Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2515/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X6 Abşeron rayon ərazisində xx.xx.1998-ci il tarixdə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X6 Abşeron rayonu, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X1 xx.xx.1998-ci il tarixdə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o ailəsi ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün kimi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X1 müvəqqəti olaraq məskunlaşmışlar. Belə ki, xx.xx.1996-cı il tarixdə X12 adlı övladları dünyaya gəlmişdir. Oğlu Amin xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Oğlu xəstələndiyindən, imkanları olmadığından vəfat etmişdir. Nabranda dəfn edilmişdir. Həmin illər müharibə və qaçqınlıq dövrünə düşdüyü üçün onlar oğlu öldükdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməmişdirlər. Lakin hazırda həmin doğum haqqında şəhadətnamənin əldə olunması zərurəti yaranmışdır. Bunun üçün o ilk əvvəl Maraqlı şəxsnə və sonra da Abşeron Rayon Mərkəzi Xəstəxanası müraciət etmişdir. Həm qeydiyyat şöbəsi, həm də xəstəxana imtina cavabı verərək, məhkəməyə müraciət edə biləcəyini izah etmişdir. Onun qeyd etdiklərini təsdiq edən şahidləri də vardır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qaynıdır. X6 anası ağır xəstə olmuş, anası xəstəxanada müalicə aldığından həmin vaxtlar uşaq da sahibsiz qalmışdır. Baxımsızdıqdan uşaq xəstələnərək vəfat etmişdir. Uşağın hansı gündə və ayda vəfat etməsi yadında deyil, lakin 1998-ci ilin yaz aylarında vəfat etməsi yadındadır. Uşaq vəfat edəndə iki yaşı artıq tamam olmuşdur. X6 babası Nabranda dəfn olunduğuna görə uşağı da Nabranda dəfn etmişlər. Uşaq hər hansı bədbəxt hadisə nəticəsində deyil xəstələnərək vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Ərizəçi böyük qardaşıdır. Qardaşının nikahdan Amin adlı oğlu olmuşdur. Həmin vaxtlarda qaçqınçılıq olmuş, uşağın anası xəstələnmişdir. Uşağa baxan olmamış, uşaq 04.mart 1998-ci il tarixdə xəstələnərək vəfat etmişdir. İmkansızlıqdan uşağı həkimə göstərə bilməmişlər. Uşaq vəfat edən zaman artıq iki yaşı tamam olmuşdu. Həmin vaxt Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X1 qalırdılar. Uşağın ölümünə səbəb hər hansı bir bədbəxt hadisə olmamış, uşaq xəstəlik nəticəsində öz əcəli ilə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kəlbəcər rayon VVAQ tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, Vİİ-ЖГ № 278986 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi ilə X4 xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Zamanova” soyadı verilmişdir. -Kəlbəcər rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, XİX-ЖГ № 413924 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1996-cı il tarixdə Xırdalanda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 217 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Ərizəçi, anası X2r. -Maraqlı şəxs tərərfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-205/2023 saylı arayışdan görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölüm haqqında qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxsndə1996-2002-ci illərə dair ilkin, 1999-2004cü illərə dair bərpa akt qeydləri yoxlanılmışdır. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-445/24 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Tibbi Ərazi Bölmələrini X8 X15 Rayon Mərkəzi Xəstəxanası X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-20/2-Z-134-xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. A.Zamanovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -AA seriyalı № 19542 saylı, xx.xx.2000-ci il tarixdə verilmiş X5 surətindən görünür ki, Ərizəçi 1969-cu il tarixdə Kəlbəcərdə anadan olmuşdur. 1993-cü il tarixində tərk etmişdir. - AA seriyalı № 406062 saylı, xx.xx.2018-ci il tarixdə verilmiş X5 surətindən görünür ki, X4 1975-ci ildə Kəlbəcərdə anadan olmuşdur. 1993-cü il tarixində tərk etmişdir. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində “İqtisadiyyat və Humanitar Kollec” PHS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24 saylı arayışdan görünür ki, X4, Ərizəçi və X7 Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X1 müvəqqəti olaraq məskunlaşmışdır. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkildən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X12 xx.xx.1998-ci il tarixində dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X12 ərizəçinin oğlu olmuş, ailəsi məcburi köçkün olmuşdur, anası ağır xəstə olmuş, sonuncu xx.xx.1998-ci il tarixdə xəstələnərək vəfat etmiş və X6 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadələrində X6 xx.xx.1998-ci il tarixdə Abşeron rayonu, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X1 vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin atası X12 xx.xx.1998-ci il tarixdə Abşeron rayonu, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X1 vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş X6 xx.xx.1998-ci il tarixdə Abşeron rayonu Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X1 vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş X6 xx.xx.1998-ci il tarixdə Abşeron rayonu, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X1 vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2515/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2515/2024
29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver