Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2548/2023 06.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə 06 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, yataq dəsti (taxt, dolab, termo güzgülü) dəyəri – 1900 manat, qonaq dəsti (qoyka) dəyəri – 600 manat, cəmi dəyəri – 600 manat, cəmi dəyəri 2500 manat olan cehiz-əmlaklarının və ya onların dəyərinin və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 104-də yerləşən fərdi yaşayış evinə qeyri rəsmi olaraq gəlin gəlmişdir. Bir neçə ay bir yerdə yaşasalarda münasibətləri alınmamışdır. Cavabdeh ona məxsus olan apardığı cehiz əmlakları vermir. Həmin mebellərin cavabdehin evində qalması xx.xx.2019-cu il tarixli Abşeron rayon Məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Cavabdeh ona məxsus olan əmlakları qaytarmaq üçün hər dəfə müxtəlif bəhanələr gətirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldmıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib təmin eilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi, bildirdi ki, iddiaçı ikinci dəfə idi ki, onun oğlu ilə ailə qurmuş və birinci nikahda aparıb istifadə etdiyi, qeyd edilən mebellərin sınıq-salxaq vəziyyətdə onun evinə gətirmiş, bir təhər ora-burasın da düzəldib, quraşdırmışlar, münasibətləri pozulandan sonra iddiaçı əmlaklarını və hətta ona məxsus qızılları da götürüb aparmışdır.Həmin mebellər isə hal-hazırda evdədir, nə vaxt istəyir gəlib götürsün, Amma yazılan qiymətlər rela deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-433/2019 saylı, xx.xx.2019-cu i tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı qızıl zinyət əşyaları - 1 ədəd dəst komplekt brliyant üzük və sırğa, 1 ədəd sünbül formalı qızıl boyunbağı və 1 ədəd sünbül formalı qızıl qolbaq, 1 ədəd gül qızıl üzük və 1 ədəd brilyant qaşlı üzük alınıb iddiaçı Cavabdeh verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun yarısı 15 (on beş) mans cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamənin “müəyyən etdi” hissəsinin 3-cü abzasından görünür ki, iddiaçı Cavabdeh iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, xx.xx.2016-cı ildə evdə üç yaşlı nəvəsi ilə olarkən qapının döyüldüyünü görüb onu açarkən sürücüdən başqa səkkiz nəfərin qapıda dayandığını görmüşdür. Bunlar Aygün və onun yaxın qohumları idi. Onlar Aygünün cehizlərini aparmağa gəldiklərini bildirdilər. O, oğlunun xəstəxanadan çıxdıqdan sonra gəlib-cehizlərinizi apararsınız dedikdə bu şəxslər onun sözünə məhəl qoymadan Aygünün cehizlərini yığmağa başlamışlar. Həmin an onun başı üçyaşlı nəvəsinə qarışdığı üçün onlar hara gəldi baxırdılar. Xirda cehizləri apararkən Aygün saat 5-də mebellərin də aparacağını bildirdi. O, həmin günü onları gözləsə də onlar mebeli aparmağa gəlmədi. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçının mebelləri yataq dəsti (taxt, dolab, termo güzgülü) və qonaq dəsti (qoyka) ibarətdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 104-də yerləşən fərdi yaşayış evinə gəlin gəlmiş,bir neçə ay bir yerdə yaşasalar da münasibətləri alınmamış,cavabdeh əmlaklarını da aparmaqla getmiş, lakin iddia olunan meellərin cavabdehin yaşadığı evdədir.Həmin mebellərin iddiaçı tərəfindən götürülməsinə cavabdeh etiraz etmir.Abşeron rayon Məhkəməsinin 2(012)-433/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən də müəyyən edilir ki, iddiaçı mebelləri aparacağını bildirsə də aparmamışdır. Mebellərin qiyməti barədə iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmiş və işin məhkəmə baxışında qiymətləndirişinin rəyinin alınmasına razı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia olunan yataq dəsti (taxt, dolab, termo güzgülü) və qonaq dəsti (qoyka) cavabdehdən alınıb iddiaçıya verilməli, mebellləri qiymətinə dair sübutları iddia ərizəsinə əlavə etmədiyindən iddia mebellərin dəyəri hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun müvafiq hissəsini təşkil edən 25 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yataq dəsti (taxt, dolab, termo güzgülü), qonaq dəsti (qoyka) və dövlət rüsumuna görə 25 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2548/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2548/2023
06.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver