Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-680/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X8 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:zərərin əvəzinin ödənilməsi 16.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1375/2024 nömrəli iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron Rayon Məhkəməsini n 2(012)-219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qətnaməsi ilə X3 iddiası təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin X8 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsi boşaldılması və X həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3464/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3916/2018 saylı, 31 may 2018-cı il tarixli qərarı na əsasən X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır.
4. Abşeron rayon İcra Şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 04 may 2017-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)219/2015 saylı, 18 fevral 2015-ci il tarixli icra tədbirləri nəticəsində icra olunmuşdur. Buna görə də icra vərəqəsi üzrə icraata xitam verilmişdir.
5. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3751/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə X8 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və mülki hüquqpozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbinin “torpaq sahəsindən çıxarılma sı” hissəsində icraata xitam verilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-603/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 20 dekabr 2023-cü il tarixli və onunla bağlı 23 yanvar 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 01 may 2024-cü il tarixli, 2(102)-1658/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-603/2024 nömrəli, 2024-cü il 23 fevral tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ün van 1 ünvanında yerləşən sahibliyində və istifadəsində olmuş 0.10 ha torpaq sahəsindən çıxarılması, sökülmüş evin dəyəri olan 51.000 manat maddi zərər, 20.000 manat mənəvi zərər, müvəqqəti təminat tədbirləri barədə ərizənin verilməsinə görə ödənilən 30,30 manat rüsumun və iddia ərizəsinin verilməsinə görə ödənilən 303 manat rüsumun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsi ərəfəsində Ermənistan Respublikasından ailəliklə qaçqın düşərək Şuşa şəhərinə, Şüşa işğal olandan sonra ikinci dəfə qaçqın düşərək Xızı rayonu ərazisində məskunlaşmışlar. Nəhayət Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə icra nümayəndəliyinin istifa dəsi üçün ayrılmış 24 ha və Aqrar İslahat Komissiyasının qərarı ilə 50 ha ayrılmış torpaq sahəsindən Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamına əsasən İddiaçı Abşeron rayonu Saray qəsəbəsində 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Beləliklə, iddiaçı 1999-cu ilin payız aylarında sahibliyində və istifadəsində olan 0,10 ha torpaq sahəsinin dörd bir yanını mişar daşı ilə hasarladıqdan sonra bir mərtəbəli, 4 otaq və ümumi sahəsi 230.19 kv.m-dən ibarət fərdi yaşayış evini tikərək həmin vaxtdan 2022-ci ilin sentyabr ayına kimi orada yaşamışdır. Cavabdeh 2014-cü ildə cavabdeh İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray q əsəbəsi üzrə nümayəndəliyinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi” nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş və “Abşeron rayonu Saray qəsəbəsində yerləşən, iddiaçı Cavabdeh mülkiyyətində olan 0,10 ha. torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər cavabdeh İddiaçı hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdeh İddiaçı həmin torpaq sahəsindən çıxarılması” qət edilmişdir. Həmin qətnamə 2019-cu ilin aprel ayında qismən icra edilərək yaşadığı evin bir hissəsi iddiaçının təşəbbüsü və xərci hesabına sökülmüş, qanuni yolla ayrılmış torpaq sahəsi iddiçıya m əxsusdur, iddiaçı orada yaşamağa davam etmiş və Cavabdeh heç bir aidiyyəti yoxdur. Eyni zamanda iddiaçı qismən söküntüyə məruz qalmış evinin dəyərini müəyyən etməkdən ötəri"xxxx" MMC-yə müraciət etmiş və xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına görə evinin bazar qiyməti 51000 (əlli bir min) manat müəyyən olunmuşdur. Digər tərəfdən 01 mart 2019-cu il tarixli, 192 nömrəli vəkil sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2019-cu il tarixli, **********77 saylı cavab məktubunda göstərilmişdir ki,...” X2 rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha. torpaq sah əsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etməmiş, adı çəkilən torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.Xidmətin 4-saylı Abşeron Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma nəticəsində İddiaçı faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Daha sonra xx.xx.2021 -ci il tarixli, 383 saylı vəkil sorğusuna verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********76 saylı cavab məktubunda göstərilmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan **********43 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə verilmiş 0.10 ha. torpaq sahəsinin sənədi üzrə döngə nöqtələrinin koordinatları əsasında üst-üstə düşmə halı aşkar edilməmişdir” yəni istifadəsində olan torpaq sahəsinin Cavabdeh heç bir aidiyyəti yoxdur və onun mülkiyyətində olan 0.10 ha. torpaq sahəsi tərəflərindən zəbt edilməmişdir. Cavabdeh Abşeron rayon İcra və probasiya şöb əsi əməkdaşlarının iştirakı ilə 2022-ci ilin sentyabr ayinin axırlarında öz vəsaiti hesabına yaşadıqları ünvan 1 ünvanında 0.10 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evini ekskovator ilə bünövrəsinə kimi sökdürmüş və evin qalıqlarını yük maşınları vasitəsi ilə daşıtdırmışdır. İcra məmuru da icra işinə xitam qərarı qəbul etmişdir. Daha sonra 3-cü dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-3223/2023 saylı cavab məktubunda bir daha təsdiqlənmişdir ki,” İddiaçı faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsi cəlb olunmamış və ondan mütəxssis rəyi belə istənilməmişdir. Digər üçüncü şəxs X10 hələ 2017-ci ildə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylıərazi İdarəsinə qarşı MH seriyalı, ******* saylı 23 iyun 2006-cıil və MH seriyalı ******* saylı, 25 oktyabr 2006-cı il tarixli çıxarışlara əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Saray qəsəbəsinin ərazisində 0,1646 ha. və 0,49 ha. torpaq sahələrinin koordinatlarının və sərhədlərinin yerində müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasına dair X11 Məhkəməsində 15 noyabr 2017-ci il tarixində 2-1(85)-1674/2017 saylı qərar qəbul edərək iddiasını təmin etmiş və X5 MH seriyalı, ******* saylı 23 iyun 2006cı il tarixli və MH seriyalı ******* saylı, 25 oktyabr 2006-cı il tarixli çıxarışlarla mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsinin ərazisində yerləşən 0,1646 ha. və 0.49 ha. torpaq sahələrinin koordinatlarının və sərhədlərinin yerində müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı ərazi İdarəsinin üzərinə qoyulmasını qərara alınmışdır.Həmin işə baxılarkən cavab deh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı ərazi İdarəsi məhkəməyə ünvanlanmış 14 fevral 2017-ci il tarixli, **********44 saylı etirazında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin dədiqləşdirilərək naturada ona tanıdıla bilinməsini, uçot işlərinin tam başa çatması kimi qeyri mümkündür. Yəni 2017-ci ilin noyabr ayına kimi iş üzrə üçüncü şəxs X10 tərəfindən 03 iyun 2006-cı il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh satdığı 0,10 ha. torpaq sahəsi də daxil, həm 0,1646 ha., həm 0.49 ha. torpaq sahələrinin sərhədləri qeyri müəyyən olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)1139/2021 saylı qərarında göstərilmişdir ki, Abşeron Rayon Məhkəməs ində 2(012)219/2015 saylı işə baxılarkən 4 saylı Abşeron Ərazi İdarəsindən mütəxəssis dəvət olunmamış və mübahisəli torpaq sahəsinə baxış keçirilməmişdir. Odur ki mülki iş materiallarında mütəxəssis rəyi olmadığından tələb olunan sənədlərin surətinin göndərilməsi mümkün olmamışdır. Yuxarıda göstərilən hallar və faktlardan Cavabdeh məlumatlı idi, eyni zamanda onun tərəfindən X7 torpağa görə ödəmiş olduğu pulu belə ondan geri alandan sonra uydurma 18 000 manat məbləğinin bərpa edilməsinə görə onların torpaq sahəsinə dair həqiqəti əks etdirməyən sənədləri əldə etməklə faktiki olaraq əsassız varlanma yolunu seçmişdir. Mülki hüquqda mənfi nəticələr delikt (zərərvurma nəticəsində əmələ gələn) münasibətləri və ya əsassız varlanma münasibətləri ilə bağlı olaraq yaranır. Delikt münasibətləri ilə ya ranan mənfi nəticələr (əmlakın zədələnməsi, korlanması, xarab olması, məhv edilməsi və s.) vurulmuş zədələrin əvəzinin ödənilməsi yolu ilə aradan qaldırılır. Cavabdeh uydurma 18 000 manat itkisinə görə onların 51000 manat dəyərində olan evləri sökdürərək torpaq sahəsini ələ keçirmişdir, ailəsi artıq üçüncü dəfə qaçqın gününə salınmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2006-cı il tarixli Abşeron rayon 1 saylı Dövlət Notariat kontorunda 4Ə/06-1147 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanan zaman notariat kontoruna təqdim edilən bölgü eskizi mövcud olduğu halda, 09 dekabr 2013-cü ildə Cavabdeh yenidən «Q» hərfinə bənzər saxta bölgü eskizini tərtib etdirərək təkcə özü imzalamışdır. Halbuki satılması nəzərdə tutulan torpaq sahəsinin satılacaq hissəsinə dair bölgü es kizi yenidən tərtib olunarsa onu mütləq torpaq sahəsini satan şəxs yəni X10 da imzalamalı idi. Çünki bölgü eskizi adlanan sənəddə “Bölgü ilə razıyam, şikayətim, etirazım və əlavəm yoxdur, bölgü eskizini imzamızla təsdiq edirik” qrafası vardır və torpaq sahəsini satan şəxsin imzası olmadan həmin bölgü eskizi notariat tərəfindən təsdiq olunması qeyi-qanunidir. Eyni zamanda xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş bölgü eskizində satılması nəzərdə tutulan torpaq sahəsinin koordinatları göstərildiyi və DT və XK nin Abşeron rayon şöbəsi tərəfindən möhürlə təsdiq edildiyi halda, 09 dekabr 2013-cü ildə Cavabdeh tərəfindən şəxsən tərtib olunmuş bölgü eskizində yalnız Cavabdeh imzası mövcuddur. Yəni mübahisəli torpağın bölgü eskizi faktiki olaraq saxtalaşdırılmışdır, həmin saxta bolgü eskizinə əsasə n Cavabdeh 4saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları ilə X5 torpaq sahələrinin xəritəsini saxtalaşdıraraq satılmış sayılan faktiki 0,10 ha torpaq sahəsini özbaşına X5 başqa topraq sahəsinə sürüşdurmuş və qanunsuz olaraq alqısatqıda nəzərdə tutulmuş 1872 nömrəli sahəsindən yox, 1873 nömrəli sahədən 0,10 ha torpaq sahəsi ayrılmış və həmin sahə göstərilməklə xx.xx.2013-cü il tarixində **********43 reyestr nömrəli qeyri-qanuni çıxarışı Cavabdeh əldə edə bilmişdir. Hərçənd həmin çıxarışda göstərilən torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində və sahibliyində olmuş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməməsi, iddia ərizəsinə əlavə olunan 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2021ci il tarixli və xx.xx.2023-cü il tar ixli məktubda öz əksini tapmışdır. Cavabdeh 16(012)118/2022 saylı işlə əlaqədar məhkəməyə xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışı təqdim etmişdir, hansı ki, ona xx.xx.2013-cü il tarixli **********43 reyestr nömrəli çıxarış əsasında verilmişdir. xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışda isə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi 0,07 ha-dan ibarət olması göstərilmişdir. Lakin həmin çıxarışda göstərilən torpaq sahəsi ilə də faktiki istifadəsində və sahibliyində olmuş 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür.
10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz verilərək qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, onun mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin X8 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsi boşaldılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmış, X8 apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3916/2018 saylı 29 iyun 2018-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. X1 arasında olan mübahisə predmeti Abşeron rayonu Saray qəsəbəsində yerləşən Rafiq Hüseynov tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına verilmiş çıxarışda göstərilmişdir ki, Abşeron rayon, Saray qəsəbəsindəki topraq sahəsi 0.07 ha olmaqla № **********98 saylı reyestr nömrəsi ilə qeydiyyat nömrəsi № ********** saylı xx.xx.2021-ci il tarixində onun - Cavabdeh tam hüquqlu pay sahibi olmaqla mülkiyyətinə keçmişdir. Cavabdeh tərəf və onun nümayəndə və vəkili qərəzli olaraq işin icrasını gecikdirməkdən ötrü və vaxt qazanmaq üçün məhkəməyə müraciət edir və bununla da qan un pozuntusu edərək məhkəmə hakimiyyətinin işlərinə müxtəlif üsullarla maneəçilik törətməkdədir. Belə ki, Abşeron Rayon Məhkəməsində e-2(012)-1086/2023 saylı xx.xx.2022-ci il tarixində iş üzrə eyni tərəflər və eyni iddia üzrə mülki iş qeydiyyata alınmışdır. Halbuki qanunla bu hal yolverilməzdir və bu pozuntunu qəsdən və qərəzli formada etmişdir. İddiaçı qismində çıxış edən X20 qizi mübahisələndirilən məsələ ilə bağlı heç bir sübyektiv hüquq sahibi olmadığından Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixində X2 Rayon Məhkəməsinə müraciət edərək məhkəmədə səhv təəsürat yaratmaq niyyəti ilə sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia qaldıraraq həmin torpaq sahəsinin faktiki i stifadəsində olduğunu bildirmiş və maddi ziyanla bağlı ona qarşı iddia qaldırmışdır. Xüsusilə qeyd edir ki, belə bir hal qanunla yolverilməzdir və qarşı tərəf eləcədə onun vəkili bu pozuntunu qəsdən və qərəzli formada etmişdir. İddiaçı qismində çıxış edən X12 mübahisələndirilən məsələ ilə bağlı heç bir sübyektiv hüquq sahibi olmadığından Abşeron Rayon Məhkəməsi tərəfindən rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına görə eyni tərəflər və eyni iddia üzrə mülki iş qeydiyyata alınaraq bir dəfə baxılmasına yol verilir.
11. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3751/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə müəyyən etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 hektar torpaq sah əsində yerləşən tikilinin sökülməsi Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi əsasında icra olunduğundan, iddiaçının iddia ərizəsində göstərdikləri və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı işin faktiki halları ilə uyğunluq təşkil etmir.
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı X14 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2013-cü il tarixində saxta bölgü eskizi tərtib edərək 1 saylı Abşeron rayon Notariat Kontorunda təkbaşına təsdiqlətmiş, halbuki bölgü eskizində “Bölgü ilə razıyam, şikayətim, etirazım və əlavəm yoxdur. Bölgü eskizini imzamızla təsdiq edirik” qrafası var, bu da ona dəlalət edir ki, həmin bölgü eskizini torpaq sahəsini satan X10 mütləq imzalamalı idi. Belə ki, Cavabdeh xx.xx.2013-cü il tarixli ikinci bölgü eskizini saxtalaşdırdığı üçün X4 gizli saxlamaq qərarına gəlmişdir. Həmin saxta bölgü sxeminə əsasən Cavabdeh xx.xx.2013cü il tarixində (alqı-satqı müqaviləsi bağlanandan 7 il sonra, saxta bölgü eskizinə əsasən) çıxarış ala bilmişdır ki, bunun da nəticəsində Abşeron Rayonu Saray qəsəbəsi Rza Təhmasıb küçəsində yerləşən və 1999-cu ildə iddiaçı tərəfindən inşa edilən evi sökdürülməsinə nail olmuşdur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2019-cu il tarixli, **********77 saylı cavab məktubunda göstərilmişdir ki,...”X2 rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etməmiş, adıçəkilən torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildirir ki, Xidmətin 4-saylı Abşeron Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma nəticəsində İddiaçı faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Daha sonra xx.xx.2021-ci il tarixli, 383 saylı vəkil sorğusuna verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********76 saylı cavab məktubunda göstərilmişdir ki, “Abşeron rayonu, Saray qəs əbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan **********43 reyestr nömrəsi ilə 20 dekabr 2013-cü il tarixdə verilmiş 0.10 ha. torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları əsasında üst-üstə düşmə halı aşkar edilməmişdir”. Daha sonra 3-cü dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-3223/2023 saylı cavab məktubunda bir daha təsdiqlənmişdir ki,” İddiaçı faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışı təqdim etmişdir hansı ki, ona xx.xx.2013-cü il tarixli **********43 reyestr nömrəli çıxarış əsasında verilmişdir. xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışda isə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi 0,07 ha-dan ibarət olması göstərilmişdir. Lakin həmin çıxarışda göstərilən torpaq sahəsi ilə də iddiaçının faktiki istifadəsində və sahibliyində olmuş 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Daha sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixl i, 3-21-3-32/2-H0097-8 saylı cavab məktubu ilə bir daha təsdiqlənmişdir ki,...”sözügedən torpaq sahəsinin **********06 reyestr nömrəli çıxarışla ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-1843 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə başqa şəxsə (X6) məxsus sənəd üzrə torpaq sahələri üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin torpaq sahəsi isə X6 məxsusdur, yəni Cavabdeh mülkiyyətində olan 0,07 ha torpaq sahəsi başqa yerdə olmalı halda səhvən iddiaçının istifadəsində olan torpaq sahəsinə yönəldilərək evi söküntüyə məruz qalmışdır. Hal-hazırda Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun icraatında İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4-saylı Abşeron Ərazi İdarəsinə qarşı “Torpaq sahəs i üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetstrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə“ 2-1(118)761/2024 saylı inzibati iş baxılmaqdadır. Həmin işlə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. 04.l2.2023-cii il tarixli 2-1(1 18)-3836/2023 pömrəli inzibati iş üzrə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, araşdırmanın nətisəsi olaraq aşağıda qeyd edilənlər müəuuən edildi: İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları elektrop kadastr məlumat bazasında Abşeron rauopu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torraq islahatlarına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğ unsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildiririk ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cl il 07 mart tarixli 818 pömrəli Fərmapı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torraqlarıp elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na" eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ct il 28 arrel tarixli 250 pömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elek tron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torraqlarıp elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmip olupmasıpa dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Belə ki, Cavabdeh çıxarışında göstərilən torpaq sahəsindən belə söhbət getmir, ona məxsus torpaq sahəsi tamamilə başqa yerdə yerləşir. Abşeron Rayon Məhkəməsi tərəfindən 2(012)- 219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qətnamə qəbul edilərkən 4-saylı Abşeron Ərazi İdarəsi işə cəlb olunmalı, nə də ondan mütəxəssi s rəyi istənilməmiş, bunun nəticəsində səhv qənaətə gəlinərək qeyri-obyektiv qətnamə qəbul olunmuş iddiaçı öz halal torpaq sahəsində çıxarılaraq evi sökülmüşdür. Hal-hazırda məhkəmədə sübutların tədqiqatı zamanı Cavabdeh əməlində yuxarıda göstərilən xüsusatlarla bağlı hər hansı bir hal müəyyən edilmir. Əksinə olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsində yerləşən tikilinin sökülməsi Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi əsasında icra olunduğundan iddiaçının iddia ərizəsində göstərdikləri və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı işin faktiki halları ilə uyğunluq təşkil etmir. Bu tamamilə səhv yanaşmadır. Belə ki, İddiaçı faktiki istifadəsində olan 0,10 ha torpaq s ahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halının aşkar edilməməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 1) xx.xx.2019-cü il, 2) xx.xx.2021-ci il 3) xx.xx.2023-cü il, 4) xx.xx.2023-cü il tarixli məktubları və 5) xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi mülki işin materialları arasındadır. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyində olan 0,10 ha torpaq sahəsinin yerləşdiyi yerdən xeyli aralıdadadır. Belə olan halda iddiaçının evi cavabdeh tərəfindən səhv olaraq sökülmüşdür. Buna g örə də cavabdeh mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Abşeron Rayon Məhkəməsinin 2(012)- 219/2015 saylı, 18 fevral 2015ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət buraxılmış hesab edildmiş və apellyasiya şikayəti geri qaytarılmış, nə apellyasiya şikayətinə baxılmış, nə də qətnamə qəbul olunmuşdur. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 2(105)-2356/2015 saylı qərardadı ilə şikayət təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qəradaddan verilmiş kassasiya şikayəti təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 2(105)2356/2015 saylı qərardadı onun kassasiya şikayətinə əsas ən dəyişdirilmədən saxlanılmışdır. Yəni işə mahiyyəti üzrə nə apellyasiya instansiyası məhkəməsində nə də Ali Məhkəmədə baxılmamışdır. e-2(012)-3751/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsini 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmış, cavabdeh X9 apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3916/2018 saylı, 29 iyun 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. Bu tamamilə yalnışdır və sadəcə Cavabdeh verdiyi etirazından köçürülmüş və araşdırılmamış cümlələrdir. Həqiqət isə şikayətə əlavə olunan Ali Məhkəməsinin 2(102)-1157/2016 saylı 09 mart 2016-cı il tarixli qərarında öz əksini tapmışdır. Tam əminliklə bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılsaydı mütləq şəkildə iş üzrə tikinti-texniki ekspertizası təyin olunacaqdı və hazır ki işdə Cavabdeh iddiası təmin olunmayacaqdır. Çünki hal-hazırda da həqiqət ondan ibarətdir ki, iddiaçının istifadəsində və sahibliyində olan 0,10 ha torpaq sahəsinin koorditanlarının döngə nöqtələri ilə Cavabdeh məxsus 0,07 ha torpaq sahəsinin döngə nöqtələrinin koorditanları üst-üstə düşmür və o gec-tez iddiaçıya məxsus torpaq sahəsindən çıxar ılacaqdır. Beləliklə, gələcəkdə nə olursa olsun cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmaması sığortalanmaqdadır. Qətnamə qəbul edilərkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraza istinad edilmiş, lakin məhkəmə tərəfindən araşdırılmamışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)-3464/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə aidiyyəti yoxdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə dair ümumiyyətlə qətnamə qəbul olunmamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı, 18 fevral 2015-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilm iş apellyasiya şikayəti üzrə prosessual müddət buraxılmış hesab edildiyinə görə apellyasiya şikayəti geri qaytarılmış və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 2(105)-2356/2015 saylı qərardadı ilə şikayət təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1375/2024 nömrəli iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə, A.Mahmudov və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(012)-3751/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus sökülmuş evin yerlə şdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmamasını iddia etməklə, cavabdehin iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)219/2015 saylı qətnaməsi əsasında inşa edilmiş tikililər onun hesabına sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdədir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus evin cavabdehə məxsus torpaq sahəsində tikilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və evin sökülməsi qətnamənin icra olunması ilə baş vermişdir. Buna görə də iddiaçıya zərər dəyməsi cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində olmamışdır.
19. Məhkəmə kollegiyası iddiaçıya məxsus sökülmuş evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaması ilə bağlı şikayətinin dəlillərinə münasibə tdə isə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Buna görə də iddiaçının iddia etdiyi faktların hazırkı proses çəçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsinə yol verilmir. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)219/2015 saylı qətnaməsindən apellyasiya şikayətinin verilib-verilməməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına sala bilməz.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci, habelə Mülki Prosessual Məcələnin 4.1, 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı X14 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılımışdır ki, apellyasiya instansiyasında məhkəmə kollegiyasının nəzərinə çatdırılmışdır ki, mübahisəli torpaq sahəsinə dair artıq Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-761/2024 qərarı ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış Abşeron rayonu Saray qə səbəsində 0.10 ha torpaq sahəsindən faktiki sahibliyində və istifadəsində olan 0.0958.3184 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Həmin qərardan cavabdeh (4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən) verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkləməsi İnzibati Kollegiyasının icraatındadır (xx.xx.2024-cü il tarixli, 2-1(105)964/2024 saylı qərardadla icraata qəbul olunub). Həmin işə dair qəbul olunacaq qərarın hazırkı işə subs idiar əhəmiyyəti vardır, buna görə Sumqayıt Apellyasiya Məhkləməsi İnzibati Kollegiyasının icraatında olan 2-1(105)-964/2024 saylı işə dair qəbul olunacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(105)1375/2024 saylı işin dayandırılmasına barəqə qərardad qəbul olunmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən təqdim olunmuş yeni sübutları tədqiq edərkən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-761/2024 və Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının icraatında olan və mübahisəli torpaq sahəsi barədə qəbul olunacaq qərarların məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bi lər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı.
36. Kassasiya instansiyası məhkəməsi, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışd ır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya məxsus sökülmuş evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmamasını iddia etməklə, iddiaçı, cavabdehin tələbi üzrə Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsi ilə tikilinin sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdədir.
40. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya məxsus evin cavabdehə məxsus torpaq sahəsində tikilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və evin sökülməsi qətnamənin icra olunması ilə baş vermi şdir. Buna görə də iddiaçıya zərər dəyməsi cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində olmamışdır.
41. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıya məxsus sökülmuş evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaması ilə bağlı şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Buna görə də iddiaçının iddia etdiyi faktların hazırkı proses çəçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsinə yol verilmir. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsindən apellyasiya şikayətinin verilib-verilməm əsi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına ala bilməz.
42. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstər ilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2(105)-1375/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.