Məhkəmə qərarları › İş №2(012)-26/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-26/2024

14.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-26/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə 14 may 2024-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN- 0014 seriyalı, KOD 30800027 nömrəli xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.41 ha torpaq sahəsinin cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən boşaldılması, torpaq sahəsinin qeyri-qanuni zəbt edilməsi nəticəsində keçirtdiyi mənəvi sarsıntılara görə 10.000 manat mənəvi zərərin, hüquqi yardıma görə ödənilən 550 manat pulun və 30 manat dövlət rüsumunun cavabdeh Dövlət Sərhəd Xidmətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron rayon Məhkəməsinin 2(012)-4105/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının məcburi icrasının təmin edilməsi, iş üzrə icratın dayandırılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizənin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 ərizənin təmin edilməsinə, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bu halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə iddiadan imtina etməsi digər tərəflərin hüquq və mənafeyinə zidd olmadığından, onun iddiadan imtina edilməsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar