Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2499/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2nə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası 30 iyul 1961-ci təvəllüdlü X3 12 yanvar 2023cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, «Sevinc» uşaq baxçası ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, mərhum 30 iyul 1961-ci il təvəllüdlü X5 onun anasıdır. X2 xx.xx.2023-cü il tarixdə qəfildən özünü pis hiss etmiş, tərəflərindən dərhal təcili tibbi yardıma zəng vurulmuşdur. Lakin təcili tibbi yardım gələnə kimi anası dünyasını dəyişmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının xəbərdarlıq vərəqəsində həkimə qədər ölüm qeyd edilmişdir. Azərbaycan Respublikası Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş arayışdan da göründüyü kimi mərhum anası X1 qəbiristanlığında dəfn edilmişdir. O, anasının adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi X9 Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Oradan isə ona cavab verilmişdir ki, X2nın ölümünün baş vermə səbəbi məlum olmadığına görə anasının adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Bundan sonra anamın ölümünün qeydiyyata alınması barədə Maraqlı şəxs2nə müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədikləri üçün imtina verilmişdir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan AZE Seriyalı, 09150466 saylı şəxsiyyət vəqisəsindən görünür ki, X5 30 iyul 1961-ci ildə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X9i tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə 1istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs2 tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qaradağ Rayonu Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 135 №-li arayışdan görünür ki, X5 həqiqətən 12 yanvar 2023-cü il tarixində Müşfiqabad qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 30 iyul 1961-ci təvəllüdlü X3 12 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, «Sevinc» uşaq baxçası ünvanında ölməsi faktı ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 30 iyul 1961-ci təvəllüdlü X3 12 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, «Sevinc» uşaq baxçası ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2499/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2499/2023
16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver