Məhkəmə qərarları › İş №2(012)-253/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-253/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-253/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, cavabdeh və cavabdeh X1 qanunu varisi olaraq Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və əmlakın hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və X2 qarşı borcun ipoteka predmetinə yönəldilməsi və əmlakın hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20455 manat əsas, 12056.07 manat müqavilə müddəti sonuna hesablanan faiz, 2002.90 manat cərimə və 1246.76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 35.760.73 manat kredit borcunun və dövlət rüsumu üçün ödənilmiş 30 manatın iddiaçının xeyrinə ödənilməsi və ipoteka qoyulmuş, cavabdeh X2 məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 31.2 kv.m olan 2 otaqlı, 8 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və bu vəsait cavabdehin borcunun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Zaminbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.12.2013-cü il tarixli, 275/13 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərtilə, 23.000 (iyirmi üç min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh X4 ilə həmin tarixdə 275/13/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə X2 məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 31.2 kv.m olan 2 otaqlı, 8 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin, buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Hazırda cavabdehin Banka ödənilməmiş 20455 (iyirmi min dörd yüz əlli beş) manat əsas, 12056.07 (on iki min əlli altı manat 07 qəpik) manat müddət sonuna hesablanan faiz, 2002.90 (iki min iki manat 90 qəpik) manat məbləğində cərimə və 1246.76 (min iki yüz qırx altı manat 76 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 35760.73 (otuz beş min yeddi yüz altmış manat 73 qəpik) manat borcu mövcuddur. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh və cavabdeh X1 qanunu varisi olaraq Cavabdeh iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, anası Pəri Həsənova 204-cü ilin may ayında vəfat etmişdir. AQnasının vəfatından sonra maddi vəziyyətləri pisləşmiş və ödəniş apara bilməmişlər. Onu da qeyd edir ki, anasaı Pəri Həsənova öləndən sonra ipoteka qoyulan mənzildə özü yaşamışdır və mirası faktiki olaraq qəbul etmişdir,lakin mənzil ipotekada olduğundan vərəsəlik şəhadətnaməsi ala bilməmişlər. Abşeron rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-253/2021 saylı qərardadı ilə cavabdeh X4 vəfat etdiyindən iddia tələbinin ona aid hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 24.12.2013-cü il tarixli 275/13 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərtilə, 23.000 (iyirmi üç min) manat kredit verilmişdir. İş materiallarında olan 24.12.2013-cü il tarixli 275/13/1 nömrəli İpoteka Müqaviləsinə əsasən müəyyən edilir ki, ipoteka predmeti olan X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 31.2 kv.m olan 2 otaqlı, 8 nömrəli mənzil 24.12.2013-cü il tarixli 275/13 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 40000 (qırx min) manat məbləğində qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 31.2 kv.m olan 2 otaqlı, 8 nömrəli mənzil ünvanı 02.12.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX 4 saylı Ərazi İdarəsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünavnalanmış 26.02.2018-ci il tarixli məktubdan görünür ki, X1 mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Notariat kontoruna ünvanlanmış ərizələrdən görünür ki, X9, X7, Cavabdeh X3 məxsus məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1-də yerləşən 8 nömrəli mənzilin ipotekaya qoyulmasına etiraz etmirlər. banka olan əsass, fazi və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razıdırlar.Gələcəkdə ipotekayta qoyulmuş əmlaka heç bir iddiaları olmayacaq. 04.12.2013-cü il tarixli 212 nömrəli Forma 2 arayışından görünür ki, ünvan 1 ünvanı X2 məxsusdur. Daimi qeydiyyatda olanlar: X4, Həsənov Yaşar Bahadur oğlu, X7, Cavabdeh, X8, X5, X6. İş materiallarında olan 14.02.2018-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, həmin tarixdə cavabdehlərə kredit borcunun 5 gün müddətinə ödənilməsi barədə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan 18.03.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 12.03.2021-ci il tarixinə Cavabdeh 24.12.2013-cü il tarixli, ******************** saylı kredit müqaviləsi üzrə 20.455 manat əsas, 12056.07 manat müqavilə müddəti sonuna hesablanan faiz, 2002.90 manat cərimə və 1261.96 manat bu məbləğ iddiada fərqlidir kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 35774.93 manat borcu vardır.İş materiallarında olan 20.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin ödənilməsi bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. Abşeron rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və qiymətləndirici rəyi alınması qərara alınmışdır. “Lex Forı” Hüquq və Qiymətləndirmə şirkəti 25.05.2021-ci il tarixli LF № 17 nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, dalan 1-də yerləşən 1 saylı evin 8 saylı mənzilinin likvid dəyəri 25 may 2021-ci il tarixinə 68500 (altmış səkkiz min beş yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2021-ci il tarixli, 9/1888 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 24 dekabr 2013-cü il tarixli 275/13 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24.12.2018-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan ümumi borcu 30117,54 manat məbləğində müəyyən edilir, o cümlədən:24.12.2018-ci il tarixə olan borcu üzrə əsas borc üzrə-20 163,59 manat, faiz borcu üzrə-9953,94 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 dekabr 2013-cü il tarixli 275/13 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərlə (cərimə hesabından çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı iddia edir ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli 275/13 saylı kredit müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərtilə, 23.000 (iyirmi üç min) manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə bank tərəfindən Cavabdeh 12.03.2021-ci il tarixə 20455 manat əsas, 12056.07 manat müqavilə müddəti sonuna hesablanan faiz, 2002.90 manat cərimə və 1246.76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 35774.93 manat borc vadır. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehdən 12.03.2021-ci il tarixə 24 dekabr 2013-cü il tarixli 275/13 saylı kredit müqaviləsi üzrə 20455 manat əsas borc və 12056.07 manat faiz borcu tələb edir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən isə cavabdehin 24.12.2018-ci il tarixə 275/13 saylı kredit müqaviləsi üzrə əsas borcu 20163,59 manat, faiz borcu 9953,94 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək 24 dekabr 2013-cü il tarixli 275/13 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.163,59 manat və faiz borcu üzrə 9953,94 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, iddia ərizəsində qeyd olunmuş 2002.90 manat cərimənin məbləği azaldılmalı, 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, ondan 20163,59 manat əsas borc, 9953,94 manat faiz borcu, 200 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1246.76 manat məbləğ olmaqla, cəmi 31564,29 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiyməti 40000 manat müəyyən edilsə də, mütəxəssis rəyində likvid dəyəri 68500 manat qeyd edildiyindən ilkin satış qiyməti likvid qiyməti ilə 68500 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qismən təmin edilməli, tələb ipoteka predmeti olan X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, dalan 1-də yerləşən 1 saylı evin 8 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. İddia tələbinin “bu vəsait cavabdehin borcunun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir bu qətnamənin icrası prosesinə aid olduğundan iddia təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iş üzrə ekspertiza xərci 145 manat təşkil edir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş ekspertiza tədqiqatının dəyərinin 45 manatı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilmli, 100 manat isə Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20163,59 (iyirmi min yüz altmış üç manat əlli doqquz qəpik) manat əsas borc, 9953,94 (doqquz min doqquz yüz əlli üç manat doxsan dörd qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1246.76 (min iki yüz qırx altı manat yetmiş altı qəpik) manat məbləğ olmaqla, cəmi 31564,29 (otuz bir min beş yüz altmış dörd manat iyirmi doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumu üçün ödənilmiş 30 manat tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, dalan 1-də yerləşən 1 saylı evin 8 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, ipoteka predmeti olan həmin əmlakın likvid dəyəri 68500 (altmış səkkiz min beş yüz) manat müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 20163,59 (iyirmi min yüz altmış üç manat əlli doqquz qəpik) manat əsas borc, 9953,94 (doqquz min doqquz yüz əlli üç manat doxsan dörd qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1246.76 (min iki yüz qırx altı manat yetmiş altı qəpik) manat məbləğ olmaqla, cəmi 31564,29 (otuz bir min beş yüz altmış dörd manat iyirmi doqquz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 20 manat, ekspertiza xərcinə görə 100 manat tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, dalan 1-də yerləşən 1 saylı evin 8 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi, dalan 1-də yerləşən 1 saylı evin 8 saylı mənzilin likvid dəyəri 68500 (altmış səkkiz min beş yüz) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar