Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2465/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavadehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aid olan şəxsi cehiz əşyalarının onun mülkiyyətində olan mənzildən götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 2018-ci ildə Abşeron rayonu X3 02 aprel 2004-cü il tarixli 11 saylı qərarı ilə ona ayrılan 0,10 ha torpaq sahəsində hazırki mülki iş üzrə Cavabdeh cehiz əmlakı olan fərdi yaşayış evini inşa etmişdir. Həmin torpaq sahəsində 2 fərdi yaşayış evi vardır. Bir evdə böyük oğlu ailəsi ilə birlikdə yaşayır. Digər evdə isə o, oğlu və onun ailəsi olmuş Cavabdeh ilə birlikdə yaşamışdır. Cavabdeh 2019-cu ildə həmin evə gəlin köçmüşdür. keçmiş gəlini olan Cavabdeh oğlu ilə ailə qurduqdan bir müddət sonra yola getməmişlər. Belə olan halda oğlu ayrılmağa qərar vermişdir. Hazırda onlar faktiki ayrılmışlar. Lakin, buna baxmayaraq, cavabdeh özünə məxsus olan cehiz əşyalarını onun şəxsi mülkiyyəti olan mənzildən götürmür. Cavabdehin belə vəziyyətdə onun xüsusi mülkiyyətində olan mənzildə yaşaması mümkün deyildir. O, dəfələrlə cavabdehə mənzilindən əşyalarını götürüb aparmasını desə də, bu barədə xəbərdarlıq etsə də, bunalara əhəmiyyət verməmişdir. Cavabdeh özünə məxsus olan əşyaları mənzilindən könüllü şəkildə çıxarmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdeh məxsus olan cehiz əşyaları - ağ rəngli çarpayı, ağ rəngli şifoner, ağ rəngli termodan ibarət yataq dəsti, jurnal stolu, 2 ədəd qara rəngli stol, 4 ədəd qara rəngli stuldan ibarət qonaq dəsti, kamen soba (qara rəngli iran peçi), qara rəngli paltar asılqanı, qara rəngli güzgü, qara rəngli mətbəx şkafı, Tv (qara rangli “Samsung” markalı peyk antena), boz rəngli soyuducu, boz rəngli paltaryuyan, qırmızı rəngli tozsoran, qara rəngli qaz peçi, ütü, ütü altlığı, yorğandöşək, qırmızı rəngli ədyal, qab-qacaq (karaca), su matoru (su qızdırıcı, duş krantı), 2 ədəd qəhvəyi rəngli qapı və narıncı rəngli pərdədən ibarətdir. Hazırda isə cavabdeh yaşadığı evin qapısını bağlayıb onu evə buraxmır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavadehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh iddiaçının iddia tələbi ilə razı deyildir. Belə ki, iddia ərizəsində göstərildiyi kimi faktiki olaraq ayrı yaşasalarda, cavabdehin iddiaçının oğlu, yəni əri X5 ilə nikah münasibətlərinə rəsmi şəkildə son qoyulmamışdır. Nikah münasibətlərinə rəsmi olaraq son qoyulmadığı üçün həmin əşyaların sözügedən mənzildən çıxarılması qanunsuzdur. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu X3 02 aprel 2004-cü il tarixli 11 saylı qərarından çıxarışdan görünür ki, Abşeron rayonu X6 tərəfindən İddiaçı bələdiyyə ərazisindən 0,10 ha torpaq sahəsi 840000 manata satılmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu X6 tərəfindən İddiaçı bələdiyyə torpaqlarının Baş planına əsasən 0,10 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan 02 aprel 2004-cü il tarixli aktından görünür ki, X3 02 aprel 2004-cü il tarixli 11 saylı qərarı ilə Aşağı Güzdək qəsəbəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən 0,10 hektar torpaq sahəsi yerində ölçüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı oğlu X5 ilə 2019-cu ildə nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və Abşeron rayonu X3 02 aprel 2004cü il tarixli 11 saylı qərarı ilə İddiaçı bələdiyyə ərazisində ayrılmış 0,10 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə gəlin köçmüş və cehiz əmlaklarını həmin tikilidə yerləşdirmişdir. Hazırda iddiaçı oğlu ilə cavabdeh arasında olan nikah münasibətlərinin faktiki olaraq pozulduğunu göstərərək cavabdehin cehiz əşyalarının ona məxsus həmin tikilidən çıxarılmasını istəyir. Məhkəmə iddia tələbinə münasibətdə iddiaçının oğlu ilə cavabdeh arasında 2019ci il tarixdə nikaha daxil olaraq iddiaçıya məxsus mübahisəli tikiliyə köçüb onlarla birlikdə orada yaşadığından, habelə ailə münasibətlərinə xitam verilmədiyindən hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı əmlakın çıxarılması tələbi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2465/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2465/2021
02.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver