Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2348/2022 18.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlaklarının çıxarılması tələbinə dair mülki işə 18 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cehiz əmlaklarının çıxarılması barədə tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan (Soyuducu Stinol markalı - 800 manat, Tozsoran West markalı - 250 manat, Ət çəkən West markalı - 215 manat, Divan - 200 manat, divan xalçası - 30 manat, 2 kreslo xalçası - 30 manat, 2 kapron şkaf 4 siyirməli - 70 manat (hər biri 35 manat), 1 uşaq çarpayısı - 100 manat, 1 laskaduşka kravat - 30 manat, 4 xalça ölçüləri 2 ədəd bardovi xalça 2-3 ölçüdə - 600 manat, 1 ədəd 3-5 ölçüdə sarı xalça - 240 manat, Mətbəxdə işlənən qazan - tavalar və başqa xırda əşyalar - 100 manat, 1 taxt döşəyi - 90 manat, Yorğan və yastıq - 100 manat, 6 stul - 60 manat, Paltaryuyan maşın - Beko markalı - 500 manat)əşyalarının mənzildən çxrılması, həmin əşyalar olmadıqda isə onların dəyərinin cəmi, 3415 (üç min dörd yüz on beş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 06 aprel 2007-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 03 iyul 2007-ci il təvəllüdlü X5, 07 fevral 2015-ci il təvəllüdlü X4 və 27 sentyabr 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. O gəlin gələrkən yaşadıqları evə (Abşeron rayonu, Saray qəsəbəsi, N.Aslanov küçəsi, ev 31) aşağıdakı cehiz əşyaları gətirmişdir: Soyuducu Stinol markalı - 800 manat, Tozsoran West markalı - 250 manat, Ət çəkən West markalı - 215 manat, Divan - 200 manat, divan xalçası - 30 manat, 2 kreslo xalçası - 30 manat, 2 kapron şkaf 4 siyirməli - 70 manat (hər biri 35 manat), 1 uşaq çarpayısı - 100 manat, 1 laskaduşka kravat - 30 manat, 4 xalça ölçüləri 2 ədəd bardovi xalça 2-3 ölçüdə - 600 manat, 1 ədəd 3-5 ölçüdə sarı xalça - 240 manat, Mətbəxdə işlənən qazan - tavalar və başqa xırda əşyalar - 100 manat, 1 taxt döşəyi - 90 manat, Yorğan və yastıq - 100 manat, 6 stul - 60 manat, Paltaryuyan maşın - Beko markalı - 500 manat. Mediasiya prosesi zamanı onlar arasında barışıq əldə edilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib təmin eilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildimişdir ki, iddia tələbini qismən qəbul etmiş və izahatında bildirmişdir ki, iddia tələbində qeyd olunan əşyalardan Soyuducu Stinol markalı - 800 manat, Tozsoran West markalı - 250 manat, Ət çəkən West markalı - 215 manat, 2 kapron şkaf 4 siyirməli - 70 manat (hər biri 35 manat), birgə nikah dövründə almışlar, qalan əmlaklar isə cehizidir, götürə bilər istədiyi vaxt.Uşaq çarpayısı isə onun himayəsində olan qızınındır. Bununla belə əşyalardan soyuducu istisna olmaqla hamısını iddiaçıya qaytaracaqdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh sonrakı məhkəmə iclaslarına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-177/2021 saylı, xx.xx.2021-ci i tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanan 06 aprel 2007-ci il tarixli, 17 saylı nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci i təvəllüdlü X2 atası Cavabdeh yanında qalması. xx.xx.2020-ci il tarixdən hsablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icraya yönəldilməsi, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Səyyar-A MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, qiyməti 215 manat olan West markalı Ət çəkəni ilkin ödəniş 10 manat, xx.xx.2015-xx.xx.2016-cı il olmaqla hər ay 30 manat ödəmək şərti ilə almışdır. İş materiallarına əlavə olunan Səyyar-A MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, qiyməti 290 manat olan West markalı tozsoranı ilkin ödəniş 20 manat, xx.xx.2016-xx.xx.2017-ci il olmaqla hər ay 30 manat ödəmək şərti ilə almışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 06 aprel 2007-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 03 iyul 2007-ci il təvəllüdlü X5, 07 fevral 2015-ci il təvəllüdlü X4 və 27 sentyabr 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. iddiaçı iddia olunan əmlakların cehiz əmlakları olduğunu bildirsə də, cavabdeh iddianı qismən qəbul edib, iddia olunan əmlaklardan Soyuducu Stinol markalı - 800 manat, Tozsoran West markalı - 250 manat, Ət çəkən West markalı - 215 manat, 2 kapron şkaf 4 siyirməli - 70 manat (hər biri 35 manat) bu əmlakların birgə nikah dövründə aldıqlarını bildirdi. İddiaçının təqdim etdi Səyyar-A MMC ilə İddiaçı arasında ətçəkən və tozsoranla bağlı alqı-satqı müqavilələri 2015-2017-ci illəri əhatə etməklə tərəflərin birgə nikah dövrünü əhatə edir.İddiaçı həmin əmlakların cehiz əmlakları olduğunu əsaslandıran sübutları mövcud deyildir.Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. İddiaçının həmin əmlaklarda payının tanıtdırması hüququ vardır. İddia olunan bur ədəd uşaq çarpayısına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh bu hissədə də, iddianı qəbul etməmişdir, himayəsində olan qızına məxsus olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin edilməli, iddia olunan əmlaklardan -1 ədəd Divan - 200 manat, 1 ədəd divan xalçası - 30 manat, 2 kreslo xalçası - 30 manat, 1ədəd laskaduşka kravat - 30 manat, 4 xalça ölçüləri 2 ədəd bardovi xalça 2-3 ölçüdə - 600 manat, 1 ədəd 3-5 ölçüdə sarı xalça - 240 manat, Mətbəxdə işlənən qazan - tavalar və başqa xırda əşyalar - 100 manat, 1 taxt döşəyi-90 manat, yorqan və yastıq-100manat, 6 stul - 60 manat, Paltaryuyan maşın - Beko markalı - 500 manat hissəsində əsaslı olmaqla təmin edilməli, həmin əmlaklar, onlar mövcud olmadığı halda isə onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1.maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2.maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3.maddəsinə görə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun müvafiq hissəsini təşkil edən 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. -1 ədəd Divan - 200 manat, 1 ədəd divan xalçası - 30 manat, 2 kreslo xalçası - 30 manat, 1ədəd laskaduşka kravat - 30 manat, 4 xalça ölçüləri 2 ədəd bardovi xalça 2-3 ölçüdə - 600 manat, 1 ədəd 3-5 ölçüdə sarı xalça - 240 manat, Mətbəxdə işlənən qazan tavalar və başqa xırda əşyalar - 100 manat, 1 taxt döşəyi-90 manat, yorqan və yastıq- 100manat, 6 stul - 60 manat, Paltaryuyan maşın - Beko markalı - 500 manat-həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyəri və dövlət rüsumuna görə 30 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2348/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2348/2022
18.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver