Məhkəmə qərarları › İş №2(012)-26/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-26/2023

03.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-26/2023 03.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, eyni zamanda, Cavabdeh5 nümayəndəsi Cavabdeh4, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, eyni zamanda, Cavabdeh1 nümayəndəsi Cavabdeh6, həmçinin, Cavabdeh6 və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikilinin sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi tələbi”nə dair ilkin, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər İddiaçı, Abşeron rayon Məmmədli Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı qanunsuz tikilinin sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.2 ha torpaq sahəsindəki qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 öz növbələrində, cavabdehlər İddiaçı, Abşeron rayon Məmmədli Bələdiyyəsinə və 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ******* seriyalı və xx.xx.2019-cu il tarixli, ******* seriyalı çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Abşeron rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(012)-26/2023 saylı qərardadına əsasən, qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı və ******* saylı çıxarışlarla Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.2 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə, bununla əlaqədar olaraq torpaq sahələrinin plan və ölçüləri təsdiq olunaraq verilmişdir. Cavabdehlər heç bir sənəd olmasına baxmayaraq İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini özbaşına zəbt edərək tikinti işləri aparmışlar. Ona görə də cavabdehlər tərəfindən qanunsuz surətdə torpağın zəbt edilməsi və tikintinin aparılması qanunun tələblərinə zidd olduğundan onların hesabına sökülməli və torpaq boşaldılaraq təhvil verilməlidir. Cavabdehlər qanunsuz zəbt etdikləri torpaqları sənədləşdirmək üçün məhkəmələrə müraciət etmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı ilə iddia ərizələri rədd olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə Cavabdeh2 nümayəndəsi Nümayəndə ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək, eyni zamanda, mülki işə ilkin İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, ilkin iddiaçı sonuncu ekspertizada da iştirak etməmiş, cavabdehlərin iştirak etməsinə baxmayaraq rəy verilməsi mümkün olmamışdır. İlkin iddiaçının irəli sürdüyü torpaq sahəsi Abşeron rayonu, Məmmədli kəndində yerləşir. Lakin cavabdehlərə məxsus olan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin qərb hissəsində yerləşir. Məhz bu halların araşdırılması məqsədilə ekspertizanın keçirilməsi zərurəti yaranmışdır. Hətta iddiaçının təmin tədbiri barədə qərardadı çıxarılmış, həmin qərardaddan şikayət verilmiş, qərardadın ləğv olunma əsası isə torpağın harada yerləşməsini müəyyən etmək olmuş, bundan sonra isə işə mahiyyəti üzrə baxılmalıdır. İlkin iddiaçı sözügedən torpaq sahəsinin harada yerləşməsini, kim tərəfindən zəbt olunmasını və hansı tikililərin tikildiyinə dair mötəbər sübutlar təqdim etməmişdir. İlkin iddiaçının təqdim etdiyi yeganə sənəd məhkəmə aktı olmuşdur ki, həmin aktda iştirak etmiş iddiaçıları hazırki iş üzrə cavabdehlər qismində qoymuşdur. Həmin akt isə mahiyyəti üzrə başqa mövzunu əhatə edir. Əgər həqiqətən, ilkin iddiaçının qeyd etdiyi kimidirsə, ekspertizanın keçirilməsinə maneə yaratmamalı, sübuta yetirməli idi. İlkin iddiaçı iki dəfə ekspertizanın keçirilməsindən yayınmışdır. Çıxarışların ləğvinə dair qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd edir ki, əgər ilkin iddiaçı cavabdehlər tərəfindən zəbt olunduğunu iddia edirsə sənədləşdirilmə ilə bağlı Bələdiyyəyə müraciət olunmuş, Bələdiyyə ilkin olaraq torpaq sahəsinin kimsənin mülkiyyətində olmadığını bildirsə də növbəti müraciətində başqa şəxslərin mülkiyyətinə verildiyini bildirmişdir. Halbuki, qeyd olunan hal Bələdiyyəyə ilkin müraciətdə öz əksini tapmamışdır. Bu səbəbdən də, həmin çıxarışlar qanunauyğun prosedurlar əsasında verilmədiyindən ləğv edilməlidir. Hesab edir ki, hərracın nəticələri qanunun tələblərinə ziddir. Çıxarışın ləğv edilməsini tələb etməsinin səbəbi isə əgər ekspertiza keçirilmiş olsaydı qeyd olunan halın aşkara çıxarılması olacaqdı. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, eyni zamanda, Cavabdeh5 nümayəndəsi Cavabdeh4 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək, eyni zamanda, mülki işə ilkin İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hərracın nəticələri ilə bağlı iki dəfə sorğu ilə müraciət olunmuş, lakin müraciət təmin olunmamışdır. İddiaçı torpaq sahəsi onların torpaq sahəsinin arxa hissəsinə düşür. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh6 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək, eyni zamanda, mülki işə ilkin İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının çıxarılmasını xahiş etmiş və Nümayəndə izahatını təsdiq etmişdir. Mülki iş üzrə digər tərəflərə - İddiaçı, Cavabdeh3, Abşeron rayon Məmmədli Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 969 saylı reyestr kitabının 45 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, A № 354363 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2019-cu il tarixli, 4ə-287 saylı alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 969 saylı reyestr kitabının 46 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********78 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, A № 354365 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2019-cu il tarixli, 4ə-292 saylı alqı-satqı müqaviləsi olmuşdur. Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********64 saylı məktubuna əlavə olunmuş sənədlərə əsasən: -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı, 006389 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsini Hərracların Təşkili üzrə X2 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş, 4820 manata torpaq sahəsi satılmış və xx.xx.2018-ci il tarixdə 4 nömrə ilə qeydiyyatı aparılmaqla hərracın qalibinə verilmişdir. -Satıcı Abşeron rayon Məmmədli Bələdiyyəsi ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsini alıcıya 4820 manata satmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı, 006388 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsini Hərracların Təşkili üzrə X2 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş, 4820 manata torpaq sahəsi satılmış və xx.xx.2018-ci il tarixdə 3 nömrə ilə qeydiyyatı aparılmaqla hərracın qalibinə verilmişdir. -Satıcı Abşeron rayon Məmmədli Bələdiyyəsi ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsini alıcıya 4820 manata satmışdır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5. maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********92 saylı, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2594 saylı, xx.xx.2021-ci il tarixli, 10/704 saylı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-6154/2023 saylı məktublarından görünür ki, iddiaçının iştirakı təmin edilməməsi səbəbindən baxışın keçirilməsi mümkün olmamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsi, döngə 5, 9C saylı evdə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, 21 saylı evdə, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, 4 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ilkin iddia ərizəsi üzrə İddiaçı daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı və xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarışlar əsasında mülkiyyətinə verilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha və 0.1 ha olmaqla, cəmi 0.2 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib həmin ərazidə tikililər inşa edildiyini bildirərək torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsini və torpaq sahəsinin ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilkin növbədə qeyd edir ki, mübahisə predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.1 ha və 0.1 ha olmaqla, cəmi 0.2 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli, RX seriyalı, ******* saylı və xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarışlar verilmiş, sözügedən çıxarışların verilməsinə əsas isə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı, 006389 saylı və AM seriyalı, 006388 saylı şəhadətnamələr olmaqla, həmin şəhadətnamələr əsasında satıcı Abşeron rayon Məmmədli Bələdiyyəsi ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı və xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqavilələri olmuşdur. Başqa sözlə, mübahisəli torpaq sahəsi üzərində ilkin iddiaçının Mülki Məcəllənin 139-1.1.1. maddəsinə əsasən, hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Belə ki, Mülki Məcəllənin 139-1.1.1. maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə də, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumilikdə, cəmi 0.2 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olmaqla ilkin iddianın mübahisə olunmayan tərəfidir, iddianın mahiyyətini isə həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edildiyi iddia edilən tikililərin sökülməklə əmlakın təhvil verilməsi təşkil edir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin naturada üst-üstə düşməsini, cavabdehlərə məxsus tikililərin həqiqətən də, ilkin iddiaçıya məxsus torpaq sahəsində inşa edildiyini müəyyən etmək xüsusi bilik tələb etdiyinə görə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********92 saylı, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2594 saylı, xx.xx.2021-ci il tarixli, 10/704 saylı, 4 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-6154/2023 saylı məktubları əsasında ilkin iddiaçının iştirakının təmin edilməməsi səbəbindən baxışın keçirilməsinin mümkün olmadığı müəyyən olunmuşdur. Başqa sözlə, ilkin iddiaçı iddia tələbinin əsasını təşkil edən hallara və faktlara mahiyyəti üzrə hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən ekspert rəyinin verilməsinə əsas olan yerli baxışın keçirilməsinə təşəbbüs göstərməmiş, maneə yaratmışdır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə bir neçə dəfə məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsinə baxmayaraq vəsatət təmin edilmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamış, məhkəməyə daxil olmuş sonuncu məktuba əsasən isə ekspert tədqiqat obyektinə baxış keçirməsinə baxmayaraq ilkin iddiaçının iştirakının təmin edilməməsi səbəbindən yerli baxışın keçirilməsi mümkün olmamışdır ki, məhkəmə bütün bu halları-yəni, ilkin iddiaçı tərəfindən ekspertizanın keçirilməsinə süni şəkildə maneə yaradılmasını nəzərə almış, beləliklə də, Mülki Prosessual Məcəllənin 97.5ci maddəsinin tələblərinə istinad edərək ekspertiza təyin edilmiş faktı ilkin iddia tələbinin təmin olunmaması nəticəsi kimi qiymətləndirilməsi qənaətinə gəlmişdir. Beləliklə də, məhkəmə xüsusi ilə vurğulayır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinin başqasının qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsində maraqlı olan ilkin iddiaçı ilk növbədə, özü ekspertizanın keçirilməsində maraqlı olmalı olduğu halda, yerli baxışın keçirilməsində iştirak etməmiş, ilkin cavabdehlərin iştirak etməsi isə mütəxəssis rəyi və ekspert rəyinin verilməsinə kifayət etməmişdir. Beləliklə də, ilkin iddiaçı iddia tələbində istinad etdiyi həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə vəzifəsi ilkin iddiaçının üzərinə düşdüyü halda iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə də, qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan ilkin iddiaçı həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız çıxarışları və məhkəmə aktını təqdim etməklə kifayətlənmişdir ki, həmin sənədlər də işə mahiyyəti üzrə baxaraq tam, hərtərəfli, obyektiv və qərəzsiz qərar çıxarılmasına kifayət deyildir. Ona görə də ilkin iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, bu səbəbdən də, təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikilinin sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi tələbi”nə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar