Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-151/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1375/2024 nömrəli iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 7 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X1 (Vəkil) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1375/2024 nömrəli iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Aİi Məhkəməsi Mülki kollegiyasının 2(102)-4122/2024 nömrəli iş üzrə 23 noyabr 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bundan sonra 15 dekabr 2024-cü il tarixdə üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1375/2024 nömrəli iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti ünvanlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1375/2024 nömrəli iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də kassasiya baxışından çıxarılmalıdır. MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraa ta qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2024-cü il tarixli, 2(102)-4122/2024 nömrəli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1375/2024 nömrəli iş üzrə 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş kassa siya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-151/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-151/2025
07.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver