Məhkəmə qərarları › İş №2(012)-249/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-249/2021

17.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-249/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X3, Cavabdeh və onun vəkili-nümayəndəsi X8, Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5, “X12 Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi X2 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «torpaq sahəsindən istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sahibliyə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, “Babacan” adlanan qış otlaq sahəsində yerləşən JN 9184 saylı, xx xxxxx 2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən şəhadətnaməyə və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı daşınmaz əmlakın plan və ölçüsünə əsasən, onun istifadəsində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək Abşeron rayonu, “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184,kod 30800001№-li, xx xxxxx 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən icarəsində (istifadəsində) onun 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması və həmin torpaq sahəsindən çıxarılmsı, torpaq sahəsinin onun istifadəsinə qaytarılmsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısınınxx xxxx 2006-cı il tarixli sərəncamı ilə ona Abşeron rayonu, “Babacan” adlanan qış otlaq ərazisində kənd təsərrüfatı təyinatlı 200,00 ha torpaq sahəsi icarə qaydasında ayrılmış, həmin sərəncama əsasən onunla icarə müqaviləsi bağlanmış və ona torpağın müvəqqəti istifadə hüququna dair xx xxxxx 2006-cı il tarixli, JN 9184 saylı, kod 30800001№-li şəhadətnamə verilmişdir. O, torpaq sahəsindən istifadə etdiyi müddətdə kiçik qardaşı Cavabdeh tərəfindən torpağın bir hissəsinin zəbt edilmiş və qanunsuz olaraq orada 200 başa yaxın mal-heyvan saxlamışdır. O, cavabdehdən torpaq sahəsinin boşaltmasını tələb etsə də, cavabdeh buna məhəl qoymur. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunlara əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X6 iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, iddiaçının torpaq sahəsindən istifadə etməsinə heç bir maneə törətmir. Mübahisə predmeti olan sahə boşdur və iddiaçının istifadəsindədir. O, öncələr sovxozda işlədiyinə görə 1998-ci il tarixdə Aqrar İslahat Komissiyası ona mübahisə predmeti olan torpaq sahəsini vermişdir. Onun torpağa heç bir iddiası yoxdur. Lakin qardaşı İddiaçı torpağa dair sənədləri saxtalaşdırmışdır. Hal-hazırda ona məxsus torpaq sahəsində ferma tikmişdir. Torpağın digər hissəsini isə iddiaçı istifadə edə bilər. Cavabdeh vəkili-nümayəndəsi X13 məhkəmə iclasında cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 məhkəmədə izahatında bildirdi ki, iddiaçı tərəfindən icarə müqaviləsinin uzadılmasına dair ərizə xx.xx.2021-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinə daxil olmuşdur. Həmin ərizəyə əsasən, xx.xx.2021-ci il tarixdə sahəyə baxış keçirmişdir. Baxış zamanı iddiaçı tərəfindın 2 ədəd daxma tikildiyi və başqa şəxslərin həmin daxmalarda mal qara saxladığını müşahidə etmişdir. Həmin daxmada olan şəxslər iddiaçının mal-qarasına baxan çoban olduqlarını desələr də, baxış zamanı müəyyən edilmişdir ki, həmin şəxslərlə əmək müqaviləsi bağlamamış, digər halda iddiaçı torpaq sahəsini subicarəyə verməli idi. Abşeron İcra Hakimiyyəti tərəfindən ayrılan torpaqların icarəyə verilməsi qadağandır. İddiaçı ayrılan torpaq sahəsini təyinatına uyğun istifadə etmədiyinə görə icarə müqaviləsinin müddətinin uzadıla bilməz. Həmçinin mal-qara 200,00 ha torpaq sahəsi üçün çoxdur, mal-qara bağlı vəziyyətdə deyil, qış-otlaq ərazisinin üst örtüyü məhv olur. Cavabdehin isə 40 baş mal-qarası və tövlələri var. Yerli baxış zamanı cavabdehin Aqrar İslahat Komissiyasından sənədlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən mütəxəssis qismində işə cəlb edilmiş “X12 Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi X4 məhkəmə iclasında bildirdi ki, torpağın icarəyə verilməsinə dair şəhadətnamədə torpağın koordinatları göstərilməmişdir. Elektron bazada torpağın yerləşmə vəziyyəti yoxdur. Yerli baxışda tərəflərin praktiki istifasində olan torpaqla torpağın elektron bazadakı elektron sxemini qarşılaşdırmışlar. Yerli baxışda məlum olmuşdur ki, praktiki istifadədə olan torpağın vəziyyəti ilə torpağın xəritəsi arasında uyğunsuzluq var. Belə ki, cavabdehin praktiki istifadəsində olan torpaq iddiaçının istifadəsində olan torpaq sahəsi ilə qismən üst-üstə düşür. Lakin bu tərəflərindən tam müəyyən edilə bilmir. Rəydə bu o zamanı müəyyən edilir ki, bir yerdə uyğunsuzluq olsun, İndiki hal isə bir neçə yerdə uyğunsuzluq olduğundan bunu müəyyən etmək olmur. ş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısınınxx xxxx 2006-cı il tarixli, 060 saylı sərəncamından görünür ki, Abşeron rayonu, “Babacan” adlanan qış otlaq ərazisində,örüş sahədən ibarət olmaqla X15 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədilə İddiaçı 200,00 (iki yüz) hektar 15(on beş) il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərin təstiq edilməsi, torpaqdan istifadə edilməmişdən əvvəl tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydə alınması və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadərnamə alnmasının təmin edilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycn Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx xxxxxx 2006-cı il tarixli, 12№-li rəyində İddiaçı kənd təsərrüfatı məqsədilə ona icarə qaydasında 200,00 (iki yüz) hektar torpaq sahəsi ayrılması haqqında ərizəsinə baxılması,istənilən torpaq Abşeron rayonuna təhkim edilmiş “Babacan” adlanan qış otlaq sahəsində yerləşdiyi,ərazinin baş sxemində örüş sahə kimi uçota alındığı müəyyən edildiyi,həmin torpaq sahəsindən İddiaçı 15(on beş) il müddətinə 200,00 (iki yüz) hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi icarə müqaviləsinin Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydə aldırması və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alınması göstərilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti başçısı ilə iddiaçı arasında bağlanmış xx xxxx 2006-cı il tarixli, 060 №-li torpaq icarəsi müqaviləsindən görünür ki, İddiaçı Abşeron rayonu, “Babacan” adlanan qış otlaq ərazisində,örüş sahədən ibarət olmaqla icarə qaydasında 200,00 (iki yüz) hektar torpaq sahəs 15 il müddətinə icarəyə vermişdir. İş materiallarında olan X1 49 saylı, xx xxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı müvafiq sənədlər əsasında Abşeron rayonu, “Babacan” adlanan yerdə ayrılmış 200,00 (iki yüz) ha torpaq sahəsinin hüdudları, koordinatları, torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən edilərək, torpaq sahəsinin naturadakı sərhədlərinin (hüdudları) Azərbaycan Respublikası Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9184, Kod ******* saylı Şəhadətnaməyə uyğun olduğu, həmin torpaq sahəsinin şimal-qərb tərəfdən olan 310 kvadratmetr hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq orada sahəsi 121 kvadratmetr olan çoban evinin və üç hissədən ibarət olan 189 kvadratmetrlik malqara tövləsinin inşa olunduğu müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2006-cı il tarixli sərəncamı ilə İddiaçı Abşeron rayonu, “Babacan” adlanan qış otlaq ərazisində kənd təsərrüfatı təyinatlı 200,00 ha torpaq sahəsi 15 il müddətinə icarə qaydasında ayrılmış, həmin sərəncama əsasən onunla icarə müqaviləsi bağlanmış və ona torpağın müvəqqəti istifadə hüququna dair xx xxxxx 2006-cı il tarixli, JN 9184 saylı, kod 30800001№-li şəhadətnamə verilmişdir. Rəfiyev X7 Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2006-cı il tarixli sərəncamından və Azərbaycn Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx xxxxxx 2006-cı il tarixli, 12№-li rəyində irəli gələn tələblərə əməl edərək mübahisəli torpaq sahəsinə dair hüquqlarını qeydiyyata almış, lakin məhkəmədə sübutların tədqiqatı zamanı sözügedən torpaq sahəsinə dair cavabdehin hüquqmüəyyənedici sənədləri müəyyən edilməmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə daxil olması iddiaçının və onun vəkili-nümayəndəsinin izahatı ilə yanaşı iş materiallarında olan X1 49 saylı, xx xxxx 2021-ci il tarixli ekspert rəyi ilə təsdiqini tapır. Belə ki, ekspert rəyinə əsasən, İddiaçı müvafiq sənədlər əsasında Abşeron rayonu, “Babacan” adlanan yerdə ayrılmış 200,00 (iki yüz) ha torpaq sahəsinin hüdudları, koordinatları, torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən edilərək, torpaq sahəsinin naturadakı sərhədlərinin (hüdudları) Azərbaycan Respublikası Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9184, Kod ******* saylı Şəhadətnaməyə uyğun olduğu, həmin torpaq sahəsinin şimal-qərb tərəfdən olan 310 kvadratmetr hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq orada sahəsi 121 kvadratmetr olan çoban evinin və üç hissədən ibarət olan 189 kvadratmetrlik malqara tövləsinin inşa olunduğu müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 310 kvadratmetr hissəsinin zəbt etməsi və 200,00 (iki yüz) ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən həmin torpaq sahəsinə hər hansı bir müdaxilə iddiaçının qanuni maraqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq içra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-cü maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184,kod 30800001№li, xx xxxxx 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən İddiaçı icarəsində (istifadəsində) onun 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulsun, həmin torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsinin şimal-qərb tərəfdən olan 310 kvadratmetr zəbt olunmuş hissəsi iddiaçıya qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar