Məhkəmə qərarları › İş №2(105)-1375/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1375/2024

11.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1375/2024 11.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X8 Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X19 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı X8 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3751/2023 nömrəli qətnaməsindən iddiaçı X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X14 Cavabdeh və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi və X7 qarşı «torpaq sahəsindən çıxarılma və mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən sahibliyində və istifadəsində olmuş 0.10 ha torpaq sahəsindən çıxarılması, sökülmüş evin dəyəri olan 51000 (əlli bir min) manat məbləğində maddi zərər, 20000 (iyirimi min) manat məbləğində mənəvi zərər, müvəqqəti təminat tədbirləri barədə ərizənin verilməsinə görə ödənilən 30,30 (otuz manat otuz qəpik) manat rüsumun və iddia ərizəsinin verilməsinə görə ödənilən 303 manat rüsumun Cavabdeh tutularaq iddiaçı X10 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsi ərəfəsində Ermənistan Respublikasından ailəliklə qaçqın düşərək Şuşa şəhərinə, Şüşa işğal olandan sonra ikinci dəfə qaçqın düşərək Xızı rayonu ərazisində məskunlaşmışlar. Nəhayət Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə icra nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha və Aqrar İslahat Komissiyasının qərarı ilə 50 ha ayrılmış torpaq sahəsindən Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamına əsasən İddiaçı Abşeron rayonu Saray qəsəbəsində 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Beləliklə, iddiaçı 1999-cu ilin payız aylarında sahibliyində və istifadəsində olan 0,10 ha torpaq sahəsinin dörd bir yanını mişar daşı ilə hasarladıqdan sonra bir mərtəbəli, 4 otaq və ümumi sahəsi 230.19 kv.m-dən ibarət fərdi yaşayış evini tikərək həmin vaxtdan 2022-ci ilin sentyabr ayına kimi orada yaşamışdır. Cavabdeh 2014-cü ildə cavabdeh İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi”nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş və “Abşeron rayonu Saray qəsəbəsində yerləşən, iddiaçı Cavabdeh mülkiyyətində olan 0,10 ha. torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər cavabdeh İddiaçı hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdeh İddiaçı həmin torpaq sahəsindən çıxarılması” qət edilmişdir. Həmin qətnamə 2019-cu ilin aprel ayında qismən icra edilərək yaşadığı evin bir hissəsi iddiaçının təşəbbüsü və xərci hesabına sökülmüş, qanuni yolla ayrılmış torpaq sahəsi iddiçıya məxsusdur, iddiaçı orada yaşamağa davam etmiş və Cavabdeh heç bir aidiyyəti yoxdur. Eyni zamanda iddiaçı qismən söküntüyə məruz qalmış evinin dəyərini müəyyən etməkdən ötəri"xxxx" MMC-yə müraciət etmiş və xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına görə evinin bazar qiyməti 51000 (əlli bir min) manat müəyyən olunmuşdur. Digər tərəfdən 01 mart 2019-cu il tarixli, 192 nömrəli vəkil sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2019-cu il tarixli, **********77 saylı cavab məktubunda göstərilmişdir ki, ...” X2 rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etməmiş, adı çəkilən torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.Xidmətin 4-saylı Abşeron Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma nəticəsində İddiaçı faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Daha sonra xx.xx.2021-ci il tarixli, 383 saylı vəkil sorğusuna verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********76 saylı cavab məktubunda göstərilmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan **********43 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə verilmiş 0.10 ha. torpaq sahəsinin sənədi üzrə döngə nöqtələrinin koordinatları əsasında üst-üstə düşmə halı aşkar edilməmişdir” yəni istifadəsində olan torpaq sahəsinin Cavabdeh heç bir aidiyyəti yoxdur və onun mülkiyyətində olan 0.10 ha. torpaq sahəsi tərəflərindən zəbt edilməmişdir. Cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsi əməkdaşlarının iştirakı ilə 2022-ci ilin sentyabr ayinin axırlarında öz vəsaiti hesabına yaşadıqları ünvan 1 ünvanında 0.10 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evini ekskovator ilə bünövrəsinə kimi sökdürmüş və evin qalıqlarını yük maşınları vasitəsi ilə daşıtdırmışdır. İcra məmuru da icra işinə xitam qərarı qəbul etmişdir. Daha sonra 3-cü dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-3223/2023 saylı cavab məktubunda bir daha təsdiqlənmişdir ki,” İddiaçı faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsi cəlb olunmamış və ondan mütəxssis rəyi belə istənilməmişdir. Digər üçüncü şəxs X11 hələ 2017-ci ildə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylıərazi İdarəsinə qarşı MH seriyalı, ******* saylı 23 iyun 2006-cıil və MH seriyalı ******* saylı, 25 oktyabr 2006-cı il tarixli çıxarışlara əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Saray qəsəbəsinin ərazisində 0,1646 ha. və 0,49 ha. torpaq sahələrinin koordinatlarının və sərhədlərinin yerində müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasına dair X12 Məhkəməsində 15 noyabr 2017-ci il tarixində 2-1(85)-1674/2017 saylı qərar qəbul edərək iddiasını təmin etmiş və X5 MH seriyalı, ******* saylı 23 iyun 2006cı il tarixli və MH seriyalı ******* saylı, 25 oktyabr 2006-cı il tarixli çıxarışlarla mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsinin ərazisində yerləşən 0,1646 ha. və 0.49 ha. torpaq sahələrinin koordinatlarının və sərhədlərinin yerində müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı ərazi İdarəsinin üzərinə qoyulmasını qərara alınmışdır.Həmin işə baxılarkən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı ərazi İdarəsi məhkəməyə ünvanlanmış 14 fevral 2017-ci il tarixli, **********44 saylı etirazında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin dədiqləşdirilərək naturada ona tanıdıla bilinməsini, uçot işlərinin tam başa çatması kimi qeyri mümkündür. Yəni 2017-ci ilin noyabr ayına kimi iş üzrə üçüncü şəxs X11 tərəfindən 03 iyun 2006-cı il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh satdığı 0,10 ha. torpaq sahəsi də daxil, həm 0,1646 ha., həm 0.49 ha. torpaq sahələrinin sərhədləri qeyri müəyyən olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)- 1139/2021 saylı qərarında göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsində 2(012)- 219/2015 saylı işə baxılarkən 4 saylı Abşeron Ərazi İdarəsindən mütəxəssis dəvət olunmamış və mübahisəli torpaq sahəsinə baxış keçirilməmişdir. Odur ki mülki iş materiallarında mütəxəssis rəyi olmadığından tələb olunan sənədlərin surətinin göndərilməsi mümkün olmamışdır. Yuxarıda göstərilən hallar və faktlardan Cavabdeh məlumatlı idi,eyni zamanda onun tərəfindən X7 torpağa görə ödəmiş olduğu pulu belə ondan geri alandan sonra uydurma 18 000 manat məbləğinin bərpa edilməsinə görə onların torpaq sahəsinə dair həqiqəti əks etdirməyən sənədləri əldə etməklə faktiki olaraq əsassız varlanma yolunu seçmişdir. Mülki hüquqda mənfi nəticələr delikt (zərərvurma nəticəsində əmələ gələn) münasibətləri və ya əsassız varlanma münasibətləri ilə bağlı olaraq yaranır. Delikt münasibətləri ilə yaranan mənfi nəticələr (əmlakın zədələnməsi, korlanması, xarab olması, məhv edilməsi və s.) vurulmuş zədələrin əvəzinin ödənilməsi yolu ilə aradan qaldırılır. Cavabdeh uydurma 18 000 manat itkisinə görə onların 51000 manat dəyərində olan evləri sökdürərək torpaq sahəsini ələ keçirmişdir, ailəsi artıq üçüncü dəfə qaçqın gününə salınmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2006-cı il tarixli Abşeron rayon 1 saylı Dövlət Notariat kontorunda 4Ə/06-1147 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanan zaman notariat kontoruna təqdim edilən bölgü eskizi mövcud olduğu halda, 09 dekabr 2013-cü ildə Cavabdeh yenidən «Г» hərfinə bənzər saxta bölgü eskizini tərtib etdirərək təkcə özü imzalamışdır. Halbuki satılması nəzərdə tutulan torpaq sahəsinin satılacaq hissəsinə dair bölgü eskizi yenidən tərtib olunarsa onu mütləq torpaq sahəsini satan şəxs yəni X11 da imzalamalı idi. Çünki bölgü eskizi adlanan sənəddə “Bölgü ilə razıyam, şikayətim, etirazım və əlavəm yoxdur, bölgü eskizini imzamızla təsdiq edirik” qrafası vardır və torpaq sahəsini satan şəxsin imzası olmadan həmin bölgü eskizi notariat tərəfindən təsdiq olunması qeyi-qanunidir. Eyni zamanda xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş bölgü eskizində satılması nəzərdə tutulan torpaq sahəsinin koordinatları göstərildiyi və DT və XK nin Abşeron rayon şöbəsi tərəfindən möhürlə təsdiq edildiyi halda, 09 dekabr 2013-cü ildə Cavabdeh tərəfindən şəxsən tərtib olunmuş bölgü eskizində yalnız Cavabdeh imzası mövcuddur. Yəni mübahisəli torpağın bölgü eskizi faktiki olaraq saxtalaşdırılmışdır, həmin saxta bolgü eskizinə əsasən Cavabdeh 4saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları ilə X5 torpaq sahələrinin xəritəsini saxtalaşdıraraq satılmış sayılan faktiki 0,10 ha torpaq sahəsini özbaşına X5 başqa topraq sahəsinə sürüşdurmuş və qanunsuz olaraq alqı-satqıda nəzərdə tutulmuş 1872 nömrəli sahəsindən yox, 1873 nömrəli sahədən 0,10 ha torpaq sahəsi ayrılmış və həmin sahə göstərilməklə xx.xx.2013-cü il tarixində **********43 reyestr nömrəli qeyri-qanuni çıxarışı Cavabdeh əldə edə bilmişdir. Hərçənd həmin çıxarışda göstərilən torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində və sahibliyində olmuş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməməsi, iddia ərizəsinə əlavə olunan 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2021ci il tarixli və xx.xx.2023-cü il tarixli məktubda öz əksini tapmışdır. Cavabdeh 16(012)- 118/2022 saylı işlə əlaqədar məhkəməyə xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışı təqdim etmişdir, hansı ki, ona xx.xx.2013-cü il tarixli **********43 reyestr nömrəli çıxarış əsasında verilmişdir. xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışda isə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi 0,07 ha-dan ibarət olması göstərilmişdir. Lakin həmin çıxarışda göstərilən torpaq sahəsi ilə də faktiki istifadəsində və sahibliyində olmuş 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz verilərək qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, onun mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin X8 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsi boşaldılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmış, X8 apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3916/2018 saylı 29 iyun 2018-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. X1 arasında olan mübahisə predmeti Abşeron rayonu Saray qəsəbəsində yerləşən Rafiq Hüseynov tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına verilmiş çıxarışda göstərilmişdir ki, Abşeron rayon, Saray qəsəbəsindəki topraq sahəsi 0.07 ha olmaqla № **********98 saylı reyestr nömrəsi ilə qeydiyyat nömrəsi № ********** saylı xx.xx.2021-ci il tarixində onun - Cavabdeh tam hüquqlu pay sahibi olmaqla mülkiyyətinə keçmişdir. Cavabdeh tərəf və onun nümayəndə və vəkili qərəzli olaraq işin icrasını gecikdirməkdən ötrü və vaxt qazanmaq üçün məhkəməyə müraciət edir və bununla da qanun pozuntusu edərək məhkəmə hakimiyyətinin işlərinə müxtəlif üsullarla maneəçilik törətməkdədir. Belə ki, Abşeron Rayon Məhkəməsində e-2(012)-1086/2023 saylı xx.xx.2022-ci il tarixində iş üzrə eyni tərəflər və eyni iddia üzrə mülki iş qeydiyyata alınmışdır. Halbuki qanunla bu hal yolverilməzdir və bu pozuntunu qəsdən və qərəzli formada etmişdir. İddiaçı qismində çıxış edən X22 qizi mübahisələndirilən məsələ ilə bağlı heç bir sübyektiv hüquq sahibi olmadığından Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixində X2 Rayon Məhkəməsinə müraciət edərək məhkəmədə səhv təəsürat yaratmaq niyyəti ilə sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia qaldıraraq həmin torpaq sahəsinin faktiki istifadəsində olduğunu bildirmiş və maddi ziyanla bağlı ona qarşı iddia qaldırmışdır. Xüsusilə qeyd edir ki, belə bir hal qanunla yolverilməzdir və qarşı tərəf eləcədə onun vəkili bu pozuntunu qəsdən və qərəzli formada etmişdir. İddiaçı qismində çıxış edən X13 mübahisələndirilən məsələ ilə bağlı heç bir sübyektiv hüquq sahibi olmadığından Abşeron Rayon Məhkəməsi tərəfindən rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına görə eyni tərəflər və eyni iddia üzrə mülki iş qeydiyyata alınaraq bir dəfə baxılmasına yol verilir.

4. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3751/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim Elman Məmmədov) iddiaçı X8 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia tələbinin «torpaq sahəsindən çıxarılması» hissəsində icraata xitam verilmişdir.

5. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3751/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddiaçı X8 Cavabdeh qarşı «mülki hüquqpozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə barədə iddiasının rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, Abşeron rayonu,Saray qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsində yerləşən tikilinin sökülməsi Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi əsasında icra olunduğundan iddiaçının iddia ərizəsində göstərdikləri və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı işin faktiki halları ilə uyğunluq təşkil etmir.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. İddiaçı Abşeron Rayon Məhkəməsinin e-2(012)-3751/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadından şikayət vermis, Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)- 603/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli və onunla bağlı xx.xx.2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermis, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1658/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-603/2024 nömrəli, 2024-cü il 23 fevral tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı X14 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3751/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2013-cü il tarixində saxta bölgü eskizi tərtib edərək 1 saylı Abşeron rayon Notariat Kontorunda təkbaşına təsdiqlətmiş, halbuki bölgü eskizində “Bölgü ilə razıyam, şikayətim, etirazım və əlavəm yoxdur. Bölgü eskizini imzamızla təsdiq edirik” qrafası var, bu da ona dəlalət edir ki, həmin bölgü eskizini torpaq sahəsini satan X11 mütləq imzalamalı idi. Aydın görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli ikinci bölgü eskizini saxtalaşdırdığı üçün X3 gizli saxlamaq qərarına gəlmişdir. Həmin saxta bölgü sxeminə əsasən Cavabdeh xx.xx.2013cü il tarixində (alqı-satqı müqaviləsi bağlanandan 7 il sonra, saxta bölgü eskizinə əsasən) çıxarış ala bilmişdır ki, bunun da nəticəsində Abşeron Rayonu Saray qəsəbəsi Rza Təhmasıb küçəsində yerləşən və 1999-cu ildə iddiaçı tərəfindən inşa edilən evi sökdürülməsinə nail olmuşdur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2019-cu il tarixli, **********77 saylı cavab məktubunda göstərilmişdir ki, ...”X2 rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etməmiş, adıçəkilən torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildirir ki, Xidmətin 4-saylı Abşeron Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma nəticəsində İddiaçı faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Daha sonra xx.xx.2021-ci il tarixli, 383 saylı vəkil sorğusuna verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********76 saylı cavab məktubunda göstərilmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan **********43 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə verilmiş 0.10 ha. torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları əsasında üst-üstə düşmə halı aşkar edilməmişdir”. Daha sonra 3-cü dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-32/2-3223/2023 saylı cavab məktubunda bir daha təsdiqlənmişdir ki,” İddiaçı faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışı təqdim etmişdir hansı ki, ona xx.xx.2013-cü il tarixli **********43 reyestr nömrəli çıxarış əsasında verilmişdir. xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışda isə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi 0,07 ha-dan ibarət olması göstərilmişdir. Lakin həmin çıxarışda göstərilən torpaq sahəsi ilə də iddiaçının faktiki istifadəsində və sahibliyində olmuş 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Daha sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-H0097-8 saylı cavab məktubu ilə bir daha təsdiqlənmişdir ki, ...”sözügedən torpaq sahəsinin **********06 reyestr nömrəli çıxarışla ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-1843 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə başqa şəxsə (X6) məxsus sənəd üzrə torpaq sahələri üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin torpaq sahəsi isə X6 məxsusdur, yəni Cavabdeh mülkiyyətində olan 0,07 ha torpaq sahəsi başqa yerdə olmalı halda səhvən iddiaçının istifadəsində olan torpaq sahəsinə yönəldilərək evi söküntüyə məruz qalmışdır. Hal-hazırda Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun icraatında İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4-saylı Abşeron Ərazi İdarəsinə qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetstrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə“ 2-1(118)761/2024 saylı inzibati iş baxılmaqdadır. Həmin işlə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. 04.l2.2023-cii il tarixli 2-1(1 18)-3836/2023 пömrəli inzibati iş üzrə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, araşdırmanın nətiсəsi olaraq aşağıda qeyd edilənlər müəууən edildi: İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları еlеktrоп kadastr məlumat bazasında Abşeron rауопu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan tоrраq islahatlarına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildiririk ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cl il 07 mаrt tarixli 818 пömrəli Fərmапı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında tоrраqlаrıп elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na" eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ct il 28 арrеl tarixli 250 пömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə tоrраqlаrıп elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmiп оluпmаsıпа dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Bu rəydən də görünür ki, Cavabdeh çıxarışında göstərilən torpaq sahəsindən belə söhbət getmir, ona məxsus torpaq sahəsi tamamilə başqa yerdə yerləşir. Abşeron Rayon Məhkəməsi tərəfindən 2(012)- 219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qətnamə qəbul edilərkən 4-saylı Abşeron Ərazi İdarəsi işə cəlb olunmamı, nə də ondan mütəxəssis rəyi istənilməmiş, bunun nəticəsində səhv qənaətə gəlinərək qeyri-obyektiv qətnamə qəbul olunmuş iddiaçı öz halal torpaq sahəsində çıxarılaraq evi sökülmüşdür. Hal-hazırda məhkəmədə sübutların tədqiqatı zamanı Cavabdeh əməlində yuxarıda göstərilən xüsusatlarla bağlı hər hansı bir hal müəyyən edilmir. Əksinə olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsində yerləşən tikilinin sökülməsi Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi əsasında icra olunduğundan iddiaçının iddia ərizəsində göstərdikləri və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı işin faktiki halları ilə uyğunluq təşkil etmir. Bu tamamilə səhv yanaşmadır. Belə ki, İddiaçı faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halının aşkar edilməməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 1) xx.xx.2019-cü il, 2) xx.xx.2021-ci il 3) xx.xx.2023-cü il, 4) xx.xx.2023-cü il tarixli məktubları və 5) xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi mülki işin materialları arasındadır. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyində olan 0,10 ha torpaq sahəsinin yerləşdiyi yerdən xeyli aralıdadadır. Belə olan halda iddiaçının evi cavabdeh tərəfindən səhv olaraq sökülmüşdür. Buna görə də cavabdeh mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Abşeron Rayon Məhkəməsinin 2(012)- 219/2015 saylı, 18 fevral 2015ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət buraxılmış hesab edildmiş və apellyasiya şikayəti geri qaytarılmış, nə apellyasiya şikayətinə baxılmış, nə də qətnamə qəbul olunmuşdur. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 2(105)-2356/2015 saylı qərardadı ilə şikayət təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qəradaddan verilmiş kassasiya şikayəti təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 2(105)- 2356/2015 saylı qərardadı onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Yəni işə mahiyyəti üzrə nə apellyasiya instansiyası məhkəməsində nə də Ali Məhkəmədə baxılmamışdır. e-2(012)-3751/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsini 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmış, cavabdeh X9 apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3916/2018 saylı, 29 iyun 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. Bu tamamilə yalnışdır və sadəcə Cavabdeh verdiyi etirazından köçürülmüş və araşdırılmamış cümlələrdir. Həqiqət isə şikayətə əlavə olunan Ali Məhkəməsinin 2(102)-1157/2016 sayl,ı 09 mart 2016-cı il tarixli qərarında öz əksini tapmışdır. Tam əminliklə bildirir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılsaydı mütləq şəkildə iş üzrə tikinti-texniki ekspertizası təyin olunacaqdı və hazır ki işdə Cavabdeh iddiası təmin olunmayacaqdır. Çünki hal-hazırda da həqiqət ondan ibarətdir ki, iddiaçının istifadəsində və sahibliyində olan 0,10 ha torpaq sahəsinin koorditanlarının döngə nöqtələri ilə Cavabdeh məxsus 0,07 ha torpaq sahəsinin döngə nöqtələrinin koorditanları üst-üstə düşmür və o gec-tez iddiaçıya məxsus torpaq sahəsindən çıxarılacaqdır. Görünən odur ki, gələcəkdə nə olursa olsun cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmaması sığortalanmaqdadır. Qətnamə qəbul edilərkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraza istinad edilmiş, lakin məhkəmə tərəfindən araşdırılmamışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)-3464/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə aidiyyəti yoxdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə dair ümumiyyətlə qətnamə qəbul olunmamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)- 219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət buraxılmış hesab edildiyinə görə apellyasiya şikayəti geri qaytarılmış və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 2(105)-2356/2015 saylı qərardadı ilə şikayət təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı X8 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxsin torpağına dair Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, iddiaçı X4 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər cavabdeh X8 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsi boşaldılması və cavabdeh Rafiq Hüseynovun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. 2019-cu ildə ona müraciət ediblər. İlk olaraq reyestr xidmətinə müraciət ünvanlayıb. Həmin işə baxılan zaman iddiaçını təmsil edən nümayəndə, həmin qətnamədən apellyasiya şikayəti verməyib, qətnamədən şikayət vermə müddətinin bərpa edilməsi imtina edilib, o qərardadan şikayət verilib, şikayəti təmin edilməyib. Reyestr xidmətinin 4 cavabı var ki, cavabdehin çıxarışındakı döngə nöqtələri ilə təmsil etdiyi şəxsə ayrılmış torpaq sahəsinin döngə nöqtələri üst-üstə düşmür. Bu da o deməkdir ki, təmsil etdiyi şəxsin evi qanunsuz sökülüb. Hətta sonuncu məktubda qeyd edlib ki, cavabdehin torpağının döngə nöqtələri başqa bir şəxsin torpağının döngə nöqtələri ilə üst-üstə düşür. İddiaçının 51000-52000 manat dəyərində evi sökülüb, hazırki gündə də yaşayış yeri yoxdur. Kirayədə yaşayırlar. Cavabdeh 2007-ci ildə torpağı alanda bölgü sxemində Təvəkkül Nəsibovun satdığı torpaq kvadrat formasında olub, sonradan torpaq sahəsinin yuxarı hissəsindən kvadrat formada hissəsi kəsilib. Torpağı əvvəl satan Təvəkkül Nəsibovun əlində çıxarış olsa da hazırda torpağının yerini müəyyən edə bilmir. Cavabdeh 2013-cü ildə bölgü sxemi tərtib edib, yalnız özü imzalayaıb, saxta bölgü sxeminə əsasında çıxarış alıb. Hazırda torpaq sahəsini hissə-hissə sənəd üzərində satıb. Həmin çıxarış əsasında iddiaçının evi sökülüb. İddiaçı 1999-cu il tarixli sərəncama əsasən ona ayrılmış torpaq sahəsinin faktiki sahibliyində və istifadəsində olan 0,0958 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilib, iddia tələbi təmin edilib. Həmçinin, hesab edir ki, həmin iş yekunlaşana qədər hazırki işin dayandırılması məqsədəmüvafiqdir. 13 Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisə üzrə 12 məhkəmə qərarı var. İddiaçıda olan sərəncam saxta olduğundan dövlət reyestrində çıxarış verilməmişdir. Torpaq sahəsinə çııxarışı var. Ev məhkəmə qərarı ilə sökülmüşdür. İddiaçının torpaq sahəsi qanuni idisə 1999-cu ildən hazırki günədək çıxarış alınmayıb. Sərəncamda ev tikmək üçün torpaq sahəsi ayrılıb. Ona məxsus torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlıdır. Həmin torpaqda ev tikilə bilməz. Öz torpağını tələb etmiş, məhkəmə qaydasında baxılıb, qanunsuz tikili olması müəyyın edilib. Torpağı aldığı Təvəkkül adlı şəxsə məxsus sənədlərdə də torpaq sahəsinin təyinatı kənd təsərrüfatı kimi qeyd edilmişdir. Məhkəmə qətnaməsi əsasında tikili sökülüb. Sökülən materiallar özünə təklif edilib, materiallardan dəmirləri götürüb, bəzilərini sürücüyə satıb. Evin əşyalarını da özü aparıb. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir.

İşdə olan sübutlar

14. Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 iddiası təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, iddiaçı X4 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər cavabdeh X8 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsi boşaldılması və cavabdeh Rafiq Hüseynovun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X15 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3916/2018 saylı, 31 may 2018-cı il tarixli qərarından görünür ki, X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır.

17. Abşeron rayon icra şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 04 may 2017-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 219/2015 saylı, 18 fevral 2015-ci il tarixli icra tədbirləri nəticəsində icra olunmuşdur. Buna görə də icra vərəqəsi üzrə icraata xitam verilmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Mülki Prosessual Məcəllə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3751/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3751/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. İddia tələbindən görünür ki, iddiaçıya məxsus sökülmuş evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmamasını iddia etməklə, cavabdehin iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsi əsasında inşa edilmiş tikililər onun hesabına sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdədir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus evin cavabdehə məxsus torpaq sahəsində tikilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və evin sökülməsi qətnamənin icra olunması ilə baş vermişdir. Buna görə də iddiaçıya zərər dəyməsi cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində olmamışdır.

24. Məhkəmə kollegiyası iddiaçıya məxsus sökülmuş evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaması ilə bağlı şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, yuxarıda istinad olunan Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Buna görə də iddiaçının iddia etdiyi faktların hazırkı proses çəçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsinə yol verilmir. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsindən apellyasiya şikayətinin verilib-verilməməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına sala bilməz.

25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3751/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3751/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar