Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-131/2024 03.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X13, Cavabdeh1xan Zaman oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17 və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1xan Zaman oğluna, Cavabdeh2, Cavabdeh3 və X33 qarşı xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlər Cavabdeh1xan Zaman oğlunun, Cavabdeh2, Cavabdeh3 və X29 çıxarılmaları, qanunsuz inşa edilmiş yaşayış evinin sökülməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1xan Zaman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən qaytarlmasına, fərdi evlərinin dağıdılması nəticəsində onlara dəymiş 20000 (iyirmi min) manat məbləğində maddi zərərin və 2000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutuluraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması və əlavə cavabdehlərin cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlər Cavabdeh1xan Zaman oğlunun, Cavabdeh2, Cavabdeh3 və X29 çıxarılmaları, qanunsuz inşa edilmiş yaşayış evinin sökülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cəlilabad Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(073)-131/2024 saylı qərardadı ilə Cavabdeh2, Cavabdeh3 və X45 İddiaçı Cavabdeh1xan Zaman oğluna qarşı xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılmaları, qanunsuz inşa edilmiş yaşayış evinin sökülməsi tələbinə dair mülki işə üzrə cavabdeh qismində cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddianı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, 22 aprel 1999-cu ildə Cəlilabad rayonu X31 tərəfindən mərhum atası X14 mülkiyyətinə digər ailə üzvləri ilə birlikdə ünvan 1i ərazisində 2.49 ha pay torpaq sahəsi və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 65 saylı qərarı ilə ünvan 1i ərazisində mərhum atası X7 və onun ailə üzvlərinin birgə mülkiyyətlərinə 0,33 ha yaşayış təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaqların mülkiyyətə verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN – 915 KOD 80600048 saylı dövlət aktı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 275B KOD 80600048 saylı şəhadətnamə də verilmişdir. 2010-cu ildə mərhum atası X25 həmin paylı mülkiyyətdən onun payına düşən 1/8 hissədə fərdi ev tikmişdir. Lakin atası Abbas Abasov 13 mart 2011-ci il tarixdə avtomobil qəzası nəticəsində dünyasını dəyişmişdir. ünvan 1 bələdiyyəsinin və sakinlərin iştirakı ilə xx.xx.2022-ci il tarixdə akt tərtib olunaraq həmin torpağın onlara məxsus olması, torpaq sahəsinin koordinataları göstərilmiş və həmin torpağa dair çıxarış və pasport verilməsinə etiraz edilmədiyi qeyd olunmuşdur. Həmçinin Cəlilabad RİH-nin Uzuntəpə kənd icra nüməyəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən onlar atalarının varisləri hesab olunmuşlar. xx.xx.2022-ci ildə Cəlilabad rayonu Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış, bundan sonra notarius 05 iyun 2022-ci il tarixli, 726 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə atasının vərəsələrinin tanınması barədə məlumat verilmişdir. Bundan sonra 14 iyul 2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə ona və ailə üzvlərinə paylı mülkiyyət kimi ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış verilmişdir. Dolanışıqla əlaqədar onlar Bakı şəhərində kirayədə yaşayırlar və arabir yaşadıqları evə gəlib-gedirlər. Keçən ilin may ayında xəbər tutmuşlar ki, onların torpaq sahəsi qanunsuz şəkildə satılmışdır. Bu barədə anası DİN-in “102” qaynar xidmətinə zəng etmişdir. Məsələni aydınlaşdırmaq üçün onları və Cavabdeh1xan Zaman oğlunu Cəlilabad RPŞ-nə dəvət etmişlər. Onlar həmin torpağın onların xüsusi mülkiyyətlərində olmasına dair sənədləri polis şöbəsinə təqdim etmişlər, cavabdeh isə heç bir sənəd təqdim edə bilməmişdir. Buna baxmayaraq cavabdeh torpağı başqa şəxsdən aldığını bildirərək, həmin torpaqda tikinti işlərinin davam etdirəcəyini bildirmişdir. İşə baxan sahə müvəkkili cavabdehə qanunsuz tikintini dayandırmağı tapşırsa da, cavabdeh buna baxmayaraq tikintini davam etdirəcəyini bildirmişdir. Onlar Bakı şəhərindən qayıdan gün fərdi evlərinin Cavabdeh1xan Zaman oğlu tərəfindən dağıdılmasını eşitmişlər. Bu barədə xx.xx.2022-ci ildə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişlər və bildirmişlər ki, cavabdeh onların icazəsi və xəbəri olmadan xüsusi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə girərək orada qanunsuz tikinti işləri aparmış və onlara məxsus olan fərdi evi söküb-dağıdaraq onlara külli miqdarda ziyan vurmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X26 iddiaçının izahatına əlavəsi olmadığını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1xan Zaman oğlu iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, X23 öz adına aldığı 0,10 ha həyətyanı torpaq sahəsini və bundan əlavə bələdiyyə torpaqlarından həyat yoldaşının adına aldığı 0,10 ha həyətyanı torpaq sahəsini, ümumilikdə 0,20 ha həyətyanı torpaq sahəsini ona satmışdır. Aldığı həmin 0,20 ha həyətyanı torpaq sahələrinin iddiaçının tələb etdiyi 0,33 ha torpaq sahəsi ilə əlaqəsi yoxdur, onlar, aldıqları həmin torpaq sahəsindən istifadə edirlər və oğlu Cavabdeh3 tərəfindən inşa edilmiş ev də aldıqları 0,20 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşir. O və ailə üzvləri iddiaçının torpaq sahəsini zəbt etməmişlər. Ona görə də, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 verdiyi izahatında bildirdi ki, həqiqətən də cavabdehlər **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X14 və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 0,313 ha torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt etmişlər və həmin hissədə fərdi yaşayış evi inşa etdirmişlər, onlara məxsus olan yaşayış evini də sökmüşlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 verdiyi izahatında bildirdi ki, həqiqətən də cavabdehlər onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 0,313 ha torpaq sahəsinin yarı hissəsindən çoxunu zəbt etmişlər və həmin hissəsdə özləri üçün fərdi yaşayış evi inşa etdirmişlər və onların evini uçurmuşlar. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 verdiyi izahatında bildirmişdir ki, ona və ailə üzvlərinə məxsus olmuş 0,33 ha torpaq sahəsini mərhum atası sağlığında başqa adamlara satmışdır. O, bələdiyyə torpaqlarından özünə və həyat yoldaşının adına aldığı ümumilikdə 0,20 ha həyətyanı torpaq sahəsini Cavabdeh1xan Zaman oğluna satmışdır. Tomarxan Rzayevə satdığı 0,20 ha həyətyanı torpaq sahəsinin, iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində olan 0,33 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X45 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X29 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına və iş üçün əhəmiyyətli olan sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********02 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1i ərazisndə X14 və onun ailə üzvləri X8, X9, X2, X15, X10, X17 və X11 mülkiyyətlərində olan 0,313 hektar torpaq sahəsindən payları 1/8 hissədə müəyyən edilmişdir. İşdə olan Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 15 may 2013-cü il tarixli alqı-satqı müqaviləsindən və 15 may 2013-cü il tarixli alqı-satqı aktından görünür ki, Uzuntəpə bələdiyyəsinin 15 may 2013-cü il tarixli, 02 saylı qərarı ilə, X20 Uzuntəpə bələdiyyəsi tərəfində 0,10 hektar (1000 kv.m) həyətyanı torpaq sahəsi satılmış və X27 həmin torpaq sahəsinin alınmasına görə əvvəlcədən 140 manat ödənilmişdir. İşdə olan Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 15 may 2013-cü il tarixli alqı-satqı müqaviləsindən və 15 may 2013-cü il tarixli alqı-satqı aktından görünür ki, Uzuntəpə bələdiyyəsinin 15 may 2013-cü il tarixli, 02 saylı qərarı ilə, X1 Uzuntəpə bələdiyyəsi tərəfində 0,10 hektar (1000 kv.m) həyətyanı torpaq sahəsi satılmış və X5 həmin torpaq sahəsinin alınmasına görə əvvəlcədən 140 manat ödənilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, 1020/12 saylı atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, X25 xx xxxxxx 2002-ci ildə X12 doğulmuş İddiaçı atası hesab edilmişdir. İşdə olan AZ-İ № 452515 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 13 mart 2011-ci il tarixdə ölmüşdür. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında 22 sentyabr 2022-ci il tarixli şəhadətnamədən görünür ki, 13 mart 2011-ci il tarixdə vəfat etmiş X14 vərəsələri: Cəlilabad rayonu Ocaqlı kəndində qeydiyyatda olan İddiaçı, Cəlilabad rayonu Ocaqlı kəndində qeydiyyatda olan X49, Cəlilabad rayonu Ocaqlı kəndində qeydiyyatda olan X50 və Cəlilabad rayonu Ocaqlı kəndində qeydiyyatda olan X37r. Şəhadətnamə verilən miras əmlak: DƏDRX-nin Cəlilabad ərazi idarəsi tərəfindən 14 iyul 2022-ci il tarixdə X21 verilmiş **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi mülkiyyətdə olan 0,313 ha olan torpaq sahəsindən mərhum X14 torpaq payından ibarətdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, 3-21-3- 44/2-3400/2024 saylı mütəxəssis rəyindən görünür ki, qərardadda qoyulmuş suallar tərəflərin və mütəxəssislərin iştirakı ilə yerində araşdırıldı. İddiaçının və cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatından istifadə edilməklə baxılmışdır. Hazırda İddiaçı tələb etdiyi torpaq sahəsi **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X14 və onun ailə üzvlərinin ümumi mülkiyyətlərinə verilmiş 0,313 ha torpaq sahəsidir. **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxrışa əsasən X14 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0.313 ha torpaq sahəsinin 0,22 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Cəlilabad rayonu Uzuntəpə bələdiyyəsinin 15 may 2013-cü il tarixli 02 saylı qərarı ilə X1 verilmiş 0,10 ha torpaq sahəsinin və Cəlilabad rayonu Uzuntəpə bələdiyyəsinin 15 may 2013-cü il tarixli, 02 saylı qərarı ilə X20 verilmiş 0,10 ha torpaq sahəsinin ilkin torpaq ayırma sənədlərində məkan göstəricilərinin koordinatları olmadığı üçün **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxrışa əsasən X14 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,313 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Hal-hazırda **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla X14 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində 8m x 12m ölçülü yaşayış evinin mövcud olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 10/6280 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3400/2023 saylı mütəxəssis rəyinə əsasən, hazırda İddiaçı tələb etdiyi torpaq sahəsi **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X14 və onun ailə üzvlərinin ümumi mülkiyyətlərinə verilmiş 0,313 ha torpaq sahəsidir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3400/2023 saylı mütəxəssis rəyinə əsasən, **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxrışla X14 və onun ailə üzvlərinin ümumi mülkiyyətlərinə verilmiş 0.313 ha torpaq sahəsinin 0,22 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3400/2023 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Uzuntəpə bələdiyyəsinin 15 may 2013-cü il tarixli 02 saylı qərarı ilə X1 verilmiş 0,10 ha torpaq sahəsinin və Cəlilabad rayonu Uzuntəpə bələdiyyəsinin 15 may 2013-cü il tarixli, 02 saylı qərarı ilə X20 verilmiş 0,10 ha torpaq sahəsinin ilkin torpaq ayırma sənədlərində məkan göstəricilərinin koordinatları olmadığı üçün **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxrışla X14 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,313 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3400/2023 saylı mütəxəssis rəyinə əsasən, hal-hazırda **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla X14 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində 8m x 12m ölçülü yaşayış evinin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin mühəndisi X22 izahatında bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 10/6280 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuş “hal-hazırda **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla X14 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində 8m x 12m ölçülü yaşayış evinin mövcud olmadığı müəyyən edilmişdir” ifadəsi texniki səhv nəticəsində yazılmışdır, əslində isə “hal-hazırda **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla X14 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində 8m x 12m ölçülü yaşayış evinin mövcud olduğu müəyyən edilmişdir” ifadəsi qeyd olunmalıdır. Belə ki, məhkəmə tərəfindən çıxarılmış qərardadda qoyulmuş suallar barədə mütəxəssislər rəy verir, daha sonra Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi həmin mütəxəssis rəyi əsasında ekspert rəyi verir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 156 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdehlər Cavabdeh1xan Zaman oğlu və Cavabdeh3 **********02 reyestr nömrəli çıxarışla ünvan 1i ərazisndə X14 və onun ailə üzvləri X8, X9, X2, X15, X10, X17 və X11 mülkiyyətlərində olan 0,313 ha həyətyanı torpaq sahəsinin 0,22 ha hissəsini zəbt etməklə, həmin 0,22 ha torpaq sahəsində 8m x 12m ölçülü fərdi yaşayış evi inşa etmişlər və həmin yaşayış evində ailə üzvləri Cavabdeh2 və X45 ilə birlikdə yaşayırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1xan Zaman oğluna, Cavabdeh2, Cavabdeh3 və X33 qarşı xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılmaları, qanunsuz inşa edilmiş yaşayış evinin sökülməsi tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 10/6280 saylı ekspert rəyini obyektiv və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İnsan Hüquqları və X3 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, **********02 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və digərlərinin birgə mülkiyyətlərində olan 0,313 ha həyətyanı torpaq sahəsinin 0,22 ha hissəsindən cavabdehlər Cavabdeh1xan Zaman oğlu, Cavabdeh2, Cavabdeh3 və X45 çıxarılmalı, həmin 0,313 ha həyətyanı torpaq sahəsinin 0,22 ha hissəsində inşa edilmiş 8m x 12m ölçülü fərdi yaşayış evi cavabdehlər Cavabdeh1xan Zaman oğlunun və Cavabdeh3 öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli, zəbt olunmuş 0,22 ha həyətyanı torpaq sahəsi boşaldılaraq, İddiaçı mülkiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1xan Zaman oğlu, Cavabdeh2, Cavabdeh3 və X28 müştərək qaydada 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat cavabdehlər Cavabdeh1xan Zaman oğlu, Cavabdeh2, Cavabdeh3 və X28 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 156 manat dövlət rüsumu da cavabdehlər Cavabdeh1xan Zaman oğlu, Cavabdeh2, Cavabdeh3 və X28 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. **********02 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və digərlərinin birgə mülkiyyətlərində olan 0,313 ha həyətyanı torpaq sahəsinin 0,22 ha hissəsindən cavabdehlər Cavabdeh1xan Zaman oğlu, Cavabdeh2, Cavabdeh3 və X45 çıxarılsınlar, həmin 0,313 ha həyətyanı torpaq sahəsinin 0,22 ha hissəsində inşa edilmiş 8m x 12m ölçülü fərdi yaşayış evi cavabdehlər Cavabdeh1xan Zaman oğlunun və Cavabdeh3 öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün, zəbt olunmuş 0,22 ha həyətyanı torpaq sahəsi boşaldılaraq, İddiaçı mülkiyyətinə qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1xan Zaman oğlu, Cavabdeh2, Cavabdeh3 və X28 müştərək qaydada 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat cavabdehlər Cavabdeh1xan Zaman oğlu, Cavabdeh2, Cavabdeh3 və X28 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumu cavabdehlər X6 və X16 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-131/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-131/2024
03.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver