Məhkəmə qərarları › İş №2(012)-2397/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2397/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2397/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası - xx.xx.1932-ci il tarixdə anadan olmuş X6 xx.xx.2024-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, xx.xx.1932-ci il təvəllüdlü X4nın xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun anası - xx.xx.1932-ci il tarixdə anadan olmuş X12 xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində 92 yaşında vəfat etmişdir. Həmin tarixdə Təcili və X10 Stansiyasının BŞT və TTYS 16 saylı bölməsinə tərəflərindən müraciət edilmişdir. X23 briqadasının həkimi həmin tarixdə saat 13:00 radələrində həkimə qədər ölümün faktını təsdiq etmiş və bu barədə ölüm haqqında xəbərdarlıq vərəqəsi yazıb vermişdir. Ölüm faktının tibb müəssisəsində müvafiq sənədlə təsdiq edilməsi üçün tərəflərindən TƏBİB “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 müraciət etdikdə vəfat edən şəxsin həmin poliklinikada qeydiyyatda olmadığından onlara müvafiq arayış verilməsindən imtina edilmişdir. İş materiallarından da göründüyü kimi xx.xx.1932-ci il tarixdə anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində 92 yaşında vəfat etmiş, elə həmin tarixdə X23 Stansiyasının BŞT və TTYS 16 saylı bölməsinə tərəflərindən müraciət edilmişdir. Buna görə də hesab edir ki, xx.xx.1932-ci il tarixdə anadan olmuş X4nın xx.xx.2024-cü il tarixdə ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşı, X3 isə onun anasıdır. X4 12 fevral 2024-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Qarant” yaşayış massivində yerləşən evdə ürək çatışmazlığından vəfat etmiş və Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, o, Ərizəçi bacısı, X3nın övladıdır. X3 12 fevral 2024-cü ildə vəfat etmiş və Pirşağı qəsəbəsi, Şuşa qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 04724791 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X12 01 iyul 1932-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı Şəhər Təcili və X10 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış massivi, bina 12 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, X13, X5 və X1 Niyar Zeynal qızının ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə öz əcəli ilə vəfat etməsi faktını öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli, 3-16-5/8-15-506/24 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X26 tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli, 18-1-20/2-Ə-126-xxxx/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Əsədovanın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 32 saylı arayışdan görünür ki, həqiqətən də X3 TTTYS-nin 16 saylı bölməsinin verdiyi xx.xx.2024-cü il tarixli sənədinə əsasən vəfat etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Şuşa qəbiristanlığında xx.xx.2024-cü il tarixində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 01 iyul 1932-ci təvəllüdlü X6 12 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyul 1932-ci təvəllüdlü X6 12 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar