Məhkəmə qərarları › İş №2(012)-2383/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2383/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2383/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 16 may 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü, X3 xx.xx.2022-ci ildə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü X6 onun atasıdır. Atası ünvan 2 ünvanında daimi qeydiyyatda olmuş, lakin məcburi köçkün kimi ünvan 3 ünvanında məskunlaşmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 09:43 radələrində atasının halı qəflətən pisləşmiş və onlar dərhal Təcili və X5 Stansiyasına müraciət etmişlər. Həkim briqadası evə gələn zaman artıq atasının vəfat etdiyini bildirmişlər. Bu barədə onlara xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Mərhum atasına ölüm haqqında şəhadətnamə alması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə və Abşeron Rayon Mərkəzi X9 Şəxsə müraciət etmiş, lakin həm qeydiyyat şöbəsi, həm də, xəstəxana ona imtina cavabı vermiş və ona məhkəməyə müraciət edə bilmək hüququnun olması izah olunmuşdur. Şəxsin vəfat etməsi fatkı ilə daha əvvəl o, məcburi köçkün kimi məskunlaşdıqları yer üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, lakin Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(012)- 1231/2023 saylı qərardad qəbul edilmiş və qərardadla sənədləri geri qaytarılmışdır. Sənədlərin geri qaytarılmasına səbəb onun məcburi köçkün kimi Abşeron rayonu ərazisində məskunlaşması və qeydə alınması barədə QMKİ Dövlət Komitəsi tərəfindən rəsmi sənəd təqdim etməməsi olmuşdur. QMKİ Dövlət Komitəsinin Abşeron - Xızı rayonları Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 67 nömrəli cavabı ərizəsinə əlavə etmişdir. Mərhum atasına ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.1997-ci il tarixli XX-JQ 396491 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi, atası X6, anası X2 olmaqla xx xxx 1997-ci ildə Bakı şəhərində doğulmuşdur. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X5 Stansiyasının xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanı üzrə X3 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsində meyit. Üzərində gözlə görülə bilən zorakılıq əlamətləri yoxdur aşkar edilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-2850/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölüm səbəbi məlum olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Mülki iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1968-cı ildə anadan olmuşdur. Mülki iş materiallarında olan Füzuli RİHB-nın Füzuli Şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 04 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 6 ünvanında daimi qeydiyyatdadır. Məcburi köçkündür və hazırda məcburi köçkün kimi ünvan 4 ünvanında məskunlaşmışdır. Mülki iş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 17 saylı arayışdan görünür ki, mərhum X6 xx.xx.2022-ci il tarixdə Xocasən Bələdiyyəsinin inzibati ərazisində yerləşən Sulutəpə qəbiristanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan AA 065873 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X3 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunda Ərizəçi vəfat edən X3 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1968-ci il təvəllüdlü X3 19 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X3 19 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar