Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-237/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl əşyalarının və digər əmlakın alınması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-ziynət əşyalarının və digər əmlakın alınması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl və paltar əşyalarının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən götürülməsi nəticəsində ona vurulmuş 6.895 (altı min səkkiz yüz doxsan beş) manat maddi zərərin, 50.000 (əlli min) manat mənəvi zərərin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 dekabr 2019-cu il tarixində 3 saylı Bakı Asan Xidmətində qeydiyyata alınmaqla Cavabdeh1 ilə nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra onlar Xırdalan şəhəri Fresko adlanan binanın 3-cü blok, 9-cu mərtəbəsinə köçərək (mənzilin nömrəsini unutmuşam) həmin ünvanda yaşamağa başlamışlar. Lakin ailə həyatları altı ay sürmüşdür. Bir vaxtlar ataanasına onunla evlənməsə özünü öldürəcəyini deyən Cavabdeh1 həm anasının dediqoduları ilə, həm də özü bilərəkdən boş yerə münaqişələr yaratmağa başlamışdır. Altı ay keçdikdən sonra isə Abşeron rayon məhkəməsinə nikahın pozulması barədə ərizə vermişdir. O, əlacsız qalıb ata-anasının yaşadığı evə qayıtmışdır. Lakin paltarlarını və qızıl əşyalarını götürməmişdir. Həmişə münasibətlərini düzəltməyə çalışmışdır. Lakin onun fikrinin qəti olduğunu bildikdən sonra, kirayə qaldıqları mənzilə qayıdıb qızıllarını və paltarlarını götürmək istədikdə, onları tapmamışdır. Sonradan ona məlum olmuşdur ki, qızıllarını və paltarlarını Mirzəbəy və anası Nəzakət götürmüşdür. Paltarlarını zibilliyə atdıqlarını, qızıllarını isə Cavabdeh3 olduğunu öyrənmişdir. Ona məxsus olan qızıllar aşağıdakılardan ibarətdir. nişan üzüyü : 7,3 qr, 1300 AZN, üzük sarı gül formasında: 5 qr, 1350 AZN, üzük, sep, sırğa və qolbaqdan ibarət dəst: 20 qr, 2500 AZN, qızıl imperial köhnə : 6.5 qr, 700 AZN, Paltarlar: ev geyimi: şalvar və kofta 30 AZN, gecə paltarı: 55 AZN gecə paltarı: 30 AZN, uzun ağ paltar: 125 AZN, don : 40 AZN, don şifon : 56 AZN, şuba : 300 AZN, köynək: 25 AZN, balonka : 50 AZN, yaşıl köynək : 35 AZN, idman dəsti: 70 AZN, klejkalı dəsti: 40 AZN, şalvar: 20 AZN, Futbolka : 25 AZN, don şifon: 30 AZN, qızıllarının ümumi dəyəri 5850 (beş min səkkiz yüz əlli) AZN, paltarlarının ümumi dəyəri isə 1045 (min qırx beş) AZN təşkil edir. Bütün əmlakının dəyəri 6895 (altı min səkkiz yüz doxsan beş) AZN-dir. Bundan başqa, Cavabdeh1 ailə qurmaq niyyəti olmadan onunla ailə qurmuşdur. Çünki bir yerdə olduğuqları 6 ay ərzində o, həmişə heç bir səbəb olmadan evdə dava-dalaş salmışdır.Qarşılıqlı hörmət və məhəbbət əsasında ailə qurmaq xəyalları ilə yaşayarkən altı aydan sonra heç bir səbəb olmadan həyat yoldaşı tərəfindən nikahın pozulması barədə məhkəməyə verilməyi onu sarsıtmış və iztirablar çəkməsinə səbəb olmuşdur. O, Cavabdeh1 tərəfindən aldadılmaqla mənəvi zərər çəkmiş və bu mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Qızıllarının cavabdeh tərəfindən götürülməsi nəticəsində 5850 (beş min səkkiz yüz əlli) manat, paltarlarının zibilliyə atılması nəticəsində isə 1045 (min qırx beş) manat zərər çəkmiş, ona vurulmuş mənəvi ziyanı 50000 (əlli min) manat məbləğində qiymətləndirir. Odur ki, qeyd olunan maddi və mənəvi zərər cavabdehlər tərəfindən tutularaq ona ödənilməlidir. Məhkəmənin əvvəlki iclasında iddiaçı iddiasını müdafiə edib izahatında bildirdi ki, cavabdehlə birlikdə kirayə evdə yaşayıblar, 18 iyun tarixində aralarında mübahisə yarandı və cavabdeh valideynlərini çağırdı. Valideynlər gəldi və ara sakitləşsin deyə atası onu evlərinə apardı. Dedi biraz ayrı qalıb sakitləşərsiniz. Evdən çıxanda qaynansı açarları da ondan götürdü. Bütün cehiz əşyaları və qızılları evdə idi. O, gedəndən 15 gün sonra qaynanası zəng etdi ki, gəl cehizlərini apar. O da gedib cehizləri yığanda qızılları yox idi. Zəng edib soruşdu, qaynansı dedi ki, qızıllar ondadı. Oğurlanmasın deyə götürüb. O da onlar aldığı paltarları evdə qoyub çıxdı ki, qızılları verərsiz hamısını birlikdə götürərəm. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Eyni zamanda, iş üzrə alınmış ekspert rəyi ilə razı olduqlarını bildirdilər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etdi. İzahatında bildirdi ki, iddiaçı ilə birlikdə kirayə qalırdılar, 18 iyun tarixində aralarında söz söhbət yaşandı və iddiaçı atası ilə birlikdə evdən çıxıb getdi. 25 iyun tarixində kirayə ödəməsinin vaxtı idi, evi təhvil verməli idi, öz əşyalarını və qızılları götürüb çıxdı. İddiaçıya da məlumat verdi ki, gəl cehizlərini apar. O da öz cehizlərini aparanda geyim əşyalarını qoyub gedib. Paltarları götürməyi tələb edəndə bildirdi ki, sizin aldığınız əşyalar mənə lazım deyil. Ancaq iddiada sadalanan 4-cü zinət əşyası olmayıb. İddia ərizəsində yazılan qiymətlər çox şişirdilib. Məhkəmənin 26.07.2021-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, o, ailələrinin bərpa olunması üçün çox çalışmışdır, ancaq alınmamışdır. İddiaçı iddia ərizəsində göstərilən geyim əşyalarını atıb getmiş və istəmədiyini bildirmişdir. Lakin hazırda tələb edir. Qızıllara gəldikdə isə onlar hamısı eyni vaxtda alınıb Nişan üzüyü və dəst qızıla cəmi 2700 manat pul vermişdirlər. Nənəsinin aldığı hədiyyə üzük 250 manat olardı, anasının verdiyi 5-lik isə təxmini 350 manat dəyərindədir. Toydan yığılan pul ilə səyahətə getmişdilər. Qalan borclarını özü ödəmişdir. Qızılları isə oğlu 2000 manata satmışdılar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 23.10.2019-cu il tarixdə verilmiş AZ-İİ 364607 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı arasında 23.10.2019-cu ildə nikah bağölanmış, İddiaçı Babayeva soyadı verilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3634 nömrə ilə qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan foto şəkillərdən 1 ədəd komplekt (sırğa, üzük, qolbaq, sep və klon), 1 ədəd gül formalı qızıl üzük, 1 ədəd qızıl nişan üzüyü iddiaçının üzərində olması, 1 ədəd imperial qızılı olması müəyyən edilir. Məhkəmənin 22 noyabr 2021-ci il tarixli 2(012)-4043/2021 №-li qərardadı ilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertiza üzrə alınmış 24.02.2022-ci il tarixli 9/9171 №-li ekspert rəyindən məlum olur ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3284,0 manat müəyyən edilir. Həmin rəydən görünür ki, 585 əyarlı nişan üzüyü - 7.3 qr - 584 manat, 585 əyarlı sarı gül formasında üzük – 5 qr - 400 manat, 585 əyarlı 6.5 qramlıq köhnə imperial 1 ədəd – 700 manat, 585 əyarlı dəst (üzük, sep, sırğa və qolbaq) - 20 qr- 1600 manat. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından, o cümlədən təqdim olunan foto - şəkillərə əsasən iddia olunan qızıl-ziynət əşyalarından 1 ədəd nişan üzüyü - 7,3 qr, üzük sarı gül formasında - 5 qr, üzük, sep, sırğa və qolbaqdan ibarət dəst - 20 qr, qızıl imperial köhnə - 6.5 qr olmaqla həmin qızıl ziynət əşyalarının Cavabdeh1 olması və iddiaçıya qaytarılmaması tam sübutdur. Məhkəmə həmin qızıl-ziynət əşyalarının qiymətlərinə gəldikdə hesab edir ki, iş üzrə sübutlar məcmu halda qiymətləndirilməlidir. Belə ki, 1 ədəd 585 əyarlı qızıldan nişan üzüyü - 7,3 qr və üzük, sep, sırğa və qolbaqdan ibarət bir dəst - 20 qr Cavabdeh2 izahatına görə həmin əşyalara birlikdə cəmi 2700 manat pul verildiyi bildirildiyindən bu hissədə onun izahatı sübut kimi qiymətləndirilməli, 1 ədəd üzük sarı gül formasında - 5 qr qızıldan 585 əyarlı 400 manat, 1 ədəd qızıl imperial köhnə - 6.5 qr - 700 manat olmaqla, həmin qızıl-zinyət əşyaları, onlar mövcud olmadığı halda isə onların dəyərləri, cavabdehlər tərəfin izahatlarına görə ki Cavabdeh1 tərəfindən həmin əşyalar satılmışdır, o halda məhz həmin cavabdehdən, yəni alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin geyim əşyalarına dair hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, tərəflərin izahatlarından göründüyü kimi cavabdeh kirayədə qaldıqları evi tərk edərkən cehiz əşyalarını aparsa da, həmin əşyaları götürməmiş atıb getmişdir. Hazırda isə həmin əşyaların cavabdehlərdə olması təsdiq olunmamışdır. O halda, məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərə hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, bu hissədə iddianın əsasları sübut olunmadığından iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir. Beləlikilə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 1 ədəd 585 əyarlı qızıldan nişan üzüyü - 7,3 qr və bir dəst 20 qr, 585 əyarlı qızıldan üzük, sep, sırğa və qolbaqdan ibarət həmin əşyara görə cəmi 2700 manat, 1 ədəd üzük sarı gül formasında - 5 qr qızıldan, 585 əyarlı 400 manat, 1 ədəd imperial köhnə qızıldan - 6.5 qr - 700 manat qızıl-zinyət əşyaları, onlar mövcud olmadığı halda isə onların dəyərləri, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 15 manat dövlət rüsumuna görə pul məbləği alınaraq İddiaçı verilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatı iddiaçıya, 50 manatı isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1 ədəd 585 əyarlı qızıldan nişan üzüyü - 7,3 qr və bir dəst 20 qr, 585 əyarlı qızıldan üzük, sep, sırğa və qolbaqdan ibarət həmin əşyara görə cəmi 2700 manat,1 ədəd üzük sarı gül formasında - 5 qr qızıldan 585 əyarlı 400 manat, qızıl imperial köhnə qızıldan - 6.5 qr - 700 manat qızıl-zinyət əşyaları, onlar mövcud olmadığı halda isə onların dəyərləri, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 15 manat dövlət rüsumuna görə pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 50 manat və İddiaçı 50 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-237/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-237/2022
18.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver