Məhkəmə qərarları › İş №2(067)-15/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-15/2025

27.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-15/2025 27.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Rizvan oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Rizvan oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Rizvan oğlunun ona məxsus Xaçmaz rayonu, Müzəffər-oba kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzi olan 10.000 manat pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat kontorunun xx.xx.2005-ci il tarixli, 4Ə/6-1086 saylı müqaviləsi ilə satılmış, Xaçmaz rayon Müzəffəroba kəndinin ərazisində yerləşən 0.14 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərivə verilmişdir. Bu barədə J№ 0455, KOD 30219078 olmaqla xx.xx.2005-ci il tarixdə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Uzun müddət bundan qabaq Cavabdeh Rizvan oğlu torpaq sahəsini özbaşına zəbt edərək istifadə etməyə başlamışdır, dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxarışını tələb etsə də cavabdeh torpaq sahəsini boşaltmamışdır və istifadə etməkdə davam edir. Özləri torpaq sahəsindən istifadə etməyi istəyirlər, lakin cavabdeh torpaq sahəsindən çıxmır və qeyri-qanuni olaraq torpaq sahəsindən onların iradəsinə zidd olaraq istifadə edir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasnı tələb etsələr də cavabdeh buna əhəmiyyət verməmiş və bir mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Bir mülkiyyətçi kimi torpaq sahəsindən istifadə edilməsindən məhrum edilmişlər və cavabdeh uzun müddət ərzində torpaq sahəsindən istifadə etməklə gəlir əldə edir. Həmçinin cavabdeh uzun müddətdir ki, torpaq sahəsini zəbt edərək meyvə ağaclarından gəlir əldə edir, onun isə torpaq sahəsindən istifadə etməsinə ciddi maneçilik törədir və nəticədə o maddi zərərə məruz qalmışdır. Cavabdeh tərəfindən ona 10000 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, ekspertiza ilə razı deyil, ekspertiza düzgün keçirilməmişdir. Ekspert nə ilə ona sübut edir ki, cavabdeh onun torpağımdan istifadə etmir? Amma onun sübutu, faktı var. Reyestr idarəsinə gedib 120 manat rüsum köçürmüşdür. Mübariz müəllim gəlib yeri ölçüb ona verib demişdir ki, yeri buradır, bələdiyyə də qol çəkmişdir. O, bələdiyyədən torpağından kimin istifadə etdiyini soruşanda bələdiyyə nə deyəcəyini bilməmişdir. O, torpağına girib otu biçəndə cavabdeh yaba ilə üzərinə gələrək onu hədələmişdir. O, özbaşına girmədiyini, Mübariz müəllimin yeri ölçüb ona verdiyini və bu yerin onun olduğunu demişdir. Cavabdeh ona demişdir ki, onu öldürər, torpaq sahəsinə girmə. Reyestr idarəsinə sənəd üçün gedəndə ona demişlər ki, torpağı zəbt olunduğu üçün məhkəməyə müraciət etməlidir. Tərəflərin iştirakı ilə əraziyə yerində baxış keçirilməsini xahiş edir. Dövlətin ona verdiyi torpağıdır, övladlarının orada payı var. Cavabdehin arvadı və özü onu ölümlə hədələyir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, bildikləri kimi bu işlər mütəxəssis rəyi ilə, eksperti rəyi ilə həll olunur. Bu işdə həm ilkin ekspertiza, həm də iddiaçının vəsatəti ilə təkrar ekspertiza keçirilmişdir. Hesab edir ki, ekspertin rəyi tamamilə düzgündür. Torpaq sahəsinə yerində baxış keçirilməsinə isə zərurət yoxdur. Məhkəmə torpaq ölçən deyil ki, baxış keçirib hər hansı rəy versin. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, iddiaçı 20 ildən artıqdır evdə onlara kömək edir. Bir neçə il bundan əvvəl iddiaçı ona demişdir ki, torpağı var. O, pul verib ondan torpağını qeyri rəsmi almışdır. Ona etibar etdiyi üçün sənədləşməni rəsmiləşdirməmiş, ondan torpağını aldığına sübut kimi baş etibarnamə almışdır. İddiaçı ilə birlikdə idarəyə gedib 120 manat pul ödəmişdir ki, torpağın sənədini alsın. Onun şikayətindən sonra gəlib aktlaşdırmışlar və iddiaçının torpağını göstərmişlər. Sonra onlara mavi möhürlü akt vermişlər. O, bələdiyyəni, kənd sovetini, sahə müvəkkilini yığıb soruşmuşdur ki, torpaq kimindir, bu torpağı alır, amma görür ki, torpaq əkilib, bellənib, göy daşla rənglənib. Hamı demişdir ki, bilmirlər. O da iddiaçıya demişdir ki, gir, çıxacaq üzə. İddiaçı torpağa girəndə cavabdeh əlində yaba ilə gəlib demişdir ki, bu torpaq onundur. Cavabında demişdir ki, şikayət etmək istəmir, 21 il işlətmişdir, indi çıx. O isə çıxmadığını demişdir. Onun telefonunda səs yazısı var ki, cavabdeh iddiaçıya “bu torpaqda əlində deyir ki, heyif yanında Samirə var, səni burada tək tutub zülmlə öldürərəm”. İddiaçının onun adına baş etibarnamə verdiyi vaxtda torpağı ölçdürmüş, cavabdehə demişdir çıx torpaqdan, o, da deyib çıxmayacaq, “sən Bakı sakinisən, iddiaçını ölümlə hədələyir”. Faktlar var. Reyestr idarəsi quru sözlə deyir ki, cavabdeh torpaqdan istifadə etmir. Sağ və sol qonşular dindirilsin, yerli baxış olsun. O, zərərçəkəndir, pul vermişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-455 saylı, 30219078 kodlu dövlət aktından müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.14 ha torpaq sahəsi vardır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-295 saylı, 30219078 kodlu dövlət aktından müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,60 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-490 saylı, 30219078 kodlu dövlət aktından müəyyən olunur ki, Cavabdeh Rizvan oğlunun və ailə üzvlərinin mülkiyyətində 0,20 ha torpaq sahəsi vardır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən 95 manat rüsum köçürülmüşdür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Şahid Xaçmaz RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 0.20 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh Rizvan oğlunun və qeyrilərinin adına daşınmaz əmlakın dövlət reyestrində 445 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN-0455 30219078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Müzəffər oba kəndi ərazisində yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.14 ha torpaq sahəsi göstərilməsinə baxmayaraq, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərari ilə İddiaçı və ailə üzvlərinə JN-295, KOD 30219078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı iki planşetdən ibarət olmaqla 0.60 ha torpaq sahəsi verilmişdir. JN- 295C planşetində olan 0.498 ha hissəsi satilıb, mübahisə predmeti olan JN-295 planşetində 0.10 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Torpağa mülkiyyət hüququna dair JN-0455 30219078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Müzəffər oba kəndi ərazisində yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.14 ha torpaq sahəsi Cavabdeh Rizvan oğlu tərəfindən istifadə olunmur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-0455 30219078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Müzəffər oba kəndi ərazisində yerləşən İddiaçı və qeydlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0,14 ha torpaq sahəsi göstərilməsinə baxmayaraq, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə X4 və ailə üzvlərinə JN- 295, KOD 30219078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı iki planşetdən ibarət oimaqla 0.60 ha torpaq sahəsi verilmişdir. JN-295C planşetində olan 0.498 ha hissəsi satılıb, mübahisə predmeti olan JN-295 planşetində 0.10 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Torpağa mülkiyyət hüququna dair JN-0455 30219078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Müzəffər oba kəndi ərazisində yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.14 ha torpaq sahəsi Cavabdeh Rizvan oğlu tərəfindən istifadə olunmur. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunmuşdur ki, İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0,14 ha torpaq sahəsi göstərilməsinə baxmayaraq, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə X4 və ailə üzvlərinə JN-295, KOD 30219078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı iki planşetdən ibarət oimaqla 0.60 ha torpaq sahəsi verilmişdir. JN-295C planşetində olan 0.498 ha hissəsi satılıb, mübahisə predmeti olan JN-295 planşetində 0.10 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Torpağa mülkiyyət hüququna dair JN-0455 30219078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Müzəffər oba kəndi ərazisində yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.14 ha torpaq sahəsi Cavabdeh Rizvan oğlu tərəfindən istifadə olunmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, torpaq mübahisələrinə dair işlərə baxarkən, cavabdehin torpağın zəbt edib-etməməsini müəyyən etmək yalnız texniki vasitələrin köməyi ilə aşkar etmək mümkündür. Hazırki iş üzrə isə, iki dəfə ekspertiza keçirilmiş və hər iki rəylə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçının torpağını istifadə etmir. Belə olan halda iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Rizvan oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar