şəhərində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin qardaşı, həm də qonşusudur. Mərhum vəfat edən gün mərhumun nəvəsi onun evinə gələrək babasının hərəkət etmədiyini bildirmişdir. O, dərhal ərizəçinin evinə getmiş, mərhumun nəbzini yoxlayan zaman onun vəfat etdiyini öyrənmişdir. Təcili Tibbi yardım işçiləri gələrək mərhumun vəfat etməsini təsdiq etmişlər. Mərhum Şəki şəhərində dəfn olunmuş, 3 və 7 mərasimləri rayonda, qalan mərasimlər isə Abşeronda keçirilmişdir. Mərhumun ölümünə hər hansı bədbəxt hadisə səbəb olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin qızının həyat yoldaşıdır. Mərhum qaynatası hörgü ustası idi. 14.12.2014-cü il tarixdə o, ailə üzvləri ilə bağ evində olarkən ona mərhum qaynatasının vəfat etməsi ilə bağlı zəng gəlmişdir. Dərhal ərizəçinin evinə gəlmiş, Təcili Tibbi yardım işçiləri də artıq gəlib getmişdir. Hadisə yerinə gələn zaman ona mərhumun divanda uzanıqlı vəziyyətdə olan zaman qəfildən rəhmətə getdiyi məlum olmuşdur. Həmin gün mərhumun meyidi Şəki şəhərinə aparılaraq orada dəfn olunmuş, 3-7 mərasimləri də orada, qalan mərasimlər isə Abşeronda keçirilmişdir. Mərhumun ölümünə hər hansı bədbəxt hadisə səbəb olmamışdır. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Şəki RPŞ tərəfindən 20.02.2015-ci il tarixdə verilmiş AZE № 00****** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Şəki şəhəri, Bağbanlar küçəsi 8 saylı evdə qeydiyyatdadır. -Şəki RPŞ tərəfindən 01.02.2007-ci il tarixdə verilmiş AZE № 05265577 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 şəhəri, Bağbanlar küçəsi 2/8 saylı evdə qeydiyyatdadır. -Bakı şəhəri Təcili və X10 Stansiyası Sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən 14.12.2014-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, 14.12.2014-cü il tarixdə saat 17:54 radələrində Novxanı kəndi yeni məhəllə ümvanında X14 adına çağırış olmuş, aparılmış müalicə tədbirləri nəticəsində həkimə qədərki ölüm halı baş vermişdir. -Şəki rayon VVADQ Şöbəsi tərəfindən 13.08.1986-cı il tarixdə verilmiş 288693 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X11 arasında 13.08.1986-cı il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 288 nömrə ilə qeydiyyat aparılmış, nikaha daxil olduqdan sonra qadına Qasımova soyadı verilmişdir -Maraqlı şəxs 17.11.2020-ci il tarixli 05/Q-1298/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. -Tibbi Ərazi Bölmələrini X19 X31 Rayon Mərkəzi Xəstəxanasının 27.11.2020-ci il tarixli 1912 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci - bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. A.Qasımovun ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən verilmədiyi bildirilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16.11.2020-ci il tarixli 1210 saylı arayışdan görünür ki, Qasımova X4 M.Şəhriyar küçəsi 11 saylı evdə qeydiyyatsız yaşayır. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16.11.2020-ci il tarixli 1210 saylı arayışdan görünür ki, X2 M.Şəhriyar küçəsi 11 saylı evdə ölən günə kimi qeydiyyatsız yaşamışdır. -Sumqayıt İnzibati Məhkəməsinin 29.12.2020-ci il tarixli 2-1(118)-1667/2020 saylı qərardadından görünür ki, Ərizəçi cavabdeh Abşeron rayon Mərkəzi X3rşı 20.08.1963-cü il təvəllüdlü X14 Abşeron rayonu, M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evində 14.12.2014-cü il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin Abşeron rayon X13 hüquqi şəxsinə həvalə olunmasına dair iddiası mümkün sayılmamışdır. -X1 məzar daşından və onun üzərində qeyd edilmiş tarixdən görünür ki, O, 15.12.2014-cü il tarixdə vəfat etmişdir. -Şəki Şəhər İcra Hakimiyyəti İpəkçi Məhəllə Nümayəndəsinin 01.04.2021-ci il tarixli 3/1252 saylı arayışından görünür ki, həqiqətən də 577 saylı 30.03.2021-ci il tarixli akta AZE 05265577 şəxsiyyət vəsiqəsinə əasasən X9 şəhəri Bağbanlar küçəsi dalan 2 ev 8 ünvanında yaşamışdır, 14.11.2014-cü il tarixdə vəfat etmişdir. X6 Şəki şəhərində yerləşən qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X24 ərizəçinin əri olmuş, sonuncu 14.12.2014-cü il tarixdə ev şəraitində vəfat etmiş, lakin buna baxmayaraq X14 ölüm faktı ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat aparılmamışdır. X14 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X14 14.12.2014-cü il tarixdə Abşeron rayonu Novxanı kəndi M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ərinin ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin əri X24 14.12.2014-cü il tarixdə Abşeron rayonu Novxanı kəndi M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evində vəfat etmişdir. Təcili və X10 Stansiyası 14.12.2014-cü il tarixli xəbərdarlıq vərəqəsində X16 zorakılıq əlamətləri olmadığı və həkiməqədərki ölüm baş verdiyi qeyd edilmişdir ki, ölümün şəxsin kənar təsir nəticəsində deyil, bioloji ölüm nəticəsində vəfat etməsini bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 20.08.1963-cü il tarixdə Şəki şəhərində anadan olmuş X14 14.12.2014-cü il tarixdə Abşeron rayonu Novxanı kəndi M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.08.1963-cü il tarixdə Şəki şəhərində anadan olmuş X14 14.12.2014-cü il tarixdə Abşeron rayonu Novxanı kəndi M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2326/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2326/2021
14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver