Məhkəmə qərarları › İş №2(012)-2452/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2452/2023

17.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2452/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin “Maraqlı şəxs birgə yaşadıqları vaxtda oynadıqları lotereya oyunundan qalan 2000 manat məbləği oktyabr ayında 1000, noyabr ayında 1000 manat olmaqla Ərizəçi ödəməyi öz öhdəsinə götürür.”, eləcə də “Maraqlı şəxs dekabr 2021-ci il tarixdən başlayaraq hər ay ərzində 12 ay müddətində Ərizəçi 700 manat, bir ay isə 600 manat ödəməyi öz öhdəsinə götürür.” hissəsində təsdiq edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Maraqlı şəxs onun sabiq həyat yoldaşıdır. Aralarında olan rəsmi nikah qeydi Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5965/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Həmçinin həmin qətnamə ilə nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X3 onun yanında qalması və xx.xx.2021-ci il tarixdən başlayaraq azyaşlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər 175 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə baş tutmuş mediasiya prosesi nəticəsində barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Ərizəçi ilə Maraqlı şəxs aşağıdakı qaydada razılığa gəlmişlər: Ərizəçi xx.xx.2020ci il tarixdə anadan olmuş X1 üçün Maraqlı şəxs ayda 175 manat məbləğində aliment tələb edir və Maraqlı şəxs bunu qəbul edir. Ərizəçi Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 istədiyi vaxt görüşməyinə şərait yaratmağı öz öhdəsinə götürür, Maraqlı şəxs birgə yaşadıqları vaxtda oynadıqları lotoreya oyunundan qalan 2000 manat məbləğin oktyabr ayında 1000, noyabr ayında 1000 manat olmaqla Ərizəçi ödəməyi öz öhdəsinə götürür. Maraqlı şəxs dekabr 2021-ci il tarixdən başlayaraq hər ay ərzində 12 ay müddətində Ərizəçi 700 manat, bir ay isə 600 manat ödəməyi öz öhdəsinə götürür. Bunların qarşılığında Ərizəçi birgə nikah dövründə əldə etdikləri evdən və Masazır dairəsində yerləşən Dilək mebel mağazasının 50 faizini istəmək tələbindən geri çəkilir. Yuxarıda göstərilən şərtlərə dair Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməli olan A, C və D bəndlərində nəzərdə tutulmuş şərtlər hal-hazıradək icra olunmamışdır. Bu səbəbdən də ərizəçinin hüquqlarınının müdafiəsi məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət edilir. xx.xx.2021-ci il tarixli barışıq sazişinin A bəndində nəzərdə tutulmuş şərtlə (alimentin ödənilməsi tələbi) bağlı Abşeron Rayon Məhkəməsi tərəfindən Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikahın pozulmasına dair mülki işə baxılarkən müvafiq qərar (xx.xx.2021-ci il tarixli. 2(012)-5965/2021 saylı qətnamə) qəbul olunduğundan, həmin halın hazırki ərizə üzrə təkrar baxılmasına zərurət yoxdur. Barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilməli olan digər 2 bəndinin (C və D) xüsusi icraat qaydasında baxılması və ərizəçinin hüquqlarının təmin edilməsi barədə müvafiq yekun qərar qəbul olunması zəruridir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməli olan C və D bəndlərində nəzərdə tutulmuş şərtlərin icrası üçün xüsusi müddətlər (Sazişin A bəndi istisna olmaqla) nəzərdə tutulmuşdur. Belə ki, sazişin C bəndində nəzərdə tutulmuş şərtin (birgə yaşadıqları vaxtda oynadıqları lotoreya oyunundan qalan 2000 manat məbləğin oktyabr ayında 1000, noyabr ayında 1000 manat olmaqla Ərizəçi ödəməyi öz öhdəsinə götürməsi) icrası üçün 2 ay (202l-ci ilin oktyabr və noyabr ayları ərzində), sazişin D bəndində nəzərdə tutulmuş şərtin (Maraqlı şəxs dekabr 2021-ci il tarixdən başlayaraq hər ay ərzində 12 ay müddətində Ərizəçi 700 manat, bir ay isə 600 manat ödəməyi öz öhdəsinə götürməsi) icrası üçün isə 13 ay (dekabr 2021-ci ildən etibarən 12 ay və sonra daha 1 ay) müddət nəzərdə tutulmuşdur. 2023-cü ilin yanvar ayı (fevral ayınadək) ərzində artıq xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişində nəzərdə tutulmuş xüsusi müddətlər tamamilə başa çatmışdır. Göstərilən bu müddət ərzində isə Maraqlı şəxs tərəfindən sazişin C və D bəndlərində nəzərdə tutulmuş şərtlərin icrası istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət olunması məcburiyyəti yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi və onun vəkili-nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, barışıq sazişindəki imza ona məxsusdur. Lakin sazişin mahiyyətindən onun xəbəri olmamışdır. Sonda o, ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün Maraqlı şəxs ayda 175 manat məbləğində aliment tələb edir və Maraqlı şəxs bunu qəbul edir. Ərizəçi Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 istədiyi vaxt görməyinə şərait yaratmağı öz öhdəsinə götürür, Maraqlı şəxs birgə yaşadıqları vaxtda oynadıqları lotoreya oyunundan qalan 2000 manat məbləğin oktyabr ayında 1000, noyabr ayında 1000 manat olmaqla Ərizəçi ödəməyi öz öhdəsinə götürür. Maraqlı şəxs dekabr 2021-ci il tarixdən başlayaraq hər ay ərzində 12 ay müddətində Ərizəçi 700 manat, bir ay isə 600 manat ödəməyi öz öhdəsinə götürür. Bunların qarşılığında Ərizəçi birgə nikah dövründə əldə etdikləri evdən və Masazır dairəsində yerləşən Dilək mebel mağazasının 50 faizini istəmək tələbindən geri çəkilir. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə, tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. İşdən görünür ki, hazırki ərizənin verilməsi üçün Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər pul ödənişi ilə bağlı mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada və vaxtda yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda, məhkəmə hesab edir ki, həmin barışıq sazişi ərizədə göstərilən hissədə məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən ərizə təmin edildiyindən hazırki ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində vəsait Maraqlı şəxs tutularaq Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Kərimova (Quliyeva) Nuranə Hikmət qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs birgə yaşadıqları vaxtda oynadıqları lotereya oyunundan qalan 2000 manat məbləği oktyabr ayında 1000, noyabr ayında 1000 manat olmaqla, Kərimova (Quliyeva) Nuranə Hikmət qızına ödəməyi öz öhdəsinə götürür. Maraqlı şəxs dekabr 2021ci il tarixdən başlayaraq hər ay ərzində 12 ay müddətində Kərimova (Quliyeva) Nuranə Hikmət qızına 700 manat, bir ay isə 600 manat ödəməyi öz öhdəsinə götürür.” Ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Kərimova (Quliyeva) Nuranə Hikmət qızına qaytarılsın. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar